• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“İdeal” MTK-nın idarəçiliyindən narazılıq - Həm pul yığılır, həm də sakinlər hədələnir

Cəmiyyət

6-02-2026, 10:01

Abbasqulu Abbaszadə küçəsi 51 ünvanındakı çoxmərtəbəli binanın sakinləri “İdeal” MTK-nın idarəçiliyindən cana doyub.
Təxminən 500 ailənin məskunlaşdığı 18 mərtəbəli binada vəziyyət kritik həddə çatıb. Sakinlər həm xidmətsizlikdən, həm də komendantın özbaşına tətbiq etdiyi “qaydalardan” narazıdırlar.
“Biz Abbasqulu Abbaszadə küçəsi 51 ünvanında yerləşən binanın sakinləriyik. Hazırda binamızda çox ciddi və sistemli problemlər mövcuddur. Binanın həyətində xaotik vəziyyət yaranıb, yağış yağan kimi su basır, normal hərəkət etmək mümkün olmur. Bu problemlərlə bağlı dəfələrlə komendanta müraciət etmişik, lakin hər dəfə iddialarımız inkar olunur, sakinlərin guya “şər atdığı” deyilir.” Azərişıq” ASC-nin nümayəndələri də “İdeal” MTK-nı qanunsuz addımına görə ötən il cərimələyib. Lakin mənim ödədiyim 530 manatı heç kəs qaytarmadı”.
Bunu “İdeal” MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının sakini Arzu Qulamov Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, “İdeal MTK”nın icraçı direktoru və binanın komendantı Sahib Rüstəmovdur:
“O, bina sakinlərindən aylıq ödənişlər yığır, lakin bu ödənişlər heç bir rəsmi müqaviləyə əsaslanmır. Heç bir sakinlə müqavilə bağlanmayıb və yığılan vəsaitlə bağlı hər hansı hesabat təqdim edilmir. Yığılan pullar qanunsuzdur. Bu məsələ ilə bağlı dəfələrlə polisə, hətta prokurorluğa qədər şikayət etmişəm. Səbəb isə komendantın açıq-aşkar qanunsuz fəaliyyət göstərməsidir. Əvvəllər aylıq ödəniş 20 manat idi. Heç bir ümumi iclas keçirilmədən və sakinlərlə məsləhətləşmədən bu məbləğ 30 manata qaldırılıb. Bundan əlavə, binanın həyətindəki park yerləri qanunsuz şəkildə komendantın adamları tərəfindən nəzarətə götürülüb. Park yerləri həm bina sakinlərinə, həm də kənar şəxslərə aylıq 80 manat qarşılığında satılır. Öz bina sakinlərindən isə 50-60 manat tələb olunur. Nəticədə sakinlər işdən qayıdarkən avtomobillərini saxlamağa yer tapa bilmirlər. Bu hallarla bağlı 41-ci Polis Bölməsinə və prokurorluğa dəfələrlə müraciət etmişəm. Bildiyimə görə, komendant xuliqanlıqla bağlı cərimə də edilib”.
Sakin deyib ki, bina 18 mərtəbədən və 9 blokdan ibarətdir, təxminən 500 ailə burada yaşayır:
“Məlumata görə, binanı iş adamı Şamil Heydərov tikdirib və binaya komendat da Sahib Rüstəmovu o təyin edib. Bu yaxınlarda binamızın sakini Aydın İsmayıl Şamil Heydərovun köməkçisi ilə görüşüb və bildirilir ki, Şamil müəllimin bu məsələlərdən xəbəri var. Hətta, onların özlərinin də komendantı işdən çıxarmaq niyyətində olduqları deyilir. Buna baxmayaraq, komendant özünü çox arxayın aparır və sakinlərə açıq şəkildə bildirir ki, kimə xoş deyilsə, mənzilini götürüb getsin. Bu, açıq-aşkar özbaşınalıq və dərəbəylikdir. Hazırda bina sakinləri olaraq qrup yaratmışıq və MMC yaratmaq üçün imza toplayırıq. Artıq 80-dən çox imza toplamışıq. Lakin komendant bu prosesə açıq şəkildə mane olur. Sakinlərin əksəriyyəti narazıdır, lakin nədənsə bir çoxu susmağa üstünlük verir”.
Problemlər bununla bitmir. Mənzillərin sahəsində də ciddi uyğunsuzluqlar üzə çıxıb. Alqı-satqı sənədlərində göstərilən kvadratlarla çıxarışdakı rəqəmlər arasında 10-15 kvadratmetr fərq var. Sakinlər vaxtilə qaz və işıq sayğacları üçün də külli miqdarda pul ödədiklərini, lakin buna baxmayaraq hələ də müxtəlif cərimələrlə üzləşdiklərini deyirlər.(Demokrat.az)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

2-07-2024, 12:42

"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

22-01-2025, 14:27

“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Cəmiyyət

23-04-2025, 09:28

TİKİNTİ MAFİYASI bizləri NECƏ SOYUR... - ŞOK DETALLAR

Cəmiyyət

24-12-2025, 19:15

Prezident Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, sakinlərlə görüşüb - YENİLƏNİB

Gündəm / Cəmiyyət

9-08-2024, 18:46

Lerikin bu kəndi XARABA GÜNƏ QALIB... - NARAZILIQ VAR...

Cəmiyyət

27-12-2025, 10:51

`Karqo Şamil`lə bağlı ŞOK FAKT: SƏN DEMƏ... - O DA HƏBS OLUNACAQ?

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Cəmiyyət

13-09-2024, 13:40

Bakıda tikinti şirkəti sakinlərə cəhənnəm yaşadır - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

6-08-2024, 11:42

“Sahil-S İnşaat” MTK-nın əlində əsir-yesir qalan vətəndaş... - KİMSƏNİN GÜCÜ YETMİR?

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
Xəbər lenti
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
  • Dünən, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
  • Dünən, 17:03
    “Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu
  • Dünən, 15:51
    Martin Ryan Lənkəran Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb
  • Dünən, 15:42
    Yeni Günəşlidə "gözdən pərdə asırlar" - Əsas yollar yenə kənarda qalıb- VİDEO
  • Dünən, 14:51
    Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 14:43
    Binəqədidə “Şəhərsalma və Memarlıq İli”- Damlar da tikintiyə qoşulub! - VİDEO
  • Dünən, 14:00
    Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib
  • Dünən, 13:51
    Baba Rzayevin bir gündə 170 milyon manatdan çox dəyəri olan tenderləri verdiyi şirkətlər kimə məxsusdur
  • Dünən, 13:12
    Azərbaycan IEC ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
  • Dünən, 13:03
    Şirvan Peşə Liseyində Eyvazov və Bayramlı xofu - 25 ilin işçiləri işdən niyə çıxarılır?
  • Dünən, 12:52
    Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
  • Dünən, 11:47
    İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
  • Dünən, 10:45
    Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
  • Dünən, 10:22
    DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir
  • Dünən, 10:12
    Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
  • Dünən, 09:51
    Azərbaycan neftinin qiyməti 117 dolları keçib
  • Dünən, 09:01
    “Panda Baby” müştəriləri aldadır - Qiyməti uçuz yazıb, baha hesablayır
  • Dünən, 08:47
    Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 08:42
    "Yol çəkmirsiniz... amma bina tikməyə icazə verirsiniz" - BELƏ ŞƏHƏR SALARLAR?
  • Dünən, 08:25
    Azərbaycana payız fəsli daxil olub
  • Dünən, 00:27
    Dünya çempionatının bürünc medalçısı Coşqun Abdullayev: “Bu qələbəmi şəhidlərimizə həsr edirəm” VİDEO
  • 22-09-2026, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • 22-09-2026, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • 22-09-2026, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • 22-09-2026, 17:22
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • 22-09-2026, 17:05
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • 22-09-2026, 16:25
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • 22-09-2026, 16:01
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • 22-09-2026, 15:37
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə