• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Lerikin bu kəndi XARABA GÜNƏ QALIB... - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

9-08-2024, 18:46


“33 illik müstəqillik dövründə Azərbaycan dövlətinin sosial-iqtisadi sahədə bir sıra uğurlar əldə etməsinə rəğmən hələ də bir çox yaşayış məntəqələrində, xüsusən də ucqar dağ kəndlərində ciddi problemlər yaşanmaqdadır. Bu minvalla bəzi kəndlərimiz artıq yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalıb”.

Bu fikirləri özünün sosial-iqtisadi problemlər mövzusunda ilk məqaləsini Moderator.az-a təqdim edən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin II kurs tələbəsi Çimnaz Məmmədova ifadə edir.

Daha sonra tələbə jurnalist belə davam edir:

“Sakinlərinin bir hissəsinin yaşayış şəraitinin, dolanışığının ağırlığı, bəzən də dözülməzliyi ucbatından dogma yurdlarını tərk etməyə məcbur qaldığı bölgələrimizdən biri də Lerik rayonudur. Demək olar ki, bütün ərazisi dağlıq relyefə malik rayonun 160-dan çox kəndinin xeylisində insanlar uzun illərdir ki, həllini tapmayan bir çox sosial-iqtisadi problemlərlə üzləşir. Gözəl, füsunkar təbiətə, təmiz hava, saf su mənbələrinə malik Lerikin kəndləri, təəssüf ki, bir sıra çətinliklər ucbatından ildən-ilə boşalmaqdadır…

Rayonun bu cür kəndlərindən biri də Ordahal kəndidir. Yaşıl meşələr, çəmənlər qoynundakı, münbit torpaqlara malik bu kənddə, təəssüf ki, XXI əsrin 24-cü ilində belə, insanların yaşayışı üçün hələ də normal şərait yaradılmayıb. Çox acınacaqlı olsa da, faktdır: kənddəki 30 evin yalnız 11-də faktiki yaşayış mövcuddur və bu say ildən-ilə azalmağa doğru gedir. 2009-cu ilin rəsmi məlumatına görə, Ordahalda 313 nəfər yaşadığı halda hazırda kənddə faktiki cəmi 45 nəfər qalıb…

Evlərinin yarısından çoxu boş qalan kəndin sakinlərini digər müşküllərdən daha çox övladlarının təhsilsiz qalması problemi narahat edir…

Məlumat üçün deyək ki, hazırda Azərbaycanda 4400 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. 1970-ci illərdə bu rəqəm 765 olub, 70-ci illərin sonuna qədər isə 2117-yə çatıb, fəqət bu gün Ordahal kəndinə nə bir orta təhsil məktəbi, nə də lazımı şəkildə işıq, su çatır. Sakinlərdən biri deyir ki, insan məcburən ışıqsız və ya qazsız yaşaya bilər, bəs təhsilsiz hansı hala düşər..

Məsələ ondadır ki, mövcud vəziyyətə görə, başqa sözlə, məhz kənd sakinlərinin böyük bir hissəsinin kəndi tərk etməsi səbəbindən sovet dövründən bəri fəaliyyət göstərən Ordahal doqquz illik, yəni ümumi kənd orta məktəbi şagird azlığı ucbatından bağlanıb. Son illər məktəbdə 4 şagird və 7 müəllim olub. İndi isə yol, qaz, ışıq və daha bir çox sıxıntılar olsa da, oxumaq arzusunda olan, ancaq, təəssüf ki, bir çox problemlərlə üzləşən azyaşlılar: Zeynəb Şahbazova,
Əşrəf Şahbazova, Fatimə Səfərli, Əkbər Səfərli daha öz kəndlərində təhsil ala bilmirlər. Onlar təhsillərini 2024-2025-ci tədris ilindən 2-3 km məsafədə yerləşən Bonkəndil kəndindəki tam orta məktəbdə davam etdirməli olacaqlar. İndiyədək Ordahal məktəbində 9-cu sinfi bitirən şagirdlər də 10-11-ci sinifləri Bondkəndil kənd tam orta məktəbində oxumalı olurdu. Bəzi ailələr isə daha keyfiyyətli təhsil almaları üçün övladlarını Lerik rayon mərkəzinə göndərirdilər…

Ordahal məktəbinin kənd sakini olan müəllimləri: Ülviyyə Məmmədova, Mehriban Şahbazova və eyni zamanda yaxın kəndlərdən bilik və bacarıqlarını uşaqlara aşılamaq üçün bu kəndə gələn müəllimlər də digər kəndlərə yönləndirilib. Həm Ordahal, həm də o biri kəndlərdə yolların necə baxımsız olduğunu nəzərə alsaq, xüsusilə, payız-qış aylarında şagirdlər, həm də müəllimlərin gündəlik qonşu kəndlərə gedib-gəlmək üçün hansı müşküllərlə üzləşəcəyini təsəvvür etmək çətin deyil...

"Özümün də iki azyaşlı övladım var və müəllim işlədiyimi də nəzərə alsaq, kənd məktəbinin bağlanması, əlbəttə, çətinliklərimizi daha da artırdı. Bu tədris ilindən uşaqlarım məcburən qonşu kəndin məktəbində təhsil almalı olacaq, özüm isə başqa kənddə işləyəcəyəm. Bu da, təbii ki, yol və maliyyə baxımından sıxıntılarımızı daha da artıracaq”, -deyə müəllimə Mehriban Şahbazova qeyd edir.

Yollardan söhbət açan sakinlər qonşu Kiravud kəndi ilə gediş-gəliş üçün tək vasitə olan körpünün də dağılma təhlükəsinin olduğunu və bunun da şagird və müəllimlər üçün təhlükə yaradacağını dilə gətirir. Payız və qışda yağıntılar artan vaxtlar körpü, demək olar ki, tamam dağılır. Hər iki kəndin sakinləri kustar üsulla, qum yığılmış kisələrdən və s. istifadə etməklə körpünü müvəqqəti bərpa edə bilirlər. Bundan əlavə, qar və yağış yağan vaxtlar sürüşkən və buzlu yollarda da qəzaların olacağı istisna deyil...

Ordahalda qalan sakinlər bildirir ki, kənddə daimi yaşayanların sayının azalması və nəticədə uşaq, şagird azlığının da əsas mənbəyi kənddəki şəraitsizlik, işsizlik, bir sözlə, sosial-iqtisadi problemlərdir…

"Yolların bərbadlığı, işıq və su kimi problemlərə görə gənc nəsil kənddə yaşamağı rədd edərək Bakıya, qonşu rayonlara və yaxud ən yaxşı halda nisbətən inkişaf etmiş kəndlərə üz tuturlar… Kənddə yaşamaq üçün əkib-becərmək, biçmək lazımdır, lakin əkdiyimiz taxıl sünbülləri susuzluqdan yanır və o qədər əziyyətimiz yerdə qalır. Öz imkanları daxilində bəzi sakinlər əkinlərini sulasa da belə, biçmək üçün lazımi texnika olmadığından vaxtında biçilməyən taxıl quruyub tələf olur. Elə bu cür səbəblərdən son xüsusən 10-15 ildə Ordahal kəndinin böyük bir qismi yaşayış üçün başqa yerlərə köçüb. Və köçməkdə də davam edirlər. Kənddə daimi qalanlar isə əsasən yaşlı sakinlərdir …”- deyə sakinlərdən biri bildirir.

Allaha şükürlər olsun ki, Ordahalda təbii qaz problemi, gec də olsa, 2012-ci ildə, fəqət artıq cavanların xeyli hissəsi iş, dolanışıq ucbatından kənddən köçdükdən sonra həllini tapıb. Ancaq sakinlərin sözlərinə görə, bir sıra qonşu kəndlərə hələ də qaz çəkilməyib. İnsanlar balon qazları almaqla dolanmağa məcbur olur. Bu isə aşağı gəlirli ailələr üçün əlavə xərc və sıxıntıdır. Odur ki, həmin kəndlərin sakinlərinin də başqa yerlərə köçməsinə daha real şərait yaranır…

Ordahala qaz çəkilsə də, xüsusən payız və qış aylarında elektriklə bağlı ciddi problemlər yaşanır. Bunu ötən tədris ili bitənədək Ordahal kənd məktəbində müəllimlik etmiş Mehriban Şahbazova da vurğulayır.

“Kəndimizin ən böyük sıxıntılarından biri də işıqla bağlıdır. Sovet dövründən çəkilmiş elektrik naqilləri və dirəklər keyfiyyətlərini itirdiyi üçün artıq istifadəyə yararlı deyil. Odur ki, qış və payız aylarında Ordahalda işıqlar, demək olar ki, yanmır. Yenə də kənd sakini olduğumuz üçün buna səbir və dözümlə yanaşmağa çalışırıq. Lakin yaz və yay aylarında belə, günün xeyli hissəsində, bəzən də günlərlə elektrik verilişinin kəsilməsi vəziyyətimizi daha da mürəkkəb hala gətirir”,- deyə müəllimə bildirir.

“Kənd həyatıdır, burada yaşayırıqsa, mal-qara saxlamalıyıq ki, bir təhər dolanaq. Mal-qaraya isə mütəmadi, xüsusən payız-qış mövsümündə qulluq etmək lazımdır. Lakin gecənin qaranlığında işıq olmayanda ev heyvanlarına qulluq etmək çox çətin olur. Əl fənərlərindən istifadə etsək də, bu da problemi tam həll etmir. Bundan əlavə, kənddə baytar həkimi olmadığından mal-qaramızın xeyli hissəsi müxtəlif xəstəliklərdən tələf olur”, -deyə kənd sakini əlavə edir.

Düşünürük ki, bəlkə də qeyd etdiyimiz kimi, ecazkar mənzərəsi, içməli, hətta mineral su mənbələri də olan Ordahalın yol, işıq və s. problemləri həll olunsa, gərəkli infrastruktur yaradılsa, bəlkə də kəndə turist axını da cəlb etmək olar…

Araşdırmamızdan o da bəlli oldu ki, məhz belə şəraitsizlik, həm də maddi imkansızlıq ucbatından Ordahal kəndində qalan 20-yə yaxın ailənin heç də hamısı mal-qara saxlaya bilmir. İnək və yaxud qoyun-keçi saxlayanların çoxu da xırda təsərrüfata malikdir…
Xülasə, faktlardan və sakinlərin açıqlamalarından göründüyü kimi, Lerik rayonunun artıq ailələrinin 60 faizə yaxını başqa yerlərə köçmüş Ordahal kəndi 5-10 il sonra tamamilə xaraba, yəni sakinsiz qalaraq bir yaşayış məntəqəsi kimi yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir. Bunun qarşısını almaq üçün isə müvafiq mərkəzi və yerli qurumlar sadaladığımız, həmçinin digər problemlərlə ciddi maraqlanmalı və mümkün qədər tez müddətdə onların həllinə nail olmalıdırlar. Mövcud problemlərin çoxunun həll ediləcəyi, həvəsləndirici tədbirlər görüləcəyi, düzgün təbliğat işləri aparılacağı təqdirdə kənddən köçmüş ailələrin, ən azı bir hissəsinin geri qayıtmasına və nəticədə Ordahalda həyatın, heç olmasa, sovet dövründəki kimi canlanmasına nail olmaq mümkündür…

Çimnaz Məmmədova, Bakıd Dövlət Universitetinin Jurnalistika fakültəsinin II kurs tələbəsi”.

Redaksiyadan:

Materialda qaldırılan problemlərlə bağlı müvafiq mərkəzi və yerli qurumların açıqlama və şərhlərinə yer verməyə hazırıq…

Moderator.Az





Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Hadisə

26-01-2024, 10:26

IV kurs tələbəsi dəm qazından boğulub ÖLDÜ

Cəmiyyət

3-12-2023, 10:00

Yalçın Əlizadə dünyasını dəyişib

Gündəm / Cəmiyyət

11-05-2024, 13:41

Azərbaycanda daha bir tələbə vəfat etdi

Sosial

14-11-2023, 17:43

Erməni ekspert: Əhalinin ölkəni tərk etməsi ağır nəticələrə səbəb ola bilər

Siyasət

15-07-2023, 20:25

Böyük uğurlar qazanılıb

Hadisə

16-07-2024, 10:58

682 bal toplayan tələbə faciəvi şəkildə vəfat etdi

Hadisə

13-08-2022, 15:36

Üçüncü kurs tələbəsi bədbəxt hadisə nəticəsində öldü - Foto

Sosial

6-06-2024, 15:24

Real həyatda BƏDBƏXT, sosial şəbəkələrdə XOŞBƏXT olanlar – Onlar KİMLƏRDİR?

Hadisə

3-02-2024, 16:20

21 yaşlı tələbə ürəktutmasından vəfat etdi

Cəmiyyət

8-08-2022, 18:42

Ermənilər Zabuxu belə tərk edir - VİDEO

Siyasət

22-07-2022, 17:48

Ermənistanın çarəsizliyi artır - Azərbaycanın YENİ PLANI

Hadisə

19-04-2024, 10:06

BDU-nun tələbəsi vəfat etdi

Araşdırma
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
Hadisə
Dünən, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
9-09-2026, 18:30
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
Xəbər lenti
  • Bu gün, 10:58
    Azərbaycan lideri: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu
  • Bu gün, 10:41
    Baş memarı, nazirliyin müfəttişi və idarə rəisini şantaj edən şəxsin cəzası azaldıldı - TƏFƏRRÜAT
  • Bu gün, 10:14
    Bu rəisləri HƏBS GÖZLƏYİR - SƏBƏB AÇIQLANDI
  • Bu gün, 09:12
    Rusiyanın Yaroslavl vilayətində dron hücumundan sonra NEZ-də yanğın baş verib
  • Bu gün, 00:42
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • Dünən, 23:41
    146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
  • Dünən, 19:00
    İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
  • Dünən, 18:33
    “AzerGold” QSC vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə bağlı diqqətli olmağa çağırır FOTOLAR
  • Dünən, 18:00
    Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
  • Dünən, 17:30
    Gürcüstan Prezidenti Azərbaycandakı yeni səfirlə onun missiyasının prioritetlərini müzakirə edib
  • Dünən, 16:54
    “Daş abidə” parkının yerini kim alıb? - Anar Quliyev içazə verib?... - VİDEO
  • Dünən, 16:31
    Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
  • Dünən, 16:22
    "AyMed" rəhbərinin "özbaşınalıqları"... - İTTİHAM VAR...
  • Dünən, 15:58
    Qarayazı Dövlət Təbiət Qoruğunu dövlət mühafizə edəcək
  • Dünən, 15:38
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • Dünən, 15:18
    Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib
  • Dünən, 14:53
    Parkı söküb yerində qanunsuz tikinti aparılır - NARAZILIQ VAR...
  • Dünən, 14:31
    Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
  • Dünən, 14:12
    Gömrük və verginin həbsə yolladığı sahibkar ədalət axtarışında -BAKI APELLYASİYA MƏHKƏMƏSİ QANUNSUZLUĞU ARADAN QALDIRACAQMI?
  • Dünən, 13:49
    2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
  • Dünən, 13:06
    Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!
  • Dünən, 12:57
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • Dünən, 12:39
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • Dünən, 12:11
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
  • Dünən, 11:58
    Yasamal sakinləri BAŞÇIYA MÜRACİƏT ETDİ... - VİDEO
  • Dünən, 11:32
    Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir
  • Dünən, 11:13
    Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi - ƏMR
  • Dünən, 10:41
    Şahbaz Şərif husilərin Məkkəyə hücumunu pisləyib
  • Dünən, 10:33
    Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı FOTOFAKT
  • Dünən, 09:55
    Azərbaycan neftinin qiyməti 128 dolları keçib
  • Dünən, 09:38
    Peşə təhsilində müqavilə biabırçılığı - Yüzlərlə müəllim və usta yeri boş saxlanılıb
  • Dünən, 09:17
    UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür
  • Dünən, 08:52
    Bakıda 10 istiqamətdə tıxac yaranıb
  • 15-09-2026, 21:46
    İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
  • 15-09-2026, 21:31
    Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə