• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İrəvan-Moskva gərginliyi artır: Zaxarovanın sərt dili, Kremlin Belarus rıçaqı

Siyasət

Dünən, 15:07

Ermənistanın Rusiya ilə münasibətlərindəki diplomatik insidentlər, iqtisadi təzyiqlər artıq yeni fazaya qədəm qoyub. Bu isə göstərir ki, ənənəvi İrəvan-Moskva münasibətlərinin bərpası getdikcə daha da çətinləşir. Çünki son günlər Baş nazir Nikol Paşinyanın komandası Kreml ilə siyasi məsafəni artıran addımlar atmaqda davam edir. Moskva isə buna qarşı daha sərt və daha açıq münasibət sərgiləyir.

Paşinyanın dekabr sınağı: Moskvaya gedəcəkmi?

İrəvan-Moskva xəttindəki gərginliyin diqqətçəkən məqamlarından biri də Nikol Paşinyanın Rusiyanın rəhbərlik etdiyi tədbirlərdə iştirakdan yayınmasıdır. Ermənistan uzun müddətdir ki, KTM-də (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) fəaliyyətini dondurub, tədbirlərində iştirak etmir, üzvlük borcunu ödəmir. Hətta Paşinyan cari ilin aprel ayında təşkilatdakı fəaliyyətini bərpa etmək niyyətinin olmadığını bəyan edib. Bu ilin 9 may tarixində Moskvadakı Qələbə paradı, 28 mayda Astanada keçirilən Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammitində də iştirak emtəyən Paşinyanın göstərişi ilə Ermənistanı daha aşağı səviyyəli rəsmilər təmsil ediblər.

İki ölkə arasındakı gərginlik diplomatik təmaslardan iqtisadi məsələlər və təzyiqlərə çevrilir. Bu isə Ermənistan iqtisadiyyatına ciddi zərbə vurmaqla yanaşı, yerli istehsalçı və fermerləri də çətin vəziyyətə salır. Artıq İrəvanın Aİİ kimi ittifaqdan ixrac edilməsi belə gündəmə gəlib.

İrəvan-Moskva gərginliyi artır: Zaxarovanın sərt dili, Kremlin Belarus rıçaqı


Nikol Paşinyan
Təsadüfi deyil ki, Nikol Paşinyan ölkənin üzərinə götürdüyü iqtisadi öhdəlikləri yerinə yetirməsinə mane olmağa çalışan müəyyən qüvvələrin olduğunu bildirib və bu prosesin Ermənistandakı müəlliflərinin özləri tərəfindən "gizli plan" adlandırıldığını deyib. Daha diqqətçəkən məqam isə onun bu planın Rusiyada və Aİİ-dəki bəzi dairələr tərəfindən dəstəkləndiyini iddia etməsidir. Beləliklə, Paşinyan Rusiyanın və Aİİ məkanındakı müəyyən qüvvələrin Ermənistana qarşı iqtisadi təzyiq göstərdiyini açıq şəkildə gündəmə gətirib. Baş nazirin belə bir açıqlama verməsi İrəvan-Moskva münasibətlərində etimadın sıfır səviyyəsinə endiyindən xəbər verir.

Bu hadisələr fonunda isə dekabr ayına planlaşdırılan Aİİ iclası və MDB dövlət başçılarının qeyri-rəsmi sammitinin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Əslində, dekabr ayı Paşinyan üçün ciddi bir sınağa çevrilə bilər və Moskva ilə münasibətləri normallaşdırmaq üçün fürsət sayılmalıdır. Xüsusilə Aİİ çərçivəsində Ermənistanın gələcək iştirakı ilə bağlı müzakirələrin gündəmdə olduğu bir vaxtda baş nazirin həmin tədbirlərdə şəxsən iştirak etməsi Rusiya ilə dialoqu davam etdirmək və gərginliyi azaltmaq niyyətinin siyasi siqnalı kimi qiymətləndirilə bilər.

Amma Paşinyanın dekabr ayında bu tədbirlərdə iştirak edərək Kreml ilə münasibətləri normallaşdıracağnı düşünmək sadəlövhlük olar. Münasibətlərin normallaşması üçün əsas şərtlərdən biri İrəvanın Aİ kursundan çəkilməsi önə sürülür ki, Paşinyan komandasının belə bir addım atacağı gözlənilmir. Eyni zamanda, KTMT, Aİİ və ikitərəfli münasibətlər, Moskvada narazılıq doğuran məsələlər barədə konkret addımlar atılmasa, dekabr görüşü adi protokol çərçivəsindən kənara çıxmayacaq. Yox, əgər Paşinyan dekabr ayında Rusiyaya səfər etməsə, bu, Kreml tərəfindən son aylarda sərgilənən məsafəli və uzaqlaşma siyasətinin davamı kimi qiymətləndirilə bilər. Eyni zamanda, onun birdən-birə iki dəfə Rusiyada görünməsi Avropada da müəyyən narazılıqlara və kursdan sapma kimi düşüncələrə səbəb ola bilər. Qısacası, dekabr ayı Paşinyan üçün əsl sınağa çevrilə bilər.

Moskvanın narahatlığı, Zaxarovanın sərt açıqlamaları

Moskvanın İrəvandan narazılığı və etimadının get-gedə azalması Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın son açıqlamalarında kifayət qədər açıq görünür. Keçirilən brifinqdə Zaxarova Aİİ-yə üzvlüyün dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatın dərcinə Paşinyanın reaksiyasını tələsik və aqressiv adlandırıb. O bildirib ki, İrəvanın Moskvaya qarşı ittihamları konstruktiv təkliflərlə müşayiət olunmur və Ermənistan rəhbərliyi mövcud problemlərin məsuliyyətini başqalarının üzərinə qoymağa çalışır.


Mariya Zaxarova
Brifinqdə diqqətçəkən məqam Zaxarovanın "Ermənistan nəhayət hara inteqrasiya olunur?" sualıdır. Kənardan ritorik səslənsə də, əslində, Kreml Paşinyana sual verir ki, Aİ-yə yaxınlaşmaq istəyi ilə Aİİ-də qalmaq niyyəti bir-biri ilə nə dərəcədə uzlaşır?

Zaxarovanın tənqidində diqqətçəkən digər məqam Paşinyanın ictimaiyyətə təqdim etdiyi izahlarla bağlıdır. Paşinyanın Aİİ ilə bağlı hesabatı ölkə daxilində sabitliyi pozmaq və Ermənistanı müstəqillikdən məhrum etmək cəhdi kimi qiymətləndirməsinə cavab olaraq Zaxarova bu ritorikanı emosional, reallıqdan uzaq və erməni cəmiyyətini çaşdıran mövqe kimi təqdim edib.

Rusiyalı diplomatın Fransa və müstəmləkəçilik tarixinə toxunması da təsadüfi deyil. Bununla o, İrəvanın Rusiyanı "metropol" kimi təqdim edən yanaşmasına qarşı çıxır və Ermənistan hakimiyyətinin Qərb tərəfdaşlarına münasibətində ziddiyyət axtarır.

Zaxarovanın açıqlamalarındakı "aqressiv", "emosional" və "reallıqdan uzaq" ifadələri eyni zamanda Kremlin nə dərəcədə sərt münasibət sərgilədiyindən xəbər verir.

Kremlin Belarus rıçaqı

Rusiyanın Ermənistandan idxal edilən bir sıra məhsullara və mallara tətbiq etdiyi qadağanın davamı da Belarusdan gəldi. 31 oktyabr tarixindən etibarən Ermənistandan ixrac edilən konyaka qadağa qoyulub. Belarusun Dövlət Standartlaşdırma Komitəsi bunu məhsullarda aşılayıcı maddələrin miqdarının müəyyən edilmiş normadan aşağı olması ilə əsaslandırıb.


Aleksandr Lukaşenko
Burada diqqət ediləcək məqam 2 oktyabr tarixində Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistanla bağlı açıqlamasıdır. O, İrəvanın Aİ kursu barədə danışarkən erməni hökumətinə konyak, tərəvəz və meyvələrinin Avropa bazarlarında nə qədər satılacağı barədə düşünməyi tövsiyə edib. Eyni zamanda, Aİİ bazarındakı satış imkanlarını Avropa bazarı hesabına əvəzlənib-əvəzlənməyəcəyi barədə sual ünvanladı. Bu açıqlamadan bir aydan da az sonra Belarusun erməni konyakına dair qadağası diqqətdən yayınmır. Çünki bu məsələ kommersiya məsələsi yox, siyasi məsələdir.

Kremlin diqtəsi ilə işlənən bu plan Ermənistana sübut edir ki, Aİ-yə yaxınlaşma kursu hansı bazarları itirməklə nəticələnə bilər. Əgər Moskvanın ard-arda Ermənistandan ixrac edilən məhsullara qoyduğu qadağanı nəzərə alsaq, Belarusun da növbəti mərhələlərdə belə addımlar atacağını istisna etmək olmaz.

İki ölkə arasındakı ticarətə baxsaq, Ermənistan Belarus bazarlarına kimya məhsulları, dərman preparatları, elektrotexniki avadanlıqlar, transformatorlar da ixrac edir. Belarusun Aİİ üzvü və Rusiya ilə yaxın müttəfiq olduğunu nəzərə alsaq, Ermənistanı yaxın vaxtlarda hansı çətinliklərin gözlədiyi məlum olur. Eyni addımın Aİİ-nin digər üzvləri tərəfindən də atılacağı istisna deyil.

Yekun olaraq, deyə bilərik ki, hadisələrin ardıcıllığı Ermənistanın ənənəvi tərəfdaşları ilə münasibətlərində ciddi etimad zəifliyinin və etimad böhranının olduğunu üzə çıxarır. Paşinyan Qərbə yaxınlaşmanı siyasi uğur kimi təqdim etsə də, bu, itirilən bazarları, etimadı əvəz etmir. Yeni bazarlar, tərəfdaşlar isə açıqlama ilə formalaşmır. Bunun üçün uzun illərə ehtiyac var. Ermənistanın qarşısında indi daha çətin məsələ dayanır: mövcud əlaqələri zəiflətməklə yanaşı, onların yerini dolduracaq real iqtisadi və siyasi imkanlar yaratmaq. Əks halda, İrəvanın xarici siyasətdə atdığı addımların nəticəsi yeni tərəfdaşlıqlar qazanmaqdan çox, köhnə tərəfdaşlarla münasibətlərin daha da pisləşməsi ola bilər...(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

3-08-2026, 14:42

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

Gündəm / Cəmiyyət

2-07-2024, 14:10

Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ

Gündəm / Siyasət

29-01-2026, 13:19

Mirzoyandan Avropaya mesaj - Ermənistanın gələcəyi Azərbaycanla əməkdaşlıqdan asılıdır - ŞƏRH

Dünya

18-11-2025, 20:56

Paşinyan gizli sənədləri açır, Kreml əndişəlidir: İrəvan sirləri ifşa edərsə, Rusiya “Ukrayna ssenarisi” ilə reaksiya verəcək

Gündəm / Siyasət

11-12-2024, 14:49

Ermənistanın yeni avantürası: Aİ-yə üzvlük prosesinə başlanılması - ŞƏRH

Siyasət

6-06-2026, 11:47

Ermənistanda 7 iyun seçkiləri - Qərblə Rusiyanın gizli mübarizəsi - ŞƏRH

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Siyasət

4-08-2026, 15:03

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

Gündəm / Siyasət

27-02-2024, 14:50

Zelenski İrəvana niyə gəlir? - Məqsəd Rusiyanı qıcıqlandırmaqdır...

Siyasət

24-09-2026, 19:00

Paşinyanın Kreml dilemması - Avropaya baxır, Moskvadan gözünü çəkə bilmir - ŞƏRH

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
29-10-2026, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
29-10-2026, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Xəbər lenti
  • Dünən, 19:00
    Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb
  • Dünən, 18:31
    Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb
  • Dünən, 18:26
    Gədəbəydə də Binəqədi modeli? - Hacıbaba Babayevin özfəaliyyəti davam edir...
  • Dünən, 18:01
    Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
  • Dünən, 17:53
    Əli Həsənovun qızı Dubaydakı biznesini milyon dollara satmaqdan imtina etdi - İLGİNC
  • Dünən, 17:39
    Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb
  • Dünən, 17:31
    Bakıda onmərtəbəli binada lift kabusu - "Hər dəfə birimiz liftdə alırıq"
  • Dünən, 17:04
    Zelenski ABŞ-a "Patriot" müqabilində neft zavodlarına bir aylıq zərbə endirilməməsi üçün şərt qoyub
  • Dünən, 16:43
    ADP-dən Azərbaycan-Rusiya münasibətləri ilə bağlı xəbərdarlıq: Türkiyə ilə strateji müttəfiqlik gücləndirilməlidir
  • Dünən, 16:35
    Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsi
  • Dünən, 16:34
    “Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib FOTOLAR
  • Dünən, 16:31
    Səhiyyə Nazirliyinin institutlarında kütləvi kadr dəyişikliyi - Direktorların kürkünə birə düşüb
  • Dünən, 16:15
    "Vikinq" - "Sabah" matçının hakimləri müəyyənləşib
  • Dünən, 16:13
    Kişilərdə Döş Böyüməsi (Ginekomastiya) əməliyyatı icbari tibbi sığorta ilə mümkündürmü? – ARAŞDIRMA
  • Dünən, 15:35
    Gəncə Texnologiya Universitetinin rektoru səlahiyyətdən necə sui-istifadə edir?
  • Dünən, 15:07
    İrəvan-Moskva gərginliyi artır: Zaxarovanın sərt dili, Kremlin Belarus rıçaqı
  • Dünən, 14:53
    Neftçalada yaşanan ekoloji fəlakətin cavabını kim verəcək? -Yaşıllığı məhv edilən şəhər
  • Dünən, 14:22
    Sabah Bakıda 23 dərəcə isti olacaq
  • Dünən, 13:20
    Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
  • Dünən, 13:00
    Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edəcək
  • Dünən, 12:43
    Elçin Yusubov qiymətləndirmə sektoruna NECƏ NÜFUZ EDİB... - İLGİNC FAKTLAR...
  • Dünən, 12:01
    İsrail ordusu Qəzza zolağında HƏMAS-ın dörd yaraqlısının öldürüldüyünü bildirib
  • Dünən, 11:45
    Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır
  • Dünən, 11:31
    Bakının göbəyində VERGİDƏN YAYINMA... - BU NƏDİ BELƏ...
  • Dünən, 11:07
    Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
  • Dünən, 10:42
    FHN-in Baş İdarəsi 10 ayda 1,5 milyon manatlıq 26 ədəd xidməti maşın alıb - ARAŞDIRMA
  • Dünən, 10:20
    Milli Müdafiə Universitetinin rektoru ABŞ-yə səfər edib
  • Dünən, 10:13
    PABEDA restoranı, yoxsa marketinq fəlakəti? - REPLİKA
  • Dünən, 09:23
    Azərbaycan Premyer Liqası: X turun son oyununda "Sumqayıt" "Şəfa"nı qəbul edir
  • Dünən, 09:17
    Sakinlər keçmiş deputatın şirkətindən başçıya ŞİKAYƏT ETDİLƏR
  • Dünən, 09:01
    Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
  • 1-11-2026, 16:00
    İran XİN Britaniyanın MI6 və Hərbi Dəniz Qüvvələrini terrorçu kimi tanıyıb
  • 1-11-2026, 15:00
    Qətərin tankeri Fars körfəzində hücuma məruz qalıb
  • 1-11-2026, 14:30
    Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
  • 1-11-2026, 14:00
    Tramp və Netanyahu arasında telefon danışığı olub
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə