• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Azenco”da 3,7 milyonluq mənimsəmə işi: Etibar Pirverdiyev özəl şirkətdə nə qədər aylıq maaş alıb? - TƏFƏRRÜAT

Cəmiyyət

Bu gün, 12:54

3 milyon 700 min manat mənimsəmədə ittiham olunan “Azenco” Açıq Səhmdar Cəmiyyətini keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəməsi keçirilib.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə “Azenco”nun nümayəndəsi prosesin qapalı keçirilməsini istəyib. Bildirib ki, şirkətin həm ölkə daxilində, həm də xaricdə əlaqələri var. O, məhkəmədə səslənən fikirlərin ictimayyətə açıqlanmasını məqsədəuyğun görməyib.

Müdafiə tərəfi isə prosesin qapalı keçirilməsinə etiraz edib.

Məhkəmə prosesin qapalı keçirilməsi barədə vəsatəti təmin etməyib.

Şahid qismində ifadə verən Vüqar Əliyevin xələfi - “Azenco”nun İdarə Heyətinin hazırkı sədri Pərviz Hacıyev dövlət ittihamçısı Valeh Ələkbərovun suallarını cavablandırıb. Bildirib ki, Vüqar Əliyevi 2023-cü ildən tanıyıb, şirkətdə maliyyə məsələləri rəhbər kimi Vüqar Əliyevin nəzarətində olub.

Şahid qeyd edib ki, “Azenco” Özbəkistandan olan şirkətlə işlərin görülməsi üçün 16 milyon manatlıq müqavilə bağlamaq barədə razılığa gəlib: "Sonradan Vüqar Əliyev məbləği əvvəlcə 14 milyona, sonra isə 8 milyon manata saldı. Məbləğin aşağı salınması səbəbini soruşanda dedi ki, Özbəkistan şirkətinin əvvəlki məbləği ödəməyə imkanı yoxdur. Biz bu işdən cəmi 3 milyon qazanc götürdük".

Pərviz Hacıyev ifadəsində Sinqapurda olan şirkətlə tender müqaviləsi bağlanması barədə heç bir məlumatı olmadığını deyib.

Onun sözlərinə görə, şirkətin maliyyə hesabatları kurasiyasına görə hər gün ona təqdim olunub: "Hesabatlarda kənar xərclər müəyyən etdim. Bununla bağlı Vüqar Əliyevə şifahı xəbərdarlıq elədim. Amma o, xərclər edəndə, hədiyyələr alanda cinayət əməlinə yol verdiyini bilmirdik. Maliyyə hesabatlarında gördüm ki, gül dükanından bir gündə 15 min manatlıq gül alınıb. Bununla bağlı heç bir tədbir görülmədi. Şifahı olaraq soruşduq, cavab verdi ki, energetiklər günüdür, hədiyyə almaq lazmdır”.

Müdafiə tərəfi şahidə Etibar Pirverdiyevin şirkətdə hansı vəzifə tutması barədə suallar versə də, bu suallar protokoldan çıxarılıb və şahid sualları cavablandırmayıb.

Digər suallara cavabda şahid bildirib ki, Özbəkistanda olan şirkətlə müzakirələr aparılması üçün həmin ölkəyə gedib, amma Etibar Pirverdiyevin ora gedib-getməməsi barədə heç bir məlumatı olmayıb.

Təqsirləndirilən Vüqar Əliyev deyib ki, maliyyə xərcləri ilə bağlı Pərviz Hacıyev ona şifahi və ya yazılı xəbərdarlıq etməyib. İlk dəfə Özbəkistandakı şirkətlə danışıqlar aparmaq üçün Etibar Pirverdiyevlə, daha sonra Pərviz Hacıyevlə gediblər: "Mən heç bir cinayət və ya mənimsəmə faktı törətməmişəm. Əgər belə hal olsaydı, məndən yuxarı vəzifəli şəxsə məlumat verərdilər. Bu vəzifəli şəxs öz aramızda "şef" adlandırdığımız Etibar Pirverdiyev idi".

Vüqar Əliyev onu da bildirib ki, şirkətin tenderlərdə iştirakı onun səlahiyyətlərinə aid deyildi: “Mən ümumi müzakirələrdə iştirak etmişəm. Qiymətləndirmə işlərinə isə müvafiq şəxslər nəzarət edib. Beynəlxalq əlaqələrlə bağlı tədbirlərə qoşulmuşam. Burada əsas şəxs Etibar Pirverdiyev olub, bütün xarici müzakirələrdə o iştirak edib”.

Daha sonra müdafiə tərəfi şahid Pərviz Hacıyevə Etibar Pirverdiyevi tanıyıb-tanımaması, “Nur” MMC-nin kimə məxsus olması barədə suallar versə də, dövlət ittihamçısı sualların hazırda araşdırlan cinayət işinə heç bir adiyyəti olmadığını deyib, sualların cavablandırılmamasını istəyib. Hakim prokurorun fikrilə razılaşıb, suallar cavablandırılmayıb.

Təqsirləndirilən şəxsin vəkili Nurlan Məmmədov iddia edib ki, Etibar Pirverdiyev şirkətdə məsləhətçi işləyib, 55 min manat əməkhaqqı alıb: "Bu məbləğ idarə heyəti sədrinin əməkhaqqısından qat-qat çoxdur. Heç adi bir məsləhətçi 55 min manat maaş alar?"

Hakim bildirib ki, iş gününün sonu olduğu üçün şahid Pərviz Hacıyevin sorğusu yarımçıq saxlanılır, növbəti iclasda sorğu-sual davam edəcək.

Elan olunub ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə elektron sistemə vəsatət yerləşdirib. Dövlət ittihamçısı vəsatətin əsassız olduğunu və təmin olunmamasını istəyib.

Vəkil Nurlan Məmmədov bildirib ki, müvəkkilini şahidlərə təsir göstərmək adı ilə həbsdə saxlamaq əsaslı iddia deyil. Onun sözlərinə görə, Vüqar Əliyevin beş azyaşlı uşağı var.

Müşavirə keçirən hakimlər heyəti vəsatəti təmin etməyib.

Növbəti proses noyabrın 16-da davam edəcək.

Qeyd edək ki, “Azenco” şirkətinin “Azərenerji”nin keçmiş rəhbəri Etibar Piriverdiyevə bağlı olduğu bilinir.

Pirverdiyev vəzifədə olduğu dövrdə “Azenco” Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib.

Vüqar Əliyev 2022-2023-cü illərdə şirkətin İdarə Heyətinin sədri, sonradan isə bir müddət Müşahidə Şurasının sədri işləyib. O, 1 il əvvəl daxil olmuş şikayət əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Cinayət işi ilə bağlı fərqli ünvanlarda yerləşən əmlaklar üzərinə həbs qoyulub.

Vüqar Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub. Bu maddənin sanksiyası 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Cəmiyyət

25-12-2025, 18:26

Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SİYAHI

Siyasət

21-06-2022, 02:56

Sabiq şöbə rəisi ETİRAF ETDİ: “Xidmət etdiyim müddətdə cinayət işləmişəm”

Cəmiyyət

1-12-2023, 08:36

“Sea Breeze”dəki davada adları keçən gənclər ifadə verdilər – MƏHKƏMƏ İŞİ

Cəmiyyət

6-05-2025, 10:14

“ELEKTRİKDƏN AYRILAN” PİRVERDİYEV... -“AzərEnerji” ASC-nin keçmiş rəhbəri niyə “yoxa çıxıb”?

Cəmiyyət

10-10-2026, 11:16

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Gündəm / Siyasət

13-05-2024, 14:01

Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Cəmiyyət

1-10-2026, 10:48

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

17-07-2024, 09:54

Məhkəmə iş adamını zərərçəkən kimi tanıdı, amma… - NARAZILIQ VAR...

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
29-10-2026, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
29-10-2026, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Xəbər lenti
  • Bu gün, 13:17
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Bu gün, 13:04
    Səbinə Əliyeva yenidən Ombudsman seçilib
  • Bu gün, 12:54
    “Azenco”da 3,7 milyonluq mənimsəmə işi: Etibar Pirverdiyev özəl şirkətdə nə qədər aylıq maaş alıb? - TƏFƏRRÜAT
  • Bu gün, 12:36
    DİN Ukrayna polisiylə keçirdiyi birgə əməliyyat nəticəsində beynəlxalq axtarışda olan kiberdələduzlar Azərbaycana gətirilib
  • Bu gün, 11:51
    İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
  • Bu gün, 11:38
    Prezident İlham Əliyev Laosa səfərə dəvət edilib
  • Bu gün, 11:31
    Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib - FOTOLAR
  • Bu gün, 11:08
    Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
  • Bu gün, 10:59
    Gömrükdə elə oyunlar çevrilir ki... - İLGİNC İDDİA
  • Bu gün, 10:20
    Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
  • Bu gün, 10:04
    Zakir Fərəcov baş mühasibini dəyişdi - BUNDAN SONRA...
  • Bu gün, 09:37
    Tramp ABŞ-nin İranla müharibə xərclərini "cüzi məbləğ" adlandırıb
  • Bu gün, 09:30
    Qanunsuz tikinti ilə gündəmə gəlmişdi: Nazir işdən çıxardı - ƏMR
  • Bu gün, 09:12
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Dünən, 19:00
    Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb
  • Dünən, 18:31
    Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb
  • Dünən, 18:26
    Gədəbəydə də Binəqədi modeli? - Hacıbaba Babayevin özfəaliyyəti davam edir...
  • Dünən, 18:01
    Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
  • Dünən, 17:53
    Əli Həsənovun qızı Dubaydakı biznesini milyon dollara satmaqdan imtina etdi - İLGİNC
  • Dünən, 17:39
    Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb
  • Dünən, 17:31
    Bakıda onmərtəbəli binada lift kabusu - "Hər dəfə birimiz liftdə alırıq"
  • Dünən, 17:04
    Zelenski ABŞ-a "Patriot" müqabilində neft zavodlarına bir aylıq zərbə endirilməməsi üçün şərt qoyub
  • Dünən, 16:43
    ADP-dən Azərbaycan-Rusiya münasibətləri ilə bağlı xəbərdarlıq: Türkiyə ilə strateji müttəfiqlik gücləndirilməlidir
  • Dünən, 16:35
    Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsi
  • Dünən, 16:34
    “Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib FOTOLAR
  • Dünən, 16:31
    Səhiyyə Nazirliyinin institutlarında kütləvi kadr dəyişikliyi - Direktorların kürkünə birə düşüb
  • Dünən, 16:15
    "Vikinq" - "Sabah" matçının hakimləri müəyyənləşib
  • Dünən, 16:13
    Kişilərdə Döş Böyüməsi (Ginekomastiya) əməliyyatı icbari tibbi sığorta ilə mümkündürmü? – ARAŞDIRMA
  • Dünən, 15:35
    Gəncə Texnologiya Universitetinin rektoru səlahiyyətdən necə sui-istifadə edir?
  • Dünən, 15:07
    İrəvan-Moskva gərginliyi artır: Zaxarovanın sərt dili, Kremlin Belarus rıçaqı
  • Dünən, 14:53
    Neftçalada yaşanan ekoloji fəlakətin cavabını kim verəcək? -Yaşıllığı məhv edilən şəhər
  • Dünən, 14:22
    Sabah Bakıda 23 dərəcə isti olacaq
  • Dünən, 13:20
    Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
  • Dünən, 13:00
    Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edəcək
  • Dünən, 12:43
    Elçin Yusubov qiymətləndirmə sektoruna NECƏ NÜFUZ EDİB... - İLGİNC FAKTLAR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə