Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 2 nəfər dənizdə nəzarətsiz ərazidə batıb.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.