• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Bakıda tikinti şirkəti sakinlərə cəhənnəm yaşadır - NARAZILIQ VAR...

Cəmiyyət

13-09-2024, 13:40

Bakının Nizami rayonunda tikinti şirkəti sakinlərə "qan uddurur". Bu barədə Sputnik Azərbaycan-a Nizami rayonu Kamil Balakişiyev küçəsində yaşayan sakinlər məlumat verib.
Sakinlər bildiriblər ki, "Kursus-Nizami" Mənzil-Tikinti Kooperativi sakinləri illərdir yaşadığı mənzildən məcburən çıxmağa vadar edir. MTK binanın qəzalı olduğunu bəhanə edib Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsində yerləşən 2519-cu məhəllədə yerləşən 39, 41, 43, 45, 47/13 nömrəli üçmərtəbəli binaları, eləcə də onların həyətində yerləşən ikimərtəbəli uşaq bağçasını, qazanxananı, qeyri-yaşayış obyektlərini sökmək barədə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılığa gəlib.

Sakinlərin qara günləri də elə o vaxtdan başlayıb. Sakinlərin dediyinə görə, tikinti şirkəti binanın qəzalı olduğunu bəhanə gətirərək sakinləri öz şərtləri ilə razılaşmağa məcbur edir. Halbuki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun rəyində binanın qəzalı olduğuna dair bir kəlmə də yazılmayıb:
"Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun rəyinə əsasən, Nizami rayonu, Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdədir".
Sakinlərin agentliyə təqdim etdiyi rəydə də binanın texniki cəhətdən məhdud-işlək vəziyyətdə olduğu qeyd olunub. Sakinlər 1960-cı ildə inşa olunmuş binalarda zəlzələdən sonra çatların belə yaranmadığını, binanın texniki vəziyyətindən narazı olmadıqlarını bildiriblər. Onların sözlərinə görə, sadəcə, olaraq tikinti şirkəti kommersiya məqsədilə yeni binalar inşa etmək üçün ərazidəki binaları sökmək istəyir.

Beləliklə, binada yaşayan sakinlərin bir qismi ilə razılığa gələn tikinti şirkəti onların təklifi ilə razılaşmayan sakinləri incidir.
Bu iddia ilə sakin Dina Adreyeva çıxış edib. O, müsahibəsində bildirib ki, tikinti şirkəti sakinlərin istəyini nəzərə almadan, heç bir layihə təqdim etmədən işə başlayıb. Bu səbəbdən də şirkət nümayəndələrinin təklifləri ilə razılaşmayan sakinlər məhkəməyə verilib.
"MTK bizi məhkəməyə verib məhkəmənin qərarı ilə bizi illərlə yaşadığımız şəxsi mənzilimizdən çıxarmağa çalışır. Məhkəmənin isə onların iddiasını necə qəbul etdiyini anlamıram. Şirkət sakinlərin yaşadıqları mənzillərin ölçüsü barədə məhkəməyə yalnış məlumatlar təqdim edib. Şərtlər yalnız tikinti şirkəti tərəfindən irəli sürülməməlidir, sakinlərin də öz şərtləri var. Hər hansı şəkildə qarşılıqlı razılığa gəlmək mümkün olduğu halda, şirkət nümayəndələri sakinlərin heç bir təklifini qəbul etmir, bizə qarşı heç bir güzəştə getmirlər. Onlar razılaşmanı birtərəfli formada tərtib edir, öz şərtlərini diktə edirlər. Biz bir sıra dövlət qurumlarına müraciət etsək də, hələ ki, heç bir qurumdan müraciətimizə cavab gəlməyib. Hətta yerli icra hakimiyyətinə də müraciət etmişik – onlar da şirkətin tərəfindədir" - sakin şikayətlənib.
İrina Koşinova adlı sakin isə deyir ki, tikinti şirkəti əraziyə gəlməmişdən əvvəl bina tam istismara yararlı olub. Onlar gəldikdən sonra sakinlərin yaşadığı binanı yararsız vəziyyətə salıblar.
"Evimizi qəzalı vəziyyətə salıblar, pəncərələri, qapıları çıxarıblar, işıqları söndürüblər. Bir çox sakinlər evlərini tərk etmək istəmirlər, çünki şirkət nümayəndələri onların istəklərini ümumiyyətlə nəzərə almır və onları məhkəməyə verir. Bizim əmlak toxunulmazlığı hüququmuz var. Şəxsi mülkiyyət qanunla toxunulmazdır. Amma tikinti şirkəti bizə qarşı tam qanunsuz hərəkət edir, öz şərtlərini diktə edir. Bizə öz mənzillərimizin ölçüsündən çox kiçik mənzil verir. Biz hazırda yaşadığımız şəraitdən məmnunuq və bu binada yaşamaq istəyirik. Nəyə görə rahat evimizdən köçüb kirayədə qalmalıyıq? Azərbaycanın möhtərəm prezidenti İlham Əliyev məmurlara xalqı incitməməyi tapşırıb. Ümid edirəm ki, prezidentimiz bizim səsimizi eşidəcək" - sakin bildirib.

Sözügedən binalardan birinin sakini Olqa Ağadadaşova isə qeyd edib ki, şirkətlə 10 aya yaxındır məsələ ilə bağlı danışıqlar aparılır, lakin onlar heç bir nəticəsi yoxdur.
“Onlar bizdən daim güzəşt tələb edirdilər. Biz onlara təslim olanda isə dərhal növbəti güzəşt tələb etdilər. Üstəlik, öz variantımızı əldə etmək üçün bizdən əlavə ödəniş tələb edirlər. Məgər bu ədalətlidir?! Bu, onların güzəştidir ki, biz onlara əlavə pul ödəməliyik?” - sakin bildirir.
Onun sözlərinə görə, binanın qəzalı olması barədə hər hansı sənədi olmayan inşaatçılar onu qəsdən qəzalı vəziyyətə gətirirlər.
"Üstəlik, razılıq üçün öz variantımızı təklif edəndə, buna cavab olaraq deyirlər ki, "başqa çarən yoxdur, qəbul etməlisən. Bu azmış kimi, şirkət əməkdaşları sakinlərdən verdikləri sözə əməl etməyi və dedikləri sözləri unutmamağı tələb etsə də, eyni zamanda, hər gün özlərinə uyğun şəkildə mövqelərini dəyişirlər” - Ağadadaşova qeyd edib.
Sakin onu da vurğulayıb ki, şirkətin sakinlərə qarşı təzyiq göstərmək və onların binadan çıxmasına nail olmaq üçün başqa metodlara əl atacağından, məsələn, binada suyu və ya işığı kəsəcəyindən ehtiyat edir.
Timur Əmirxanov adlı digər sakin isə 20 ilə yaxındır yaşadıqları evdən məcburi çıxarıldıqlarını söyləyib. Bildirib ki, söküntü aparan tikinti şirkəti onları geniş həyəti olan binadan çıxararaq kirayə evə köçürür:
"Bu bina qəzalı deyil. Amma tikinti şirkəti binanın qəzalı vəziyyətdə olduğunu bəhanə edib sakinləri mənzillərindən çıxarır. Bizi isə minimum üç illik kirayə mənzillərə köçməyə məcbur edir. Hansı sakinlə razılaşırlarsa, o mənzilin qapı-pəncərələrini çıxarırlar. Gördüyünüz kimi, tikinti şirkəti binanı qəsdən qəzalı vəziyyətə salır ki, yerdə qalan sakinlər də çarəsiz qalıb onların təklifi ilə razılaşsın. Tikinti şirkəti isə bizə mənzilimizin əvəzində yeni çoxmərtəbəli binadan mənzil verməyi təklif edir. Şirkət qazanmalıdır deyə, biz illərlə kirayələrdə qalmalı, geniş həyəti olan binamızı, şəraitli mənzillərimizi tərk etməliyik? Onlar sakinlərin heç bir istəyini nəzərə almırlar".
"Kursus-Nizami" Mənzil-Tikinti Kooperativinin sədri Elnur Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, BŞİH-in verdiyi sərəncama əsasən, FHN-nin rəyi əsasında sökülməsi nəzərdə tutulan köhnə binalarda yaşayan 139 ailənin köçürülməsi həyata keçirilib. Binaların yerində müasir tipli on altı mərtəbəli binalar inşa ediləcək.

"139 ailədən 115 ailə ilə qarşılıqlı razılığa gəlinərək notariusda müqavilə bağlanıb. 29 ailə ilə isə razılığa gəlinməyib. Buna da səbəb 29 ailənin 50 kv mənzilə 500-600 min manat pul, bir otaqlı mənzilə əlavə 80 kvadrat/metrlik iki mənzil tələb etməsidir. Şirkət bu fantastik məbləğlə razılaşa bilməz. Biz notarius xərcini, kirayə haqları və yüklərin daşınmasına çəkilən xərcləri ödəyirik. Hər mənzilin kvadratından 20-25 faiz sakinlərə mənzil veririk. Əvəzləşdirmə etməklə bağlı razılığa gəlməyənlər şirkətdən pul tələb edirlər. Biz isə sakinlərə demişik ki, mənzillərə görə pul yox, mənzillər veriləcək" - şirkət rəhbəri bildirib.
Şirkət rəsmisi binanın pəncərələrinin şirkət tərəfindən sökülmədiyini də bildirib. Deyib ki, razılığa gələn sakinlər köçdükdən sonra mənzilin pəncərə və qapılarını çıxararaq bağ evlərinə aparırlar.
E.Hüseynov onu da deyib ki, sakinlərin çıxmaması söküntü və tikinti işlərini ləngidir. O, hazırda binada yaşayan 6 sakinlə məhkəmədə çəkişmələrin davam etdiyini bildirib.
Nizami Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarov isə sözügedən ərazidə söküntü işlərinin pilot layihə əsasında aparılmadığını, tikinti şirkəti ilə sakinlərin öz aralarında razılığa gəlməli olduqlarını söyləyib. Bildirib ki, bu məsələ rayon icra hakimiyyətinin səlahiyyətində deyil. Amma sakinlər tikinti şirkətinin qanunsuz əməlləri ilə bağlı şikayət ediblərsə, bu faktlar araşdırılacaq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-08-2022, 11:49

Bakının bu ünvanında binalar sökülür: Sakinlərə kirayə haqqı verilir (VİDEO)

Gündəm / Cəmiyyət

27-08-2024, 10:03

"Nizami rayon İcra Hakimiyyəti SƏSİMİZİ EŞİTMİR..." - NARAZILIQ VAR...

Cəmiyyət

13-08-2022, 12:44

Bakıda yaşayış binası sökülür

Cəmiyyət

14-05-2024, 10:14

Keçmiş deputatın şirkəti YAŞILLIĞA QƏNİM KƏSİLİB... - ÖZBAŞINALIQ!

Gündəm / Cəmiyyət

9-08-2024, 09:12

Aslan Quliyev özünü ƏSL ASLAN ZƏNN EDİR... - Sakinlərin başına DAŞ YAĞDIRIR

Sosial

17-11-2023, 13:47

“Karayev City” MTK-NIN MƏHKƏMƏSİ BAŞLADI

Sosial / Olay

23-10-2023, 10:30

Yeni başçı özünü `Bağdadın KOR XƏLİFƏSİ` ZƏNN EDİR?

Cəmiyyət / Sosial

18-10-2023, 10:43

Sabiq oliqarx-deputatın şirkəti dövlət qurumlarına meydan oxuyur

Gündəm / Cəmiyyət

16-04-2024, 20:08

Leyla Əliyeva Nizami rayonunda ağacəkmə aksiyasında

Gündəm / Cəmiyyət

30-07-2024, 14:45

“Vialon” MMC camaatın EVİNİ BAŞINA UÇURUR... - ÖZBAŞINALIQ!

Gündəm / Cəmiyyət

26-08-2024, 11:54

MMC Bakı sakinlərini mühasirədə saxlayır - Fotolar

Hadisə

9-07-2024, 09:54

Gecəki yanğında 24-ü uşaq olmaqla, 60 nəfər təxliyə olundu

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Bu gün, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
Xəbər lenti
  • Bu gün, 19:00
    Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
  • Bu gün, 18:51
    İlham Əliyev üç rayona başçı təyin etdi
  • Bu gün, 18:41
    Bir səs susdu, izi qaldı – Əvəz Zeynallıya vida
  • Bu gün, 18:30
    Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
  • Bu gün, 18:00
    Dünya Bankı: ASCO Orta Dəhlizin Xəzərdə fasiləsiz fəaliyyəti üçün fider gəmilərinin sayını artırmalıdır
  • Bu gün, 17:19
    Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB
  • Bu gün, 16:59
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • Bu gün, 16:48
    Agentlik Abid Şərifovun şirkəti ilə 9 milyonluq RAZILAŞMA İMZALADI
  • Bu gün, 16:32
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:14
    158 saylı məktəbdə qalmaqal:direktor öz kabinetində…
  • Bu gün, 15:54
    Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub
  • Bu gün, 15:43
    Naxçıvanın miqrasiya rəisi qadının evini zorla əlindən alır - BU NƏDİ BELƏ?
  • Bu gün, 15:06
    Türkiyə Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026"dan maraqlı görüntülər paylaşıb
  • Bu gün, 14:56
    Binəqədi rəsmən SAHİBSİZ QALIB... - NARAZILIQ VAR...
  • Bu gün, 14:42
    Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
  • Bu gün, 13:08
    Nazirlik “Bravo”dan 58 min manata 3 ədəd stend icarəyə götürəcək - DETALLAR
  • Bu gün, 12:50
    Xarkova endirilən zərbələr nəticəsində 10-u uşaq olmaqla 29 nəfər yaralanıb
  • Bu gün, 12:45
    Məhkəmə-Tibbi Ekspertizada “kreslo savaşı”: Cavid Cahangirov Ədalət Həsənovun postuna göz dikib?
  • Bu gün, 12:02
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
  • Bu gün, 11:38
    İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
  • Bu gün, 11:10
    Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
  • Bu gün, 10:58
    Rusiyalı turistlərin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda MACƏRASI - "ÇYORT POBERİ"
  • Bu gün, 10:36
    Bakıda iki yolun kəsişməsində yeni tunel inşa ediləcək
  • Bu gün, 10:13
    Hövsanda məktəb skandalı: Sinif rəhbərinin təzyiqindən sonra 8-ci sinif şagirdi evə qayıtmadı
  • Bu gün, 09:36
    Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
  • Bu gün, 09:34
    "TTY-nin Mərkəzi Klinika ilə nə işi var?" - HƏQİQƏTƏN DƏ...
  • Bu gün, 09:02
    Yasamal və Nizami rayonlarının bir sıra ərazilərində bu gün işıq olmayacaq
  • Dünən, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Dünən, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Dünən, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Dünən, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə