Paytaxtın Nizami rayonunda evlərdən birindən qızıl-zinət əşyaları və pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
BNTV.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı Nahid Abdullayev və 29 yaşlı Mədinə Babayeva müəyyən edilərək saxlanılıblar.
Aparılan araşdırmalar zamanı həmin şəxslərin evdən ümumilikdə təxminən 10 min manat dəyərində qızıl-zinət əşyaları və pul oğurladıqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.