• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”

Gündəm / Təhsil / Araşdırma

11-09-2026, 22:30

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aparılan təmir işləri ətrafında yaranmış mübahisə yeni açıqlamalarla daha da böyüyür. Təmir işlərində çalışan Röyal Zamanov BakuNews.az-a bildirib ki, “Lider Line” MMC-nin rəhbəri kimi təqdim etdiyi Namizəd Əsgərovun dəvəti ilə dövlət təhsil müəssisəsində işə başlayıb, lakin görülən işlərin müqabilində onun və digər işçilərin ümumilikdə 4500 manat əməkhaqqı ödənilməyib.

Röyal Zamanovun sözlərinə görə, o, tanışı vasitəsilə Namizəd Əsgərovla əlaqə yaradıb və tərəflər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təmir işlərinin görülməsi barədə razılığa gəliblər. İddiaya əsasən, işçilərə hər həftənin bazar günü görülən işlərin haqqının ödəniləcəyi və onlarla rəsmi müqavilə bağlanacağı vəd edilib.

Zamanov bildirir ki, məhz bu vədə inanaraq özü ilə yanaşı bir sıra usta və fəhlələri də işə dəvət edib.

Onun sözlərinə görə, ilk həftə görülən işlərin pulu ödənilib və o da aldığı vəsaiti işçilər arasında bölüşdürüb. Lakin sonrakı həftələrdə ödənişlərin sistemli şəkildə verilməsi dayanıb.

Şikayətçinin iddiasına görə, sonradan onlara müxtəlif vaxtlarda 200, 400 və 500 manatlıq ayrı-ayrı məbləğlər göndərilib, lakin əsas əməkhaqqının ödənilməsi davamlı olaraq təxirə salınıb.

Röyal Zamanov bildirir ki, Namizəd Əsgərov onlara yarımçıq işləri tamamlamağı, bundan sonra bütün borcun birdəfəlik ödəniləcəyini deyib.

“İşi bitirin, pulunuzu birlikdə verəcəyəm” vədi isə, şikayətçinin sözlərinə görə, nəticədə yerinə yetirilməyib.

Zamanovun açıqlamasına əsasən, vəziyyətin şübhəli olduğunu düşünən bir sıra ustalar işi yarımçıq qoyaraq ərazidən uzaqlaşıblar. Buna baxmayaraq, özü, iki usta və bir fəhlə işi davam etdirib.

Şikayətçi bildirir ki, onlar təxminən 3200 kvadratmetr emulsiya işi, 360 kvadratmetr kafel-metlax işi, həmçinin malyar və digər tamamlama işlərini başa çatdırıblar.

Onun iddiasına görə, bu müddətdə işçilərə əsas əməkhaqqı əvəzinə yalnız gündəlik yemək xərcləri üçün müəyyən vəsaitlər göndərilib və hər dəfə eyni arqument səsləndirilib: işi başa çatdırın, bütün hesab bağlanacaq.

Lakin iş tamamlandıqdan sonra vəziyyətin tam əks istiqamətdə dəyişdiyi bildirilir.

Röyal Zamanovun sözlərinə görə, əməkhaqqını tələb etdikdə əvvəlcə ona bir neçə gün gözləməsi xahiş olunub. Namizəd Əsgərovun maliyyə çətinliyi yaşadığını bildirərək ödənişi həftənin sonunadək edəcəyini dediyi, daha sonra isə həmin tarix də çatdıqda ödənişin yenidən başqa günə keçirildiyi iddia olunur.

İşçilərin buna etirazından sonra isə, Zamanovun iddiasına görə, məsələ artıq tamam başqa məcraya yönəlib.

Şikayətçi bildirir ki, Namizəd Əsgərov Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dağlar müəllim kimi tanınan vəzifəli şəxslə əlaqə saxlayaraq işçilərin müəssisədən çıxarılmasını istəyib.

Bundan sonra onların gördüyü işlərin keyfiyyətsiz olduğu bildirilib və məktəbin ərazisini tərk etmələri tələb olunub.

Röyal Zamanov isə bu mövqeni qəbul etmədiyini deyir:

“Əgər gördüyümüz iş pis idisə, bunu birinci həftədə deyərdilər. Biz təxminən iki ay işlədik. Niyə məhz pulumuzu tələb etdiyimiz vaxt işimizin pis olduğu ortaya çıxdı?”

Şikayətçinin sözlərinə görə, o, gördükləri işlərin sahəsini hesablayaraq Namizəd Əsgərova təqdim edib. Qarşı tərəf isə hesablamaların artıq göstərildiyini bildirib. Zamanov həmin halda obyektə birlikdə gedərək görülən işlərin yerində ölçülməsini təklif etdiyini, lakin bu təklifinin qəbul olunmadığını iddia edir.

Hazırda, onun dediyinə görə, bir fəhlənin, bir ustanın və özünün birlikdə 4500 manat alacağı qalıb.

Məsələnin daha ciddi tərəfi isə işçilərin dövlətə məxsus təhsil müəssisəsində hansı hüquqi əsasla çalışdırılması ilə bağlıdır.

Röyal Zamanovun sözlərinə görə, onlara əvvəlcədən rəsmi müqavilə bağlanacağı bildirilsə də, faktiki olaraq işlər müqavilə rəsmiləşdirilmədən görülüb.

Əgər bu iddia təsdiqini taparsa, ortaya bir sıra mühüm suallar çıxır:

Dövlət təhsil müəssisəsində təmir işlərini faktiki olaraq hansı şirkət həyata keçirib? “Lider Line” MMC ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında hansı müqavilə və ya satınalma sənədi mövcuddur? Tikintidə çalışan ustalar hansı hüquqi əsasla müəssisəyə buraxılıb? İşçilərlə əmək və ya xidmət müqaviləsi niyə bağlanmayıb? Görülmüş işlərin təhvil-təslim sənədləri varmı? İşçilərin əməyinin haqqı hansı vəsaitdən ödənilməli idi?

Röyal Zamanov redaksiyaya bildirib ki, iddialarını təsdiqləyə biləcək materiallar da mövcuddur. Onun sözlərinə görə, görülən işlərin videogörüntüləri, Namizəd Əsgərov tərəfindən göndərildiyi bildirilən ödənişlərin bank çekləri, eləcə də həmin vəsaitlərin ustalara verilməsi barədə şəxsi qeydləri saxlanılır.

Belə olan halda “iş pis görülüb” arqumentinin yalnız əməkhaqqı tələb edildikdən sonra ortaya çıxmasının səbəbi də ayrıca izah tələb edir.

Əgər iş doğrudan da keyfiyyətsiz idisə, bu barədə akt tərtib edilibmi? İşçilərə əvvəlcədən yazılı irad bildirilibmi? Qüsurların aradan qaldırılması tələb olunubmu? Yoxsa “keyfiyyətsiz iş” ifadəsi görülmüş işlərin pulunun ödənilməməsi üçün sonradan ortaya atılmış arqumentdir?

Ən mühüm məsələ isə budur: dövlət müəssisəsində aylarla çalışdığı bildirilən şəxslərin müqaviləsiz işləməsinə kim və hansı əsasla şərait yaradıb?

BakuNews.az məsələdə adı hallanan “Lider Line” MMC-nin rəhbəri Namizəd Əsgərovun, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyinin və digər aidiyyəti şəxslərin mövqeyini dərc etməyə hazırdır.

Şikayətdə səsləndirilən iddiaların hüquqi qiymətləndirilməsi isə aidiyyəti dövlət qurumlarının araşdırmasının predmetidir.

BakuNews.az mövzunu diqqətdə saxlayacaq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət / Bölgə

9-09-2026, 03:59

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təmir qalmaqalı: Mərkəz açıqlama verdi – “LiderLine” MMC-yə hələ ödəniş edilməyib

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

17-07-2025, 12:28

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Cəmiyyət / Ölkə

20-06-2023, 10:58

Arif Əsgərovla bağlı ŞOK FAKTLAR: 2 milyon 900 min dolları...

Gündəm / Cəmiyyət

5-07-2025, 08:44

İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Gündəm / Cəmiyyət

10-09-2026, 17:14

Törətdiyi bu iqtisadi təxribata görə... Məmməd Musayevi yaxın vaxtlarda nələr gözləyir

Təhsil

14-01-2025, 21:05

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Cəmiyyət

10-10-2024, 09:22

Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub

Gündəm / Cəmiyyət

24-08-2026, 17:56

Peşə mətkbələrində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi, görə bilmir?

Gündəm / İqtisadiyyat / Araşdırma

1-11-2024, 21:34

"TURAN BANK" vətəndaşı məhkəməyə verdiyi halda şəxsin mülkiyyətini satışa çıxarıb - ŞİKAYƏT FOTOLAR

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
Dünən, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
6-10-2026, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 16:19
    Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
  • Bu gün, 16:09
    Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!
  • Bu gün, 15:46
    Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib
  • Bu gün, 15:33
    Elşən Salahov əslində kimi cəzalandırmalı idi – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
  • Bu gün, 15:21
    Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
  • Bu gün, 15:02
    Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
  • Bu gün, 14:47
    Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
  • Bu gün, 14:27
    İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
  • Bu gün, 12:06
    Azərbaycan və Kamboca işçi qrupu yaradacaqlar
  • Bu gün, 11:39
    Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
  • Bu gün, 11:32
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Bu gün, 11:22
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Bu gün, 11:11
    “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
  • Bu gün, 10:47
    Şahin Babayev: "Bakıdan Praqaya uçuşların sayının 14 % artacağı gözlənilir"
  • Bu gün, 10:31
    Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
  • Bu gün, 09:45
    BƏƏ Prezidentinin müşaviri Körfəz ölkələrini kollektiv təhlükəsizliyi gücləndirməyə çağırıb
  • Bu gün, 09:33
    Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
  • Bu gün, 09:06
    Biləsuvarda toyda bıçaqlanma olub
  • Bu gün, 08:59
    1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
  • Bu gün, 08:37
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Dünən, 17:52
    Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək
  • Dünən, 17:00
    Allahşükür Paşazadə niyə SUSUR?
  • Dünən, 16:00
    Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
  • Dünən, 15:42
    Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
  • Dünən, 15:00
    Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
  • Dünən, 14:00
    FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
  • Dünən, 13:30
    NYT ABŞ-nin Rusiya və Ukraynaya təklif etdiyi sövdələşmənin detallarını açıqlayıb
  • Dünən, 13:00
    Ər-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
  • Dünən, 12:00
    Premyer Liqada VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq
  • Dünən, 11:00
    "Türk dünyası dialoqları"nın beşinci müzakirəsi Şimali Kiprdə keçiriləcək
  • Dünən, 10:30
    Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
  • Dünən, 10:00
    Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
  • 10-10-2026, 19:00
    İran Ordusunun Quru Qoşunlarının komandanı: Müharibə başlayandan sonra sərhədlərdə 50-dən çox döyüş və dəstək bölməsi yerləşdirilib
  • 10-10-2026, 18:30
    Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək
  • 10-10-2026, 18:00
    Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə