• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Toka verib” sənədə qol çəkdirmək istədi - Bakıda qəribə hadisə

Hadisə

29-07-2022, 00:30

Bakıda tanışını elektrik cərəyanı ilə qorxudaraq ondan sənədlərə imza atmasını tələb edən şəxsə ağır cəza verilib.

bakunews.az qafqazinfo-nun istinaden əldə etdiyi məlumata görə, hadisə bu il aprelin 16-da Nərimanov rayonu, Məmməd Araz küçəsindəki evdə baş verib. Belə ki, Novxanı bağlar massivində yaşayan Zəngilan rayon sakini, 1961-ci il təvəllüdlü Ağa Ağayev qonşuluqda yerləşən ünvandakı 10 sot torpaq sahəsinin içindəki ikimərtəbəli evlə birgə satıldığı haqda elanı görüb. O, həmin həyəti ələ keçirmək üçün plan qurub və hasarın üzərində yazılmış elandakı nömrəyə zəng edib. Torpaq və evin sahibi olan Babək adlı şəxs həmin mülkü 143 min manata sata biləcəyini deyib. Ağa ev sahibi ilə razı olduğunu deyərək onunla görüşüb pulu vermək istədiyini və alqı-satqı müqaviləsinə qol çəkməsini istəyib. Babək adlı şəxs müştəri ilə razılaşıb və onu Nərimanov rayonu Məmməd Araz küçəsindəki evinə dəvət edib.

Ağa Ağayev isə çantada pul olmasını görüntüsü yaratmaq üçün oraya 2 daş qoyub, həmçinin ev sahibini qorxudaraq sənədlərə qol çəkdirməsi üçün kustar üsulla hazırlanmış elektrik cihazını özü ilə götürüb.

Onlar qeyd edilən ünvanda görüşüblər və Babək bağ evini almaq istədiyini bildirən şəxsi mənzilinə dəvət edib. Evdə olarkən Ağa torpaq sahəsini və yaşayış evinin 143 000 manata ona satılması ilə bağlı 2021-ci il tarixli qəbzi yazdırdıqdan sonra həmin qəbzi və əmlaka dair hüququ təsdiq edən sənədlərini əldə etmək üçün özü ilə gətirdiyi kustar üsulla hazırlanmış elektrik naqilindən istifadə edərək Babəki elektrikə verməklə hədələyib. Bu zaman elektrik naqilinin başlığı elektrik yuvasından çıxıb və ev sahibi aktiv müqavimət göstərməyə başlayıb. Babəki yumruqla vurub yerə yıxan şəxs ondan sənədləri tələb etməkdə davam edib. Lakin ev sahibinin həyat yoldaşının səs-küyə gəlməsindən sonra Ağa Ağayev niyyətini həyata keçirə bilməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar zamanı məlum olub ki, Ağa Ağayev sənədləri əldə etdikdən sonra məhkəməyə müraciət edərək mülklə bağlı mübahisəli vəziyyət yaratmaq və onu ələ keçirmək fikrində olub.

O, ifadəsində bildirib ki, mülk sahibi ilə arasındakı dava-dalaş razılaşdıqları 143 min manat pulun 20 min manatının dollarla verilməsinin tələb edilməsinə görə olub. O, həmçinin elektrik naqilini özü ilə gətirmədiyini, Babəkin evindən götürdüyünü deyib.

Qeyd edək ki, hadisəni törədən Ağa Ağayev əvvəllər də dələduzluq əməlinə görə məhkum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2022-ci il tarixli hökmü ilə ona 11 il 6 ay müddətinə həbs cəzası verilib.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Hadisə

13-08-2022, 11:48

Bakıda “Milyonerlər məhəlləsi”ndə DƏHŞƏTLİ HADİSƏ: ÖLƏN VAR

Hadisə

8-08-2022, 15:53

Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı məlum olub - EKSKLÜZİV

Cəmiyyət / Kriminal

9-09-2022, 17:13

Azərbaycanda gömrük rəisinin evinə avtomatla basqın olub

Cəmiyyət

5-08-2022, 18:45

Özünü general Hikmət Həsənov kimi təqdim edən şəxs necə ifşa olundu

Hadisə / Ölkə

6-09-2022, 15:44

Polis rəisinə “dur get, internetimi düzəlt” dedi, həbs edildi

Video / Sosial

29-01-2023, 21:01

Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb - Bakıda qəribə hadisə (VİDEO)

Hadisə

23-06-2022, 18:34

Bakıda silsilə oğurluqlar edən keçmiş məhkum ƏLƏ KEÇDİ - VİDEO

Hadisə

7-07-2022, 15:47

Taksi sürücüsünün maşınını əlindən alıb görün nə etdi? - BAKIDA

Hadisə

11-08-2022, 13:18

“Sanitar qovşaqda yumruqla başından vurub 12 mini götürdüm”

Hadisə / Bölgə

27-08-2022, 21:09

Şabranda 12 yaşlı uşağı maşın vuraraq öldürüb

Olay

2-05-2023, 16:01

Metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarının ətrafından 9 ədəd velosiped oğurlayan şəxs saxlanılıb -FOTO/VİDEO

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
Dünən, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Dünən, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Dünən, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
Xəbər lenti
  • Dünən, 19:00
    Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
  • Dünən, 18:40
    Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
  • Dünən, 18:30
    Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
  • Dünən, 18:18
    Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
  • Dünən, 18:10
    Rafiq Cəlilovun Cəlilabadı - Onun 5 illik idarəçiliyi rayona nə verib?
  • Dünən, 17:47
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 17:37
    Milyonluq "Dağ İncisi"nin kölgəsində qalan zəhmət: 5 fəhlənin 6290 manatlıq haqqı necə mənimsənilib?
  • Dünən, 17:11
    Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstan rəsmiləri ilə görüşüb
  • Dünən, 16:57
    Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova da vəzifədən uzaqlaşdırılır
  • Dünən, 16:38
    Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər
  • Dünən, 16:12
    Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
  • Dünən, 15:54
    Səfərbərlik Xidməti 46 min manatlıq gül alır - Nigar Seyidzadə satacaq...
  • Dünən, 15:29
    Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölnlərin sayı 37 nəfərə çatıb
  • Dünən, 15:11
    Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Dünən, 14:59
    Paşinyanın Brüssel mesajları - fantaziya və reallaşmayacaq arzular
  • Dünən, 14:47
    Cəlilabadda 6 kəndin işığı kəsilib
  • Dünən, 13:10
    Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq
  • Dünən, 12:59
    İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
  • Dünən, 12:52
    Naxçıvanda şəkər xəstələrinin CİBİNƏ BELƏ GİRİRLƏR... - BU NƏDİ BELƏ?
  • Dünən, 12:37
    Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib"
  • Dünən, 12:25
    Qalmaqallı Qaralovanın kollecində QANLI OLAY - TƏFƏRRÜAT
  • Dünən, 12:04
    Sahil Babayev: "Büdcənin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi hədəflənir"
  • Dünən, 11:52
    Bəylər Eyyubovun adı ilə alver edənlər: Binədə şok dələduzluq və hədə-qorxu şəbəkəsi!
  • Dünən, 11:34
    Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
  • Dünən, 11:17
    AQTA-nın ŞADLIQ EVLƏRİ BİZNESİ... - Zəhərlənən hələ çox olacaq...
  • Dünən, 10:59
    ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
  • Dünən, 10:45
    Kürdəmir xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir - TƏFƏRRÜAT
  • Dünən, 10:24
    Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir
  • Dünən, 10:19
    Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
  • Dünən, 09:45
    UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
  • Dünən, 09:35
    SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
  • Dünən, 08:59
    Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
  • 3-11-2026, 19:00
    Ukrayna Prezidenti: Əbu-Dabidəki danışıqlar ən yüksək səviyyədə üçtərəfli görüşə gətirib çıxara bilər
  • 3-11-2026, 18:24
    Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
  • 3-11-2026, 18:13
    Bakıda küçəni zəbt edən obyekt sahibi kimdir? - FOTOLAR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə