• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Özünü general Hikmət Həsənov kimi təqdim edən şəxs necə ifşa olundu

Cəmiyyət

5-08-2022, 18:45

#Kriminal

Bakıda özünü general Hikmət Həsənov kimi təqdim edən şəxsə hökm oxunub.

bakunews.az qafqazinfo-ya istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsinin hökmünə əsasən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməkdə təqsirləndirilən Hikmət Həsənov 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun törətdiyi əmələ gəlincə, H.Həsənov 2021-ci ilin dekabrında Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil alan tanışının oğlunun koronavirusa yoluxduğunu öyrənib. Bundan sonra Bakıda olduğu zaman gecə saat 02:00 radələrində həmin şəxsin səhhəti ilə maraqlanmaq üçün akademiyaya gedib. H.Həsənov karantin vaxtı şəhərdə maneəsiz hərəkət etmək üçün evində olan hərbi sahə üzrə general-leytenant formasını geyinib. 
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində həmin formanı necə əldə etdiyini xatırlamadğını bildirib. Özü məhkumluq həyatı yaşadığından, hərbi sahədə cəmi 1 ay işlədiyini qeyd edib.
H.Həsənov akademiyaya gələn zaman növbətçi hissədə olan gizir Cabir Əlizadə ona yaxınlaşıb. Bu zaman H.Həsənov özünü əks kəşfiyyatın rəisi, general-leytenant kimi təqdim edib. Cabir Əlizadə isə öz növbəsində içəri daxil olaraq növbə rəisinə məruzə edib. Saxta general koronavirusdan əziyyət çəkən tanışını soruşarkən, növbə rəisi ona kursantların məzuniyyətə buraxıldığını, hazırda heç kimin olmadığını deyib. H.Həsənov bu zaman növbə rəisinə yenə də general olmağını, FHN-də və digər qurumların rəhbər şəxsləri ilə əlaqələrinin olmasını, vəzifənin artırılması və rütbənin verilməsini təmin etmək imkanın olmasını, istəsə, müraciət edə biləcəyini deməklə nömrəsini onlara verib.
Həmin görüşdən bir neçə gün sonra növbə rəisi ona zəng edərək görüşmək istədiyini deyib və tərəflər “Atabağı” restoranına üz-üzə gəliblər. Görüş zamanı növbə rəisi akademiyada növbətçi kimi işlədiyini, komendant rəisi yerinin tezliklə boşalacağını, odur ki, həmin vəzifəyə keçmək istədiyini, lakin bununla bağlı köməklik edəcək şəxsi tapa bilmədiyini deyib. Bu zaman saxta general FHN-nin vəzifəli şəxsləri ilə əlaqələrinin olduğunu deyib və sağollaşıb.
Maraqlıdır ki, H.Həsənov görüşə də general forması ilə gəlib. Görüşdən sonra H.Həsənov növbə rəisinin vəzifəsinin artırılması üçün 5.000 manat tələb etmək qərarına gəlib və bununla bağlı görüşmələri barədə sonuncuya zəng edib. Zərərçəkənlə yenidəndən “Atabağı” restoranında görüşən saxta general yalandan söhbət zamanı guya FHN-nin Kadrlar Siyasəti Baş İdarəsinin rəisi general-mayor Sevda Şirinova ilə danışdığını deyərək komendant xidmətinin rəisi vəzifəsinə təyin olunması üçün ondan 5.000 manat tələb edib.
Zərərçəkən isə ona həmin məbləğdə pulu vermək imkanının olmadığını, ancaq 3.500 manat verə biləcəyini deyib. Zərərçəkən H.Həsənvova əvvəlcə 1.500 manat göndərib, bir müddət sonra da zəng edərək 2.000 manatın hazır olduğunu bildirib. Lakin özünü general kimi təqdim edən şəxs rayonda olduğunu, Bakıya gələndə görüşüb pulu götürəcəyini bildirib. 
Tərəflər növbəti dəfə Bakıda həmin restoranda görüşən zaman vəzifəsinin dəyişdirilməsini isəyən şəxs 2.000 manatı H.Həsənova verib. Saxta general restorandan çıxarkən əməliyyat işçiləri ona yaxınlaşıb özlərini təqdim etməklə, ondan zərərçəkənin vəzifəsinin artırılması adı ilə almış olduğu 2.000 manatı tələb edib. Bundan sonra ona pulun üzərində olan yazılar ultrabənövşəyi işıq altında təqdim olunub, o da həmin pulu zərərçəkəndən hansı məqsədlə aldığını etiraf edib.
H.Həsənovun dələduzluğunun üstü daha əvvəlki görüşdə açılıb. Belə ki, o, akademiyaya general-leytenant rütbəsində gəlsə də, bu dəfə görüşə  general-mayor rütbəsi ilə gəlib və öz adını fərqli təqdim edib. Bundan sonra zərərçəkən onun dələduz olduğunu anlayıb və bu barədə öz rəhbərliyinə, rəhbərlik isə məsələylə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verib. Nəticədə keçirilən əməliyyatlar özünü general kimi təqdim edən şəxs saxlanılıb.
Qeyd edək ki, Hikmət Həsənov 1998-ci ildə Hərbi Akademiyanı bitirib. 1998-ci ildə qəsdən adam öldürmə ilə, 2001-ci ildə hədə-qorxu ilə tələb etmə və dələduzluqla və 2013-cü ildə isə yenidən hədə-qorxu ilə tələb etmə ilə məhkum olunub. Təxminən, ümumilikdə 20 il müddətində azadlıqdan məhrum etmə üzrə cəza çəkib. 2021-ci ilin oktyabr ayının 14-də sonuncu cəzası bitdiyindən azadlığa çıxıb. Rəsmi olaraq heç bir yerdə işləməyib.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Hadisə / Bölgə

31-01-2023, 21:12

Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edilib - FOTO

Hadisə

28-07-2022, 13:29

"Şəhid qardaşı" HƏBS EDİLDİ - Görün NƏLƏR EDİRMİŞ

Cəmiyyət

28-08-2022, 12:33

Kəmaləddin Heydərov məşhur generalı vəzifəsindən azad etdi - SENSASİON FAKTLAR(RƏSMİ)

Hadisə

29-07-2022, 19:00

Bakıda sevdiyi qızı narahat edən şəxs həbs edildi

Siyasət

13-09-2022, 13:07

Zakir Həsənovla Hulusi Akar arasında telefon danışığı oldu

Bölgə

24-09-2022, 12:30

Şirvanda fərdi yaşayış evlərindən oğurluq edən şəxs saxlanıldı

Hadisə

8-08-2022, 10:48

Məktəbli oğlan xalası qızına təcavüz etmək istədi, oxlovla döyüldü - Sabirabadda ŞOK OLAY

Bölgə

8-07-2022, 14:53

Azərbaycanda sabiq icra başçısına HÖKM OXUNDU

Hadisə / Kriminal

5-09-2022, 13:54

Bıçaqladığı qadın 7-ci arvadı olub - Kürdəmirdəki hadisənin detalları

Hadisə

10-08-2022, 18:19

Yeni il günü çay evində tanışını öldürən şəxsə hökm oxunub

Hadisə

11-07-2022, 10:27

Bakıda kişidən evə gec gələn arvadına qarşı dəhşətli əməl - TƏFƏRRÜAT

Cəmiyyət

13-07-2022, 10:38

Bir milyard manatlıq cinayət: Bakıda Kamil, İstanbulda Nüsrət...

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
Dünən, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Dünən, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Dünən, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
Xəbər lenti
  • Dünən, 19:00
    Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
  • Dünən, 18:40
    Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
  • Dünən, 18:30
    Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
  • Dünən, 18:18
    Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
  • Dünən, 18:10
    Rafiq Cəlilovun Cəlilabadı - Onun 5 illik idarəçiliyi rayona nə verib?
  • Dünən, 17:47
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 17:37
    Milyonluq "Dağ İncisi"nin kölgəsində qalan zəhmət: 5 fəhlənin 6290 manatlıq haqqı necə mənimsənilib?
  • Dünən, 17:11
    Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstan rəsmiləri ilə görüşüb
  • Dünən, 16:57
    Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova da vəzifədən uzaqlaşdırılır
  • Dünən, 16:38
    Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər
  • Dünən, 16:12
    Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
  • Dünən, 15:54
    Səfərbərlik Xidməti 46 min manatlıq gül alır - Nigar Seyidzadə satacaq...
  • Dünən, 15:29
    Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölnlərin sayı 37 nəfərə çatıb
  • Dünən, 15:11
    Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Dünən, 14:59
    Paşinyanın Brüssel mesajları - fantaziya və reallaşmayacaq arzular
  • Dünən, 14:47
    Cəlilabadda 6 kəndin işığı kəsilib
  • Dünən, 13:10
    Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq
  • Dünən, 12:59
    İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
  • Dünən, 12:52
    Naxçıvanda şəkər xəstələrinin CİBİNƏ BELƏ GİRİRLƏR... - BU NƏDİ BELƏ?
  • Dünən, 12:37
    Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib"
  • Dünən, 12:25
    Qalmaqallı Qaralovanın kollecində QANLI OLAY - TƏFƏRRÜAT
  • Dünən, 12:04
    Sahil Babayev: "Büdcənin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi hədəflənir"
  • Dünən, 11:52
    Bəylər Eyyubovun adı ilə alver edənlər: Binədə şok dələduzluq və hədə-qorxu şəbəkəsi!
  • Dünən, 11:34
    Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
  • Dünən, 11:17
    AQTA-nın ŞADLIQ EVLƏRİ BİZNESİ... - Zəhərlənən hələ çox olacaq...
  • Dünən, 10:59
    ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
  • Dünən, 10:45
    Kürdəmir xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir - TƏFƏRRÜAT
  • Dünən, 10:24
    Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir
  • Dünən, 10:19
    Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
  • Dünən, 09:45
    UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
  • Dünən, 09:35
    SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
  • Dünən, 08:59
    Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
  • 3-11-2026, 19:00
    Ukrayna Prezidenti: Əbu-Dabidəki danışıqlar ən yüksək səviyyədə üçtərəfli görüşə gətirib çıxara bilər
  • 3-11-2026, 18:24
    Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
  • 3-11-2026, 18:13
    Bakıda küçəni zəbt edən obyekt sahibi kimdir? - FOTOLAR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə