Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölnlərin sayı 37 nəfərə çatıb

04.11.2026 15:29 66 1 dəq oxunur
Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölnlərin sayı 37 nəfərə çatıb
Rusiya Silahlı Qüvvələrinin Kamışevaxaya (Ukraynanın Zaporojye vilayəti) endirdiyi zərbə nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

Bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Mixail Semikin məlumat verib.

"Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb. Faciə yerində axtarış-xilasetmə işləri davam edir. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin kinoloqları və xilasediciləri hadisə yerindədir", - o bildirib.

Daha əvvəl 31 nəfərin, o cümlədən iki xilasedici və dörd polisin öldüyü, həmçinin beş nəfərin yaralandığı, 48 nəfərin isə itkin düşdüyü bildirilmişdi.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az