Sizin reklam burada 728×90
Son dəqiqə

Ukrayna Prezidenti: Əbu-Dabidəki danışıqlar ən yüksək səviyyədə üçtərəfli görüşə gətirib çıxara bilər

03.11.2026 19:00 351 1 dəq oxunur
Ukrayna Prezidenti: Əbu-Dabidəki danışıqlar ən yüksək səviyyədə üçtərəfli görüşə gətirib çıxara bilər
Ukrayna Prezidenti: Əbu-Dabidəki danışıqlar ən yüksək səviyyədə üçtərəfli görüşə gətirib çıxara bilər

Noyabrın 10-11-də Əbu-Dabidə Ukrayna ilə bağlı keçiriləcək danışıqlar dövlət başçıları səviyyəsində Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşünə yol aça bilər.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Berlində Almaniya kansleri Fridrix Merts ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "İstəklilər koalisiyası"nın görüşü noyabrın 19-da Berlində baş tutacaq.

Zelenski həmçinin bildirib ki, Ukraynaya edilən son hücumlar barədə Mertsi məlumatlandırıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az