• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycanda gömrük rəisinin evinə avtomatla basqın olub

Cəmiyyət / Kriminal

9-09-2022, 17:13

Tovuz və Ağstafa rayonlarında quldurluq əməli törətmiş dəstə üzvlərinə hökm oxunub.

bakunews.az-nun qafqazinfo-ya istinadən əldə etdiyi məlumata görə, Qazax rayon Saloğlu kənd sakini, 1972-ci il təvəllüdlü Ceyhun Əliyev (bütün soyadlar şərtidir), Ağstafa şəhər sakini, 1964-cü il Araz Babayev və Qazaxın Quşçu Ayrım kənd sakini, 1980-ci il təvəllüdlü Natiq Rzayev barəsində açılmış işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmə prosesində bildirilib ki, adları çəkilən şəxslər 2015-ci ildə Tovuzun Cilovdarlı və 2018-ci ildə Ağstafa şəhərində avtomatla quldurluq əməli törədiblər. Onlardan Ceyhun və Natiq daha sonra ölkəni tərk edib. Bir müddət sonra Ceyhun sərhədi qanunsuz keçdiyinə görə, Natiq isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulub və məhkum edilib.

Bundan sonra onların daha ağır cinayətlərdə iştirak etməsi məlum olub. Belə ki, dəstə üzvləri 2015-ci ilin 21 may tarixində Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsində maliyyə-tarif şöbəsinin rəisi Pərviz S-in Tovuzun Cilovdarlı kəndində yerləşən evinə basqın ediblər. Avtomatlı şəxslər evin xidmətçisi olan qadın vasitəsilə aldatma yolu ilə gecə saat 04 radələrində evin qapısını açdırıb mənzilə basqın ediblər. “Kalaşnikov” avtomatı ilə silahlanmış maskalı şəxslər həmin vaxt vəzifəli şəxsə və ailə üzvlərinə qarşı quldurluq edərək evdəki seyfdən 50.000 ABŞ dolları, 5 ədəd “onluq” qızıl sikkə, 2 ədəd “beşlik” qızıl sikkələri, 1 ədəd “on beşlik” qızıl sikkəni, 1 ədəd “iyirmi beşlik” qızıl sikkə və 1 ədəd “İmperial” markalı qızıl sikkəni ələ keçirərək qaçıblar.

Daha sonra dəstə üzvləri 2018-ci il 17 sentyabr tarixində Ağstafa şəhəri, 33-cü məhəllədə yaşayan iş adamı, Ağstafada aptek sahibi olan Azər Qubadovun mənzilinə avtomatla basqın ediblər. Bu hadisə zamanı evdə olan iş adamı və oğlu basqınçılara aktiv müqavimət göstərib və avtomatı Ceyhunun əlindən almağı bacarıblar. Bu zaman atəş də açılıb və xoşbəxtlikdən heç kimə güllə dəyməyib. Hadisə vaxtı Ceyhunun tutulduğunu görən dostu Araz pəncərədən qaçaraq uzaqlaşıb. Ev sahibi isə maskalı şəxsi və onun avtomatını polisə təhvil verib.

Məhkəmədə Araz və Ceyhun özlərini qeyd edilən cinayətlər üzrə qismən təqsirli bilib. Natiq isə ona şər atıldığını, quldurluq əməli törətmədiyini deyib.

İstintaq zamanı o da məlum olub ki, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsində maliyyə-tarif şöbəsinin rəisi Pərviz S. evinə edilmiş basqından sonra cinayətin sifarişçilərini axtarıb. Bu məqsədlə o, hətta hadisənin iştirakçısı olmuş Ceyhunla da əlaqə saxlayıb və Ceyhun ona köməklik edəcəyini bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmü ilə Ceyhuna 13 il 6 ay, Araz və Natiqin hər birinə 10 il 6 ay müddətinə həbs cəzası verilib.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

29-07-2022, 22:18

Gömrükçülər məhkəmə zalında həbs edildi, məhkəmə sədrinin kürəkəni azadlıqda qaldı

Cəmiyyət

13-07-2022, 19:42

İlkin Süleymanovun məhkəməsi təxirə salınıb

Hadisə

20-07-2022, 19:35

İlkin Süleymanovun məhkəməsi növbəti dəfə təxirə salınıb

Cəmiyyət

1-08-2022, 14:01

Azərbaycanda nazirin oğlu, keçmiş baş nazirin isə qardaşı oğlu həbs edildi.

Cəmiyyət

29-07-2022, 13:10

Azadlığa buraxılan keçmiş gömrükçülər yenidən həbs olundular

Video / Kriminal

25-02-2023, 22:37

DİN: Ağstafada quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb - FOTO/VİDEO

Cəmiyyət

15-08-2022, 16:15

Azadlığa buraxılan gömrükçülər yenidən həbs edildi

Cəmiyyət

12-07-2022, 15:59

Bu ərazilərdə 3 gün qaz OLMAYACAQ

Cəmiyyət

2-08-2022, 12:50

Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası azaldılıb

Hadisə

31-07-2022, 10:42

ŞOK HADİSƏ: Azərbaycanda toyda qan töküldü

Video / Kriminal

13-03-2023, 23:08

Ağstafa polisi narko-kuryerlik edən şəxsi saxlayıb - FOTO/VİDEO

Mədəniyyət

1-09-2022, 16:40

Tovuzda itkin düşən şəxslər axtarılır

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
Dünən, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Dünən, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Dünən, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
Xəbər lenti
  • Dünən, 19:00
    Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
  • Dünən, 18:40
    Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
  • Dünən, 18:30
    Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
  • Dünən, 18:18
    Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
  • Dünən, 18:10
    Rafiq Cəlilovun Cəlilabadı - Onun 5 illik idarəçiliyi rayona nə verib?
  • Dünən, 17:47
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 17:37
    Milyonluq "Dağ İncisi"nin kölgəsində qalan zəhmət: 5 fəhlənin 6290 manatlıq haqqı necə mənimsənilib?
  • Dünən, 17:11
    Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstan rəsmiləri ilə görüşüb
  • Dünən, 16:57
    Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova da vəzifədən uzaqlaşdırılır
  • Dünən, 16:38
    Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər
  • Dünən, 16:12
    Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
  • Dünən, 15:54
    Səfərbərlik Xidməti 46 min manatlıq gül alır - Nigar Seyidzadə satacaq...
  • Dünən, 15:29
    Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölnlərin sayı 37 nəfərə çatıb
  • Dünən, 15:11
    Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Dünən, 14:59
    Paşinyanın Brüssel mesajları - fantaziya və reallaşmayacaq arzular
  • Dünən, 14:47
    Cəlilabadda 6 kəndin işığı kəsilib
  • Dünən, 13:10
    Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq
  • Dünən, 12:59
    İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
  • Dünən, 12:52
    Naxçıvanda şəkər xəstələrinin CİBİNƏ BELƏ GİRİRLƏR... - BU NƏDİ BELƏ?
  • Dünən, 12:37
    Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib"
  • Dünən, 12:25
    Qalmaqallı Qaralovanın kollecində QANLI OLAY - TƏFƏRRÜAT
  • Dünən, 12:04
    Sahil Babayev: "Büdcənin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi hədəflənir"
  • Dünən, 11:52
    Bəylər Eyyubovun adı ilə alver edənlər: Binədə şok dələduzluq və hədə-qorxu şəbəkəsi!
  • Dünən, 11:34
    Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
  • Dünən, 11:17
    AQTA-nın ŞADLIQ EVLƏRİ BİZNESİ... - Zəhərlənən hələ çox olacaq...
  • Dünən, 10:59
    ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
  • Dünən, 10:45
    Kürdəmir xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir - TƏFƏRRÜAT
  • Dünən, 10:24
    Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir
  • Dünən, 10:19
    Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
  • Dünən, 09:45
    UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
  • Dünən, 09:35
    SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
  • Dünən, 08:59
    Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
  • 3-11-2026, 19:00
    Ukrayna Prezidenti: Əbu-Dabidəki danışıqlar ən yüksək səviyyədə üçtərəfli görüşə gətirib çıxara bilər
  • 3-11-2026, 18:24
    Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
  • 3-11-2026, 18:13
    Bakıda küçəni zəbt edən obyekt sahibi kimdir? - FOTOLAR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə