• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Mehdiyevin kürəkəninin 200 ton zəhərli “bombası” Azərbaycan bazarına çıxarıla bilər - ŞOK TƏFƏRRÜAT

Gündəm

19-11-2025, 14:36

Xəbər verdiyimiz kimi, Xudat rayonunda yerləşən və Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin şəriklərindən olduğu “Food City Agrocomplex”də 8 TIR dolu zəhərli alma saxlanılır.
Musavat.com-a daxil olan məlumatda bildirilir ki, almalar İlkin Cahan oğlu Həsənov tərəfindən Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevdən alınıb.

Sahibkar 200 tona yaxın almanı Türkiyəyə göndərmək üçün pulunu ödəyərək satın alsa da, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Quba-Xaçmaz regional bölməsi “Qida və yem məhsullarına ixrac sağlamlıq sertifikatının verilməsindən imtina olunması” barədə qərar verib. 17 oktyabr 2025-ci il tarixli qərarda göstərilir ki, almalarda aşkar edilən pestisid qalığı miqdarı Azərbaycan Respublikasının 2011-ci ildə qoşulduğu “Codex Alimentarius” standartlarında müəyyən edilmiş maksimal qalıq səviyyəsini aşır. Məhsulun qida dövriyyəsinə buraxılması və satışına yol verilmədiyi xüsusi vurğulanıb, almaların məhv və ya utilizasiya olunması göstərişi verilib. Almaların Türkiyəyə göndərilməsinin qarşısı alınsa da, onların bu günə qədər məhv edilmədiyi barədə məlumat var. Halbuki, AQTA qərarına görə, zəhərli almalar 1 ay ərzində məhv edilməlidir.

Qərarın verilməsindən 1 ay 2 gün ötür və zəhərli almalar hələ də məhv edilməyib!

Bildirilir ki, almaların daxili bazarda satılması üçün “Food City Agrocomplex”dən çıxarılması məqsədilə müxtəlif vasitələrə əl atılır. Hər bir TIR-da 20 tondan artıq məhsul mövcuddur və ümumilikdə 200 tona yaxın zəhərli almanın daxili bazara çıxarılması üçün cəhdlər edilir.

Almalar daxili bazara çıxarılsa, nə baş verər?

Zəhərli almalar məhv edilməsə və daxili bazara çıxarılmasının qarşısı alınmasa, ölkədə kütləvi zəhərlənmələr baş verə bilər. Pestisid qalıqlarının insan orqanizminə təsiri ilə bağlı tibbi araşdırmalar çox təhlükəli xəstəliklərin yarana biləcəyini göstərir. Pestisidlər kənd təsərrüfatında ziyanvericilərə qarşı istifadə olunan kimyəvi maddələrdir. Bu maddələrin qida məhsullarında normadan artıq olması insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Pestisidlərin bir çoxu bədəndə parçalanmadan uzun müddət qala bilir və xroniki toksiki təsir göstərir. Pestisidlərlə çirklənmiş alma qəbul edildikdə ürəkbulanma, qusma, qarın ağrısı, ishal, başgicəllənmə, zəiflik, allergik reaksiyalar, titrəmə, baş ağrısı kimi hallar baş verir. Bu simptomlar adətən 1–48 saat ərzində ortaya çıxır.

Bundan əlavə, pestisidlərin bədəndə yığılması qaraciyər və böyrək zədələnməsi, sonsuzluq, menstruasiya pozuntuları, testosteron azalması, yaddaş zəifləməsi, parkinsonizm riskinin artması və onkoloji xəstəliklərə səbəb ola bilər. Xüsusilə qaraciyər və hematoloji şişlər müşahidə edilir. Uşaqların pestisidlərin toksiki təsirinə qarşı həssaslığı daha yüksəkdir.

Hazırkı vəziyyətdə məhsulun daxili bazara çıxarılıb satılması təhlükəsini nəzərə alaraq, zəhərli almaların ictimaiyyətin iştirakı ilə məhv edilməsi zəruridir. Dövlət qurumları bu məsələni gözardı etmədən təcili müdaxilə etməlidirlər.

Mehdiyevin kürəkəni sahibkarın yarım milyon manatını qaytarmaq istəmir!

Hazırda almaları satın almış sahibkar İlkin Həsənovla Mehdiyevin kürəkəni İlham Əliyev arasında ciddi qarşıdurmanın yarandığı bildirilir. İlkin Həsənov ödədiyi yarım milyon manata yaxın vəsaiti geri tələb edir. İlham Əliyev isə zəhərli almalara görə aldığı pulu qaytarmaqdan imtina edir.

AQTA-nın saytında yerləşdirilən məlumata görə, “Fueqo” MMC-yə və fiziki şəxs İlkin Cahan oğlu Həsənova məxsus, Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton olan alma partiyalarından nümunələr götürülərək müayinə edilib. Sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkar edilib. Məhsul partiyaları Türkiyənin idxal tələblərinə və ölkəmizdə qüvvədə olan normalara cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv olunması barədə qərar qəbul edilib.

Hazırda yüklərin Mehdiyevin kürəkəninin şəriki olduğu iddia edilən “Food City Agrocomplex”də saxlanıldığı bildirilir. Yükün dəyəri yarım milyon manatdır.

Zəbt olunmuş bağlardan yığılan, zəhərə dönən almalar!

Amma məsələ təkcə zəhərli maddələrlə bağlı deyil. Bu almaların arxasında illərlə uzadılan məhkəmə oyunları, dövlətə qaytarılmayan milyonlar və Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin adı dayanır. Bu almalar şabranlı sahibkar Mansur İbrahimovun illər əvvəl əkib-becərdiyi bağlardan yığılıb. Həmin bağlar bir vaxtlar ona məxsus “TurAz” MMC-nin balansında olub. Ramiz Mehdiyevin kürəkəni, deputat olduğu dövrdə inzibati təsir və təzyiq yolu ilə bu şirkəti zəbt edib və məhkəmələri uzatmaqla qanuni sahibinə qaytarmaqdan illərdir yayınır.

Yada salaq ki, “TurAz” MMC şabranlı sahibkar Mansur İbrahimov tərəfindən təsis olunub və ona məxsus bağlarda fəaliyyət göstərib. Mehdiyevin kürəkəni, Xaçmazın deputatı olduğu dövrdə “TurAz” MMC-ni qəsb edib ələ keçirib. Mansur İbrahimov məhkəməyə müraciət edərək şirkətin ona məxsusluğunu təsdiqlədən qərar alıb, lakin həmin qərarın icrası bu günə qədər mümkün olmayıb.

Mansur İbrahimov Musavat.com-a açıqlamasında bildirib ki, xaricə daşınan meyvələrin satışından əldə edilən vəsait ölkəyə qaytarılmır:

“Şirkətdə bu işlərə Zahir Ələsgərov baxır. İlham onu “TurAz” MMC-nin direktoru təyin edib. Hər il yazırlar ki, guya xaricə apardıqları meyvələr orada zay olub, çürüyüb. Amma hər il zəbt olunan bağlarımda 400–500 nəfəri işlədir, əməkhaqqı ödəyirlər. Əgər hər il ziyan çəkirlərsə və meyvə zay olursa, niyə bağlara bu qədər vəsait xərclənir?”

Mansur İbrahimovun sözlərinə görə, zəbt olunmuş meyvə bağlarından 10 milyonlarla manat gəlir əldə edilir, lakin həmin vəsait ölkəyə qaytarılmır. O bildirib ki, keçmiş deputat İlham Əliyev müxtəlif hakimlərin əli ilə illərdir bağlarını zəbt altında saxlayır:

“Bu sürtülmüş iddiaları var. Hər dəfə bir yamaq vurub məhkəməyə verirlər. Özləri də yaxşı bilirlər ki, iddiaları təmin olunmayacaq. Amma iddiaların baxılması bir il çəkdiyi üçün 5 ildən çoxdur ki, bağlarımın qaytarılmasını əngəlləyirlər. Məhkəməyə müraciət hüququndan sui-istifadə edirlər”.

M.İbrahimov xatırladıb ki, 6 ildir məhkəmə oyunları vasitəsilə bağlarının qaytarılması gecikdirilir:

“İlham Əliyev qayınatası vəzifədə olanda mənə təsir edirdi. İndi isə müxtəlif vəsatətlərlə, şikayətlərlə vaxtı uzadır. Məhkəmə davalarını sonsuz bir şouya çevirib”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Gündəm / Cəmiyyət

25-09-2024, 19:37

Ümidimiz AQTA-yadırsa... VAY BİZİM HALIMIZA... - MALƏSƏF...

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Cəmiyyət

24-09-2024, 09:31

Məcnun olub çöllərə düşmək lazım deyil... fermerləri dinlə... YETƏR! - NAZİRİN NƏZƏRİNƏ...

Cəmiyyət / Bölgə

16-07-2023, 19:53

Yoldaş Təhməzovun Qubadakı qoçuları...

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Cəmiyyət

7-11-2025, 16:39

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Gündəm / Ölkə

23-11-2023, 11:32

Məcnun müəllimin buralardan XƏBƏRİ VARMI?

Gündəm / Cəmiyyət

17-07-2024, 09:54

Məhkəmə iş adamını zərərçəkən kimi tanıdı, amma… - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

22-07-2024, 15:12

Ramil Rəhimov Abşeron-Xızı Mədəniyyət İdarəsində oturub Quba-Xaçmazdakı əməllərini ört-basdır edir - İLGİNC FAKTLAR

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
Xəbər lenti
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
  • Dünən, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
  • Dünən, 17:03
    “Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu
  • Dünən, 15:51
    Martin Ryan Lənkəran Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb
  • Dünən, 15:42
    Yeni Günəşlidə "gözdən pərdə asırlar" - Əsas yollar yenə kənarda qalıb- VİDEO
  • Dünən, 14:51
    Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 14:43
    Binəqədidə “Şəhərsalma və Memarlıq İli”- Damlar da tikintiyə qoşulub! - VİDEO
  • Dünən, 14:00
    Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib
  • Dünən, 13:51
    Baba Rzayevin bir gündə 170 milyon manatdan çox dəyəri olan tenderləri verdiyi şirkətlər kimə məxsusdur
  • Dünən, 13:12
    Azərbaycan IEC ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
  • Dünən, 13:03
    Şirvan Peşə Liseyində Eyvazov və Bayramlı xofu - 25 ilin işçiləri işdən niyə çıxarılır?
  • Dünən, 12:52
    Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
  • Dünən, 11:47
    İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
  • Dünən, 10:45
    Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
  • Dünən, 10:22
    DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir
  • Dünən, 10:12
    Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
  • Dünən, 09:51
    Azərbaycan neftinin qiyməti 117 dolları keçib
  • Dünən, 09:01
    “Panda Baby” müştəriləri aldadır - Qiyməti uçuz yazıb, baha hesablayır
  • Dünən, 08:47
    Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 08:42
    "Yol çəkmirsiniz... amma bina tikməyə icazə verirsiniz" - BELƏ ŞƏHƏR SALARLAR?
  • Dünən, 08:25
    Azərbaycana payız fəsli daxil olub
  • Dünən, 00:27
    Dünya çempionatının bürünc medalçısı Coşqun Abdullayev: “Bu qələbəmi şəhidlərimizə həsr edirəm” VİDEO
  • 22-09-2026, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • 22-09-2026, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • 22-09-2026, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • 22-09-2026, 17:22
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • 22-09-2026, 17:05
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • 22-09-2026, 16:25
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • 22-09-2026, 16:01
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • 22-09-2026, 15:37
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə