• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Gündəm / Cəmiyyət

22-07-2024, 17:36

“Magna Trans” MMC-nin təsisçisi Ağasəf İsmayılov tərəfindən Sabunçu rayon prokurorluğunun icraatında olan 210050957 saylı cinayət işinin istintaqı ilə bağlı hüquqlarının pozulması barədə

Sozcu.infonun redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu oxucularımıza təqdim edirik:

Hörmətli Baş prokuror,

2021-ci ilin mart ayından Sabunçu rayon prokurorluğunun icraatında olan 210050957 saylı cinayət işi, təsisçisi olduğum “Magna Trans” MMC-nin maddi-məsul şəxslərinin bir qrup şəxslərlə sövdələşərək, etibar edilmiş MMC-nin əmlakını sənədləri saxtalaşdırma yolu ilə mənimsəmələri barədə, mənim 30 yanvar 2021-ci il tarixdə DİN-ə etmiş olduğum şikayət ərizəmlə bağlı, əvvəlcə Bakı ŞBPİ-nin Təhqiqat Şöbəsində, sonradan isə Sabunçu RPİ-nin İŞ-də aparılmış araşdırmalar nəticəsində toplanmış materiallara əsasən, 04 noyabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə başlanmış, sonradan isə 179.3.2. maddəsinə tövsif edilmiş 210050957 saylı cinayət işi, 29 mart 2021-ci il tarixdə davam etdirilməsi üçün aidiyyəti üzrə Sabunçu rayon prokurorluğuna verilmişdir.

Qeyd edirəm ki, hələ polisdə araşdırılma dövründə, yəni 2021-ci ilin aprel-may aylarında “Magna Trans” MMC-nin direktoru Mirzahid Ağayev öz müavini Ramil Xəlilovla heç nədən çəkinmədən - yenidən sənədləri saxtalaşdırma yolu ilə MMC-nin istifadəsində olan 113, 208, 209, 213 saylı şəhərdaxili marşrutları da, Ramil Xəlilovun eyni zamandadirektor olduğu “Transcontrol” MMC-nin istifadəsinə ötürmüşlər.

Beləliklə “Magna Trans” MMC-nin 79 ədəd sərnişindaşıma avtobusları, 4 sayda şəhərdaxili marşrutları və MMC-nin fəaliyyətindən əldə edilmiş külli miqdar məbləğdə pul vəsaiti digər həmtəsisçilər - Bürhan Həmidovla Namiq Hacıyevin başçılıq etdikləri dəstə tərəfindən tamamilə talanıb mənimsənildikdən sonra, yəni 25 may 2021-ci il tarixdə (təhqiatda araşdırılma dövründə), 25 may 2021-ci il tarixdə direktor Mirzahid Ağayev və onun müavini olmaqla bərabər “Transcontrol” MMC-nin də direktoru olan Ramil Xəlilovun saxta məktubları əsasında BNA tərəfindən MMC-nin fəaliyyətinə xitam verilmişdir. “Transkontrol” MMC-nin təsisçisi Rövşən Həmidov “Magna Trans” MMC-nin iştirakçıları Bürhan Həmidovun doğma oğlu, Namiq Hacıyevin doğma bacısı oğludur.

Cinayət işi Sabunçu RPİ İstintaq şöbəsində istintaq edilərkən, müstəntiq Elməddin Köçəriyev istintaq hərəkətləri nəticəsində, müəyyən etmişdir ki, “Magna Trans” MMC-nin balansında olmuş 79 ədəd sərnişindaşıyan avtobuslarıdan:

- 21 ədədi sənədləri saxtalaşdırma yolu ilə satılıb,- 24 ədədi metollolom şəklində aşkar olunması barədə müstəntiq Elməddin Köçəriyev hal şahidlərinin və mütəxəssisin iştirakları ilə akt tərtib edib cinayət işinə əlavə etmişdir,

- 34 ədəd avtobusun nə özləri, nə sənədləri, nə dövlət nömrə nişanları istintaq tərəfindən indiyə kimi müəyyən edilmmişdir.

Elə bu səbəbə görə, 2021-ci ildən indiyə kimi digər faktlarla bərabər göstərdiyim 34 ədəd sərnişindaşıma avtobuslarının istintaqla müəyyən olunması barədə, çoxsaylı yazılı vəsatətlərlə cinayət işinin istintaqını aparan prokurorluğun müstəntiqlərinə, sonradan isə Sabunçu rayon prokuroru İbrahim Lənbəranskiyə və aidiyyəti üzrə rəhbər prokurorlara ərizə və şikayətlərlə müraciətlər etmiş olsam da, heç bir tədbir müsbət nəticə əldə olunmadı..

34 ədəd avtobusun oğurlanması ilə bağlı, mən Bakı ŞBPİ-nə ərizə ilə müraciət etdim.

Bakı şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsindənünvanıma daxil olmuş 047-184401-3222 saylı, 01.12.2022-ci il tarixli məktubda göstərilmişdir ki, sitat: “...34 ədəd müxtəlif markalı sərnişin avtobuslarının digər həmtəsisçi Həmidov Bürhan Əhməd oğlu və digərləri tərəfindən qanunsuz olaraq ələ keçirilməsi ilə bağlı müraciətinizə baxılmışdır. ...göstərilənlərə əsasən,müraciətiniz qeyd olunanlara əsasən, cinayət işinə əlavə edilib araşdırılması üçün Sbunçu rayon prokurorluğuna göndərilmişdir. Nəticəsi barədə prokurorluq orqanı tərəfindən sizə məlumat veriləcəkdir.”

Bu günə kimi, 34 ədəd “yoxa çıxmış” avtobuslara dair prokurorluğun istintaqında heç bir araşdırılma aparılmamışdır.

Bundan başqa, “Magna Trans” MMC-nin direktoru Mirzahid Ağayevlə müavini Ramil Xəlilovun MMC-nin balansımda olmuş, yəni onlara etibar edilmiş 21 ədəd avtobusu sənədləri saxtalaşdırma yolu ilə alqı-satqı edərək əldə edilmiş pul vəsaitini hesabatdan gizlədərək mənimsəmələrinə dair çoxsaylı vəsatətlərim də istintaq tərəfindən araşdırlmadan qalmaqdadır.

Bütün bunlardan belə nəticəyə gəlinir ki, ümumiyyətlə bu 55 ədəd avtobusa dair 210050957 saylı cinayət işində heç bir sənəd yoxdur. Ona görə ki, 2021-ci ildən ta indiyə kimi Sabunçu rayon prokurorluğunun müstəntiqləri Tural Mürsəlovla Fuad Babayev həmin cinayət işi üzrə:

- “zəruri istintaq hərəkətlərinin aparılması barədə”sübutlu və əsaslı vəsatətlərimin rədd edilməsi barədə əsassız və qanunsuz olaraq 8 qərar,

- “cinayət işi üzrə icraatın dayandırılması” barədə əsassız və qanunsuz 1 qərar,

- mənim “cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakıma xitam verilməsi haqqında” - əsassız və qanunsuz 4 qərar,

-“Magna Trans” MMC-nin direktor müavini Xəlilov Ramil Mətləb oğlu barəsində “Təqsirləndirilən şəxsin cinayət prossesində iştirakına xitam verilməsi haqqında” - əsassız və qanunsuz 3 qərar,

- “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” – əsassız və qanunsuz 2 qərar, həmçinin prokuror İbrahim Lənbəranski tərəfindən əsassız bir apellyasiya protesti vermiş olsalar da, bir çox faktların, o cmlədən göstərdiyim 55ədəd avtobusun aqibəti barədə həmin sənədlərdə heç bir hüquqi qiymət verməmişlər.

Elə bu səbəbə də vermiş oluğum şikayətləri birinci və apellyasiya məhkəmələri əsaslı və qanuni hesab edərək müstəntiqlərin qərarlarının ləğv edilməsi və prokurorun apellyasiya protestinin təmin edilməməsi barədə ümumi 12 sayda məhkəmə qərarı vermişlər.

Sonuncu dəfə, Sabunçu rayon Məhkəməsinin 04.07.2024-cü il tarixli, 6(008)-62/2024 saylı qərarında göstərilmişdir ki, sitat:

“...Məhkəmə cinayət işinin materiallarını öyrənərkən istintaq orqanı tərəfindən aşağıdakı halların araşdırılmalı olduğu halda araşdırılmaması qənaətinə gəlmişdir:

- 21 ədəd avtobusların satışından əldə olunmuş vəsaitin hara xərclənməsi, nəyə görə müəssisənin bank hesabına köçürülməməsi
- 34 ədəd avtobusun oğurlanması faktı ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin 29.03.2022-ci il tarixli məktubu ilə aidiyyəti üzrə Sabunçu rayon Prokurorluğuna göndərilsə də, həmin məlumatın yoxlanılması istiqamətində hər hansı addım atılmaması;

- Şahid qismində dindirilmiş Məmmədov Elman Nəriman oğlu 2011-ci ildən hər gün 7000-10000 manat aralığında, 2015-ci ildən ay ərzində 150 min manat civarında pulu qarajdan götürüb Həmidov Bürhan Əhməd oğluna aparıb təhvil verməsi ilə bağlı ifadə verməsinə baxmayaraq qeyd edilən şəxslər arasında üzləşdirmə istintaq hərəkəti aparılmamışdır.

- İş materiallarından görünür ki, məhz “Magna Trans’’ MMC və "Transkontrol" MMC-nin müraciətləri əsasında Bakı Nəqliyyat Agentliyinin sərəncamı ilə “Magna Trans” MMC-əayrılmış 113, 208, 209, 213 nömrəli marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti dayandırılaraq "Transkontrol" MMC-yə həvalə olunmuşdur. "Transkontrol" MMC-nin təsisçilərindən birinin Bürhan Həmidovun oğlu Rövşən Həmidov, digər təsisçisinin isə “Magna Trans’’ MMC-nin direktor müavini Ramil Xəlilovun olması nəzərə alınaraq qeyd edilən müəssisələrin belə bir müraciətlə çıxış etmələrinin zəruriliyi istintaq orqanı tərəfindən araşdırılmamışdır.

- Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin6(008)-19/2024 saylı, 13.02.2024-cü il tarixli qərarında göstərilən digər xüsusatlarla bağlı əlavə araşdırma aparılmaması;

Göstərilən bu hallar müstəntiqin iş üzrə zəruri, tam, hərtərəfli və obyektiv araşdırma aparmadan cinayət işi üzrə icraata xitam verilməsinə dəlalət edən hallardır.

... ...müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 31 may 2024-cü il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilsin.

İsmayılov Ağasəf İslam oğlunun şikayətində göstərdiyi və hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın.”

Hörmətli Baş prokuror,

Əmlakımın talanıb mənimsənilməsi barədə istintaq edilən 210050957 saylı cinayət işinin istintaqı ilə bağlı,2021-ci ildən indiyə kimi Sabunçu rayon prokurorluğunun müstəntiqləri tərəfindən verilmiş qərarların ləğv edilməsi barədə 12 sayda birinci və apellyasiya məhkəmələrinin qərarları hazırda da icra edilmədən qalmaqdadır.

Göstərdiklərimi nəzərə alaraq, məhkəmə qərarlarında göstərilən istintaq hərəkətlərinin, o cümlədən indiyə kimi aqibəti bilinməyən 34 ədəd və sənədləri saxtalaşdırma yolu ilə satılıb dəyərləri mənimsənilmiş 21 ədəd “Magna Trans” MMC-nin avtobuslarına dair məhkəmə qərarlarında qoyulmuş tələblərin təmin edilməsini Sizdən xahiş edirəm.

Hörmətlə,

Ağasəf İsmayılov

210050957 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

17-07-2024, 09:54

Məhkəmə iş adamını zərərçəkən kimi tanıdı, amma… - NARAZILIQ VAR...

Gündəm

12-08-2022, 13:56

ZAKİR QARALOVUN "AKKORD"-çuları CİNAYƏT TƏQİBİNƏ CƏLB OLUNACAQLAR?- TƏFƏRRÜAT

Cəmiyyət

21-07-2023, 13:36

Kamran Cəfərov işçilərin PULUNU VERMİR...

Gündəm / Cəmiyyət

6-03-2024, 15:33

Uşaq bağçasının vəzifəli şəxslərinin qanunsuz əməlləri İFŞA OLUNDU

Cəmiyyət

5-08-2022, 21:20

Gürcüstanda tutulan şəxs Azərbaycana ekstradisiya edildi

Cəmiyyət / Sosial

15-09-2023, 17:06

"Qanunsuz tikintiyə icazə vermişəm" - Adil Vəliyev Əvəz Zeynallının məhkəməsinə gətirildi

Gündəm

5-09-2023, 16:04

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib

Kriminal

21-06-2023, 14:46

“Maqa” və dəstəsi iş adamını hədələyib, “Lexsus”unu yandırdı - VİDEO

Cəmiyyət

28-07-2022, 15:00

Sabiq kombinat rəhbərinə CİNAYƏT İŞİ AÇILDI

Gündəm / Cəmiyyət

19-12-2023, 14:08

Zabrat, Sabunçu və Ramanada yolların təmirinə 450 min manat ayrıldı

Kriminal

23-10-2023, 18:17

Sabunçu polisindən ƏMƏLİYYAT: 81 nəfər saxlanıldı - VİDEO

Cəmiyyət

3-07-2024, 16:10

Kamran Əliyev Lerikdə qəbul keçirdi - Prokurorlara tapşırıqlar verdi

Araşdırma
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Azərbaycanda qanunsuz lizinq - “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
“PAŞA-K” dərman şirkətindən ŞİKAYƏT - “Ailəmizi ölümlə hədələyirlər, həyatımız təhlükədədir”
Hadisə
Dünən, 14:38
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
29-05-2026, 13:00
Türkiyədə avtobus qəzaya uğrayıb, 16 nəfər yaralanıb
27-05-2026, 16:11
II kurs tələbəsi vəfat etdi
24-05-2026, 12:30
Bərdədə baş verən avtomobil qəzasında bir nəfər ölüb
23-05-2026, 11:27
Qubada yol ÇÖKDÜ – 3 kəndin rayonla əlaqəsi KƏSİLDİ - FOTO
12-05-2026, 09:21
Kəmaləddin Heydərov Lökbatanda yanğın baş verən əraziyə gəlib - YENİLƏNİB
Xəbər lenti
  • Dünən, 16:05
    Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
  • Dünən, 15:58
    “Tramp diplomatiyaya üçüncü dəfə xəyanət edir”
  • Dünən, 15:36
    Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
  • Dünən, 15:27
    AYNA Bakıda dayanacaqlara yarım milyon pul xərcləyir? - TƏFƏRRÜAT
  • Dünən, 15:09
    Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlanıb
  • Dünən, 15:00
    Məşhur tikinti maqnatı Şamil Xubyarovun binasında ciddi narazılıq-Video
  • Dünən, 14:38
    Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
  • Dünən, 14:30
    №1 Çörək Zavodunun şirniyyatlarını kif basıb - İstifadə müddətinə aldanmayın - FOTOLAR
  • Dünən, 12:55
    May ayının son gününə olan hava proqnozu açıqlanıb
  • Dünən, 12:36
    İşçilər yolu bağladı: “Hünər-İnşaat” işlətdiyi fəhlələrin maaşını vermir-VİDEO
  • Dünən, 12:20
    Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər
  • Dünən, 12:10
    Mətanət İskəndərlinin gəlini ilə Saleh Bağırov üz-üzə: Məhkəməlik qalmaqal başladı - TƏFƏRRÜAT
  • Dünən, 11:51
    İsmayıllıda güclü külək fəsadlara yol açıb
  • Dünən, 11:44
    Bu hoteldə dəsmaldan istifadəyə görə... ƏLAVƏ PUL ALINIR... - "Bu qədər böyük hoteldə..."
  • Dünən, 11:07
    Azərbaycan neftinin qiyməti 98 dollara düşüb
  • Dünən, 10:58
    “Nə kamera var, nə də mühafizə, qeyri-rəsmi fəaliyyət göstərirlər” - Turistlərin gecələdiyi hostellərə nəzarət varmı?
  • Dünən, 10:19
    UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək
  • 29-05-2026, 18:30
    Yağıntılı hava mayın sonunadək davam edəcək, temperatur 6 dərəcəyədək enəcək - XƏBƏRDARLIQ
  • 29-05-2026, 18:00
    Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb
  • 29-05-2026, 17:38
    San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib
  • 29-05-2026, 17:23
    “Əlimi itirdim, kömək əvəzinə hədə-qorxu gəldilər” – Ağsu sakininin Azərqranata MMC ilə bağlı şikayəti
  • 29-05-2026, 16:48
    Baş nazirin QARA KASSASI... narazılıq yaradır... - Yağış suları da bir yandan...
  • 29-05-2026, 15:14
    İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb
  • 29-05-2026, 15:09
    Bakının mərkəzində ANTİTÜRK ÜNVAN... - BU NƏDİ BELƏ?
  • 29-05-2026, 14:54
    Şənbə günü yağış yağacaq - PROQNOZ
  • 29-05-2026, 13:30
    "Qızıl top" mükafatının təqdimat mərasiminin vaxtı bəlli olub
  • 29-05-2026, 13:00
    Türkiyədə avtobus qəzaya uğrayıb, 16 nəfər yaralanıb
  • 29-05-2026, 12:00
    Azərbaycanla Litva hərbi polis sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
  • 29-05-2026, 11:30
    Azərbaycan-Gürcüstan qatarlarında sərhəd-gömrük prosedurlarının sürətləndirilməsi tapşırılıb
  • 29-05-2026, 10:44
    Azərbaycan neftinin qiyməti təqribən 100 dollara düşüb
  • 29-05-2026, 10:35
    Sərxan Babaşov Qaz İxrac İdarəsində BAZAR AÇIB... - İLGİNC İDDİALAR...
  • 29-05-2026, 10:00
    Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb
  • 29-05-2026, 09:43
    Suraxanı rayonunda bu tikintiyə hansı şərtlərlə icazə verilib? - VİDEO
  • 29-05-2026, 09:32
    Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün İtaliya seçməsi ilə üz-üzə gələcək
  • 28-05-2026, 18:00
    Ukrayna və İsveç müdafiə sahəsində yeni sazişlər hazırlayır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə