• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Şəhid bacısı kənarda, “razılaşan” işdə: Quba-Xaçmaz RTİ-də qəribə prioritet oyunu Şəhid bacısı aldadıldımı?

Təhsil / Araşdırma / Bölgə

9-02-2026, 02:05

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Xaçmaz rayon Qımılqışlaq kənd tam orta məktəbində texniki işçi vakansiyası ətrafında baş verənlər “şəhid ailələrinə üstünlük verilir” ifadəsinin reallıqda sadəcə kağız üzərində qaldığını göstərir.

Araşdırmalarımız nəticəsində məlum olub ki, məktəbdə mövcud olan 13 texniki işçi ştatından 1 yer vakant olub. Həmin yerə 1-ci Qarabağ müharibəsi şəhidi Paşayev İlham Hüseyn oğlunun bacısı Tahirova Elminaz Hüseyn qızı müraciət edib.

Şəhid bacısına Quba-Xaçmaz Regional Təhsil İdarəsində vətəndaş qəbulunda bildirilib ki, vakant yer mövcuddur, şəhid ailələrinə üstünlük verilir və onun işə qəbul olunacağı deyilib. Elminaz Tahirova bu vədə inanaraq idarədən yola salınıb.

Lakin eyni dövrdə Regional Təhsil İdarəsində vətəndaş qəbulunda işə qəbul üçün müraciət edən Müslümova Şəfiqə Hürmət qızına tam əks məzmunlu cavab verilib. Ona açıq şəkildə bildirilib ki, həmin yerə şəhid bacısı iddialıdır və bu səbəbdən işə qəbul mümkün deyil. Hətta xüsusi olaraq vurğulanıb ki, “ilk növbədə şəhid ailələrinə üstünlük verilir”.

Əgər üstünlük şəhid ailəsinindirsə, bəs sonra nə baş verdi?

Məlumatlara görə, sonradan Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati-Təşkilat sektorunun müdiri Fikrət Heybətovla razılığa gələn Müslümova Şəfiqə Hürmət qızı 2026-cı ilin yanvar ayında Qımılqışlaq kənd tam orta məktəbinə xadimə, yəni texniki işçi kimi təyinat alıb. Lakin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin bacısı kənarda qalıb.

Bu halda artıq bir deyil, bir neçə ciddi sual ortaya çıxır:

Əvvəl şəhid ailəsinə üstünlük verildiyini bildirən Regional Təhsil İdarəsi sonradan bu prinsipi hansı əsasla dəyişib?

Şəhid bacısı vakant yer olduğu halda niyə işlə təmin olunmayıb?

Müslümova Şəfiqə Hürmət qızının işə qəbulunda hansı “razılaşma” həlledici rol oynayıb?

İnzibati-Təşkilat sektorunun müdiri Fikrət Heybətov bu qərarı hansı maraqlara əsaslanaraq verib?

Şəhid ailələrinə verilən “üstünlük” konkret olaraq kimlər üçün və hansı mərhələyədək keçərlidir?

Bakunews.az olaraq hesab edirik ki, bu məsələ təkcə bir iş yeri ilə bağlı deyil. Bu, dövlət strukturlarında şəhid ailələrinə münasibətin real mənzərəsidir. Şəhid adından formal şəkildə istifadə edib, arxa planda başqa maraqlara yol açmaq nə qanuna, nə vicdana, nə də cəmiyyətin gözləntisinə sığır.

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən və Fikrət Heybətovdan ictimaiyyətə açıq, əsaslandırılmış və sənədlərə söykənən izahat gözlənilir.

Şəhidin haqqı “razılaşma masasında” itirilməməlidir.

Bakunews.az mövzunu diqqətdə saxlayacaq və növbəti yazılarında işə qəbul mərhələsində kənarda qalan digər şəhid ailələri ilə bağlı faktları da ictimaiyyətin diqqətinə çatdıracaq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

5-10-2024, 14:36

Onlara Prezident təqaüdü veriləcək - Siyahı

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Bölgə

13-07-2022, 20:39

Erməni postunu ələ keçirən şəhid – 22 yaşlı cəsur döyüşçünün baba evindən

Siyasət

21-06-2025, 15:36

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Gündəm / Cəmiyyət

27-11-2024, 12:20

Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var –Müəllimlər haqlarını tələb edir

Gündəm / Cəmiyyət

18-09-2024, 14:51

Şəhid qardaşı işdən çıxarıldı: “Mənə möhlət vermirlər” - MÜRACİƏT

Gündəm / Cəmiyyət

24-12-2024, 09:02

Lerik təhsilində savadlı kadr problemi - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

2-07-2025, 14:19

Keçmiş məktəb direktoru haqda şok ittihamlar - ŞİKAYƏT

Cəmiyyət

21-12-2024, 10:37

Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?

Gündəm / Cəmiyyət

3-10-2024, 12:29

Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... - NARAZILIQ VAR...

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • Bu gün, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • Bu gün, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • Bu gün, 17:22
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • Bu gün, 17:05
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • Bu gün, 16:25
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • Bu gün, 16:01
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • Bu gün, 15:37
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
  • Bu gün, 15:25
    “Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
  • Bu gün, 15:03
    Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"
  • Bu gün, 13:50
    Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub
  • Bu gün, 13:22
    “İyundan yanan transformator hələ də düzəlməyib” - Məktəbdə nə işıq var, nə su...
  • Bu gün, 12:58
    İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Bu gün, 12:40
    “İdeal Kredit” və vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimələnib - TƏFƏRRÜAT
  • Bu gün, 12:31
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 12:26
    Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi -İTTİHAM VAR...
  • Bu gün, 12:00
    Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
  • Bu gün, 11:04
    Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?
  • Bu gün, 10:58
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • Bu gün, 10:52
    “Bakı 4 №-li Yol İstismarı” MMC-dən şikayət - “Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi”
  • Bu gün, 10:41
    Azərbaycan XİN Malini təbrik edib
  • Bu gün, 10:34
    “Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT
  • Bu gün, 10:15
    Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
  • Bu gün, 09:36
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Bu gün, 08:47
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Dünən, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • Dünən, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • Dünən, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • Dünən, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • Dünən, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • Dünən, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • Dünən, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • Dünən, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • Dünən, 13:50
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə