• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Erməni postunu ələ keçirən şəhid – 22 yaşlı cəsur döyüşçünün baba evindən

Bölgə

13-07-2022, 20:39

Bu gün ana tərəfdən Gürcüstan əsilli II Qarabağ müharibəsi şəhidi Səlimxan Bayramovun doğum günüdür. O, 13 iyul 1998-ci il tarixində Sumqayıt şəhərində anadan olub. 2020-ci ilin oktyabrın 19-da Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidin doğum günündə Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Ramel Lətifov və hərbi attaşe aparatının nümayəndəsi, polkovnik Kamil Əfəndiyev şəhidin dayısı, Tbilisi sakini Mahmud Rüstəmovun ailəsinə baş çəkiblər.

Gülbacı Rüstəmova nəvəsinin ömür və döyüş yolundan bəhs edib.

Erməni postunu əsgər yoldaşları ilə alan şəhid

Nənəsi Səlimxanın ailənin ən əzizi və sevimlisi olduğunu bildirib: “O, Gürcüstan Texniki Universitetini bitirib. Ali məktəbdə təhsil aldığı illərdə bizimlə yaşayırdı. Tbilisini yaxşı tanıyırdı. Gürcüstanı çox sevirdi. Tbilisidə də ev almağı arzulayırdı. Vətənə çox bağlı idi. Müharibəyə yollananda hərbi xidmətinin başa çatmasına bir gün qalmışdı.

Telefonla danışanda ondan xahiş edirdim ehtiyatlı olsun, özünü qorusun. Cavabında deyirdi ki, narahat olmayaq, öndə gedir və döyüş yoldaşları ilə Vətəni işğalçılardan təmizləyir. O, düşməni torpaqlarımızdan qovmaq üçün sona qədər döyüşmək əzmində idi. Əsgər yoldaşları ilə birgə erməni postunu da ələ keçirmişdi. Həmin posta doğma şəhəri Sumqayıt adını vermişdilər... Səlimxan nişanlı idi, noyabrda toyunu edəcəkdik...”.

Babası nəvəsinin şəhid olduğu gün vəfat edib

Söhbət zamanı məlum olur ki, S.Bayramovun ana babası onun şəhid olmasının birinci ildönümü günündə - 2021-ci ilin oktyabrın 19-da vəfat edib. G.Rüstəmova yoldaşının sağlamlıq durumundan şikayət etmədiyini, S.Bayramovun şəhidlik zirvəsinə ucalmasından sonra ürəyinin dözmədiyini bildirib.

Nənəsi danışır ki, Səlimxan həsrətlə gözlənilən övlad olub: “Qızım ailə qurandan 5 il sonra Səlimxanı dünyaya gətirib. Yoldaşım əhd etmişdi ki, qızının övladı olsun, hər il nəvəsinin doğum gününü böyük təmtəraqla qeyd edəcək. Əhdinə sadiq qalan yoldaşım hər il iyulun 13-nü toy-bayram edirdi”.

Dayısı ötən il şəhidin doğum günündə Qardabaninin Qaracalar kəndində inşa etdirdiyi bulağın açıldığını xatırladıb. Onun sözlərinə görə, S.Bayramovun doğulduğu və şəhid olduğu gün xatirəsi kənd sakinlərinin də iştirakı ilə bulaq başında anılır: “Səlimxan Sumqayıtda dəfn olunub. Məzarını ziyarət etmək imkanımız tez-tez olmur. Xatirəsini anmaq üçün bulağı ziyarət edirik, ruhuna dualar oxuyuruq. Bu gün də Qaracalara gedib bulağı ziyarət edəcəyik”.

“O, yuxularımıza tez-tez gəlir”

Gülbacı xanım nəvəsinin tez-tez anası Rəhilə Rüstəmovanın yuxularına gəldiyini deyir: “Anası nəsə bir sıxıntı keçirən dövrdə Səlimxan yuxusuna gəlir. Yuxuda anasına deyir ki, narahat olma, hər şey yaxşı olacaq, mən sənin yanındayam. Yuxuda oğlunu görəndən sonra anası sanki sıxıntılardan azad olur, ona narahatlıq verən məsələlər həllini tapır”.

Mahmud müəllim də qızının Səlimxanı yuxuda görməsindən danışır. Onun sözlərinə görə, ali məktəbə hazırlaşan qızı iki il ardıcıl olaraq qəbul imtahanlarında tələb olunan balı toplamadığına görə tələbə adını qazanmır: “Qızım imtahanlara yaxşı hazırlaşmasına baxmyaraq, universitetə qəbul ola bilmirdi.

Bir gün yuxusunda görür ki, Səlimxan onun əlindən tutub məzunu olduğu Gürcüstan Texniki Universitetini göstərir və deyir ki, “sən bu ali məktəbdə təhsil alacaqsan”.

Qızım bu yuxudan sonra hazırlaşmadan məhz bu universitetə, Səlimxanın təhsil aldığı fakültəyə qəbul olur. İndi qızım artıq II kurs tələbəsidir, bibisi oğlunun yolunu davam etdirdiyini deyir”.

Şəhidin yaşadılan adı

Gülbacı xanımın sözlərinə görə, şəhidin qardaşı dünyaya gələn oğluna Səlimxanın adını qoyub: “Uşaq hazırda beşaylıqdır. Qızım Rəhilə nəvəsinə çox bağlanıb, təskinlik tapıb. Qızım deyir ki, sanki Səlimxanı yenidən boya-başa çatdırır, körpəni əlindən yerə qoymur”.

Şəhid ailəsinə qayğı, döyüşçünün xatirəsinə ehtiram

R.Lətifov səfir Faiq Quliyevin adından Rüstəmovlar ailəsinə başsağlığı sözlərini çatdıraraq şəhidlərin əziz xatirəsinin daim böyük ehtiramla və hörmətlə yad edildiyini bildirib. Onun sözlərinə görə, S.Bayramov kimi qəhrəman və igid şəhidlərimizin sayəsində Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoyub.

Diplomat səfirliyin Gürcüstan əsilli şəhidlərimizin tanıdılması və xatirələrinin əbədiləşdirilməsi istiqamətindəki fəaliyyətindən söz açıb, tanıtım layihəsinin həyata keçirildiyini, sənədli filmin lentə alındığını xatırladıb.

Diqqətə çatdırılıb ki, səfirliyin təşəbbüsü ilə şəhidlər haqqında “Ölümsüzlər” adlı kitab çapa hazırlanır və nəşrin payız aylarında şəhidlərin yaxınlarının iştirakı ilə təqdimatının keçirilməsi nəzərdə tutulur.

K.Əfəndiyev də öz növbəsində şəhidin ailə üzvlərinə hərbi attaşe aparatı adından başsağlığı verib, Vətən uğrunda canlarından keçənlərin hər zaman dərin hörmət və minnətdarlıq duyğusu ilə xatırlandığını deyib.

Şəhidin yaxınları S.Bayramovun xatirəsinə ehtirama görə təşəkkür ediblər, Azərbaycan dövləti, səfirlik tərəfindən diqqət və qayğı ilə əhatə olunmalarından razılıq hisslərini ifadə ediblər.
Bu gün ana tərəfdən Gürcüstan əsilli II Qarabağ müharibəsi şəhidi Səlimxan Bayramovun doğum günüdür. O, 13 iyul 1998-ci il tarixində Sumqayıt şəhərində anadan olub. 2020-ci ilin oktyabrın 19-da Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidin doğum günündə Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Ramel Lətifov və hərbi attaşe aparatının nümayəndəsi, polkovnik Kamil Əfəndiyev şəhidin dayısı, Tbilisi sakini Mahmud Rüstəmovun ailəsinə baş çəkiblər. Ziyarətdə “Report”un yerli bürosunun əməkdaşları da iştirak edib.

Gülbacı Rüstəmova nəvəsinin ömür və döyüş yolundan bəhs edib.

Erməni postunu əsgər yoldaşları ilə alan şəhid

Nənəsi Səlimxanın ailənin ən əzizi və sevimlisi olduğunu bildirib: “O, Gürcüstan Texniki Universitetini bitirib. Ali məktəbdə təhsil aldığı illərdə bizimlə yaşayırdı. Tbilisini yaxşı tanıyırdı. Gürcüstanı çox sevirdi. Tbilisidə də ev almağı arzulayırdı. Vətənə çox bağlı idi. Müharibəyə yollananda hərbi xidmətinin başa çatmasına bir gün qalmışdı. Telefonla danışanda ondan xahiş edirdim ehtiyatlı olsun, özünü qorusun. Cavabında deyirdi ki, narahat olmayaq, öndə gedir və döyüş yoldaşları ilə Vətəni işğalçılardan təmizləyir. O, düşməni torpaqlarımızdan qovmaq üçün sona qədər döyüşmək əzmində idi. Əsgər yoldaşları ilə birgə erməni postunu da ələ keçirmişdi. Həmin posta doğma şəhəri Sumqayıt adını vermişdilər... Səlimxan nişanlı idi, noyabrda toyunu edəcəkdik...”.

Babası nəvəsinin şəhid olduğu gün vəfat edib

Söhbət zamanı məlum olur ki, S.Bayramovun ana babası onun şəhid olmasının birinci ildönümü günündə - 2021-ci ilin oktyabrın 19-da vəfat edib. G.Rüstəmova yoldaşının sağlamlıq durumundan şikayət etmədiyini, S.Bayramovun şəhidlik zirvəsinə ucalmasından sonra ürəyinin dözmədiyini bildirib.

Nənəsi danışır ki, Səlimxan həsrətlə gözlənilən övlad olub: “Qızım ailə qurandan 5 il sonra Səlimxanı dünyaya gətirib. Yoldaşım əhd etmişdi ki, qızının övladı olsun, hər il nəvəsinin doğum gününü böyük təmtəraqla qeyd edəcək. Əhdinə sadiq qalan yoldaşım hər il iyulun 13-nü toy-bayram edirdi”.

Dayısı ötən il şəhidin doğum günündə Qardabaninin Qaracalar kəndində inşa etdirdiyi bulağın açıldığını xatırladıb. Onun sözlərinə görə, S.Bayramovun doğulduğu və şəhid olduğu gün xatirəsi kənd sakinlərinin də iştirakı ilə bulaq başında anılır: “Səlimxan Sumqayıtda dəfn olunub. Məzarını ziyarət etmək imkanımız tez-tez olmur. Xatirəsini anmaq üçün bulağı ziyarət edirik, ruhuna dualar oxuyuruq. Bu gün də Qaracalara gedib bulağı ziyarət edəcəyik”.

“O, yuxularımıza tez-tez gəlir”

Gülbacı xanım nəvəsinin tez-tez anası Rəhilə Rüstəmovanın yuxularına gəldiyini deyir: “Anası nəsə bir sıxıntı keçirən dövrdə Səlimxan yuxusuna gəlir. Yuxuda anasına deyir ki, narahat olma, hər şey yaxşı olacaq, mən sənin yanındayam. Yuxuda oğlunu görəndən sonra anası sanki sıxıntılardan azad olur, ona narahatlıq verən məsələlər həllini tapır”.

Mahmud müəllim də qızının Səlimxanı yuxuda görməsindən danışır. Onun sözlərinə görə, ali məktəbə hazırlaşan qızı iki il ardıcıl olaraq qəbul imtahanlarında tələb olunan balı toplamadığına görə tələbə adını qazanmır: “Qızım imtahanlara yaxşı hazırlaşmasına baxmyaraq, universitetə qəbul ola bilmirdi. Bir gün yuxusunda görür ki, Səlimxan onun əlindən tutub məzunu olduğu Gürcüstan Texniki Universitetini göstərir və deyir ki, “sən bu ali məktəbdə təhsil alacaqsan”. Qızım bu yuxudan sonra hazırlaşmadan məhz bu universitetə, Səlimxanın təhsil aldığı fakültəyə qəbul olur. İndi qızım artıq II kurs tələbəsidir, bibisi oğlunun yolunu davam etdirdiyini deyir”.

Şəhidin yaşadılan adı

Gülbacı xanımın sözlərinə görə, şəhidin qardaşı dünyaya gələn oğluna Səlimxanın adını qoyub: “Uşaq hazırda beşaylıqdır. Qızım Rəhilə nəvəsinə çox bağlanıb, təskinlik tapıb. Qızım deyir ki, sanki Səlimxanı yenidən boya-başa çatdırır, körpəni əlindən yerə qoymur”.

Şəhid ailəsinə qayğı, döyüşçünün xatirəsinə ehtiram

R.Lətifov səfir Faiq Quliyevin adından Rüstəmovlar ailəsinə başsağlığı sözlərini çatdıraraq şəhidlərin əziz xatirəsinin daim böyük ehtiramla və hörmətlə yad edildiyini bildirib. Onun sözlərinə görə, S.Bayramov kimi qəhrəman və igid şəhidlərimizin sayəsində Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoyub.

Diplomat səfirliyin Gürcüstan əsilli şəhidlərimizin tanıdılması və xatirələrinin əbədiləşdirilməsi istiqamətindəki fəaliyyətindən söz açıb, tanıtım layihəsinin həyata keçirildiyini, sənədli filmin lentə alındığını xatırladıb.

Diqqətə çatdırılıb ki, səfirliyin təşəbbüsü ilə şəhidlər haqqında “Ölümsüzlər” adlı kitab çapa hazırlanır və nəşrin payız aylarında şəhidlərin yaxınlarının iştirakı ilə təqdimatının keçirilməsi nəzərdə tutulur.

K.Əfəndiyev də öz növbəsində şəhidin ailə üzvlərinə hərbi attaşe aparatı adından başsağlığı verib, Vətən uğrunda canlarından keçənlərin hər zaman dərin hörmət və minnətdarlıq duyğusu ilə xatırlandığını deyib.

Şəhidin yaxınları S.Bayramovun xatirəsinə ehtirama görə təşəkkür ediblər, Azərbaycan dövləti, səfirlik tərəfindən diqqət və qayğı ilə əhatə olunmalarından razılıq hisslərini ifadə ediblərBu gün ana tərəfdən Gürcüstan əsilli II Qarabağ müharibəsi şəhidi Səlimxan Bayramovun doğum günüdür. O, 13 iyul 1998-ci il tarixində Sumqayıt şəhərində anadan olub. 2020-ci ilin oktyabrın 19-da Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

31-08-2022, 18:55

Vətən müharibəsi şəhidimizin doğum günüdür - FOTO

Gündəm

15-07-2022, 02:20

Vətən müharibəsində qəhrəmanlığı ilə dastana dönən Xudayarın doğum günüdür

Bölgə

29-06-2022, 10:44

Beyləqan Suvarma Sistemləri İdarəsinin müdiri Azim Kərimov şəhidin anasına əxlaqsız dedi…

Cəmiyyət

28-08-2022, 16:07

Şəhid Babək Allahverdiyev

Gündəm

7-08-2022, 21:00

Şəhid zabit Məhəmməd Şəbiyevin anım mərasimi keçirilib

Siyasət

9-08-2022, 15:39

Prezident İlham Əliyevin şəhid ailələrinə olan dəstəyi hər addımda hiss edilir - Şəhid anası

Cəmiyyət

22-07-2022, 20:13

Şəhid jurnalistlərin ailələri ziyarət olunub

İdman

5-03-2023, 23:43

Şəhid futbolçunun xatirəsinə həsr olunan turnir keçirilir

Cəmiyyət

26-02-2023, 13:57

Vətən Müharibəsi Şəhidinin yeganə övladı Atasına qovuşdu - FOTO

Cəmiyyət

26-08-2022, 14:56

Prezidentə Laçının nəzarətə götürülməsini məruzə edən general kimdir?

Cəmiyyət

14-07-2022, 16:40

4 rayonun azad olunmasında iştirak edən QAZİ İŞLƏ TƏMİN OLUNDU

Cəmiyyət

27-09-2022, 18:52

Sabirabadda polis əməkdaşları Vətən Müharibəsi zamanı şəhid olmuş Daxili Qoşunlarının hərbi qulluqçusunun ailəsini ziyarət ediblər

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
29-10-2026, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
29-10-2026, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Xəbər lenti
  • Dünən, 19:00
    Ukrayna Prezidenti: Əbu-Dabidəki danışıqlar ən yüksək səviyyədə üçtərəfli görüşə gətirib çıxara bilər
  • Dünən, 18:24
    Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
  • Dünən, 18:13
    Bakıda küçəni zəbt edən obyekt sahibi kimdir? - FOTOLAR
  • Dünən, 17:54
    İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
  • Dünən, 17:47
    AAYDA-da kütləvi ləğvlər və... - Vüsal Nəsirli 10 aydır nə ilə məşğuldur?
  • Dünən, 17:36
    Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
  • Dünən, 17:30
    Keşlədə 1 ildən çoxdur su xətti deşikdir... - Zaur Mikayılov tonlarla içməli suyu küçəyə axıdır - VİDEO
  • Dünən, 17:07
    Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
  • Dünən, 16:34
    Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib
  • Dünən, 16:26
    Sabirabadda yol bərbad vəziyyətdə: Maşınlar yolda qalır - Sakinlər DAD DEYİR...
  • Dünən, 15:53
    Rusiyanın ixrac logistikasındakı dəyişikliklər Azərbaycanın buğda təminatına necə təsir edir? - Təhlil
  • Dünən, 15:33
    Nəsimidə sakinlərin məhkəmə qərarına məhəl qoyulmur – Hasar sökülmür
  • Dünən, 15:07
    Azərbaycan və Şri-Lanka dövlət xidmətləri sahəsində memorandum imzalamağı planlaşdırır
  • Dünən, 14:58
    "İslahat adı altında hüquqlarımız tapdalanır" - ETİRAZ VAR...
  • Dünən, 14:41
    Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
  • Dünən, 13:17
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Dünən, 13:04
    Səbinə Əliyeva yenidən Ombudsman seçilib
  • Dünən, 12:54
    “Azenco”da 3,7 milyonluq mənimsəmə işi: Etibar Pirverdiyev özəl şirkətdə nə qədər aylıq maaş alıb? - TƏFƏRRÜAT
  • Dünən, 12:36
    DİN Ukrayna polisiylə keçirdiyi birgə əməliyyat nəticəsində beynəlxalq axtarışda olan kiberdələduzlar Azərbaycana gətirilib
  • Dünən, 11:51
    İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
  • Dünən, 11:38
    Prezident İlham Əliyev Laosa səfərə dəvət edilib
  • Dünən, 11:31
    Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib - FOTOLAR
  • Dünən, 11:08
    Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
  • Dünən, 10:59
    Gömrükdə elə oyunlar çevrilir ki... - İLGİNC İDDİA
  • Dünən, 10:20
    Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
  • Dünən, 10:04
    Zakir Fərəcov baş mühasibini dəyişdi - BUNDAN SONRA...
  • Dünən, 09:37
    Tramp ABŞ-nin İranla müharibə xərclərini "cüzi məbləğ" adlandırıb
  • Dünən, 09:30
    Qanunsuz tikinti ilə gündəmə gəlmişdi: Nazir işdən çıxardı - ƏMR
  • Dünən, 09:12
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 2-11-2026, 19:00
    Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb
  • 2-11-2026, 18:31
    Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb
  • 2-11-2026, 18:26
    Gədəbəydə də Binəqədi modeli? - Hacıbaba Babayevin özfəaliyyəti davam edir...
  • 2-11-2026, 18:01
    Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
  • 2-11-2026, 17:53
    Əli Həsənovun qızı Dubaydakı biznesini milyon dollara satmaqdan imtina etdi - İLGİNC
  • 2-11-2026, 17:39
    Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə