• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qafqaz regionunun tarixi üzrə mütəxəssis, Dr. Mixael Hess Moreno Ocampoya açıq məktubunda onun rəyini “faktların təhrifi”, “açıq-aşkar birətərfli ermənipərəst şərh və propaqanda“ kimi dəyərləndirib

Siyasət

29-08-2023, 11:23

Alman alim, Qafqaz regionu üzrə tədqiqatçı, “Şuşanın irsi” kitabının, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinə dair çoxsaylı kitablar və məqalələrin müəllifi, Dr. Mixael Raynhard Hess Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş ittihamçısı Luis Moreno Ocamponun hazırladığı “2023-ci ildə ermənilərə qarşı genosid. Ekspert rəyi”ndəki tarixi tezis və “faktlarla” bağlı açıq məktub hazrılayıb və onu Facebook və Tvitter/X, səhifələrində paylaşıb,eləcə də “Berlin Gulandot” nəşriyyatının internet səhifəsində yerləşdirib. Dr. Hess elmi-tarixi faktlar əsasında və erməni müəlliflərin yazdığı əsərlərdən istifadə etməklə, Moreno Ocamponun yazdıqlarını tarixi faktlar və hadisələrin “açıq-aşkar təhrif olunması və birtərəfli ermənipərəst şərh və propaqanda” kimi dəyərləndirərək “Ermənistanın təbliğat maraqlarına xidmət edən spekulyasiya” adlandırıb.
Dr. Hess açıq məktubunda yazır ki, “sizin ermənilərin Artsax adlandırdığı Dağlıq Qarabağda əksərən ermənilər məskunlaşıb və onlar orada 20 əsrdən çoxdur ki, yaşayırlar” fikriniz çoxmənalı şərhlərə yol aça bilər. Hüquqşünas kimi Siz bilirsiniz ki, “həlledici məsələlərdə ikimənalı ifadələrə yol vermək olmaz”. Belə ki, etnik ermənilər ola bilsin oralarda yaşayıb, amma “əsrlərlə” orada çoxluq olaraq məskunlaşmayıblar”. Alman tədqiqatçı yazır ki, tarixi fakta gəldikdə, heç bir şübhə yoxdur ki, “Artsax” erməni sözü deyil və onun erməni dilində etimologiyası yoxdur. Daha sonra müəllif əlavə edir: “Sizin cızdığınız xronoloji dövrdə onun mövcudluğunu sübut etmək mümkün deyil. Erməni müəllif Vardqes Mikaelyanın “yunan tarixiçisi Strabonun(e.ə. 63-21) adını çəkdiyi Orxistina toponiminin Artsaxla eyniləşdirilməsinə” dair tezisi yalnız ehtimaldır və eramızın 5-ci əsrinədək mövcud olmayıb”. Məhz həm də bu səbəbdən Dr. Hess Ocamponun “əsasən ermənilər tərəfindən məskunlaşmış” ifadənisinin “tam fərziyyə” olduğunu əsaslandırır: “Əlbəttə, bizdə , nə eramızın başladığı dövrə aid, nə də 5-ci əsrdən sonrakı dövr də daxil olmaqla sonrakı müasir dövrə qədər dəqiq demoqrafik statistika yoxdur. Bu o deməkdir ki, bu bölgədə “əsasən ermənilərin məskunlaşdığı” bəyanatınızın şərhi də sırf spekulyativdir.”“Dağlıq Qarabağ” termini yalnız 1918-ci ildə yaranıb və hətta erməni mənbələri əsasında gəlinən faktoloji nəticə budur ki, təxminən 1000 illik dövr ərzində, “1045-1921-ci illərdə “Artsax” rəsmi siyasi və inzibati termin kimi istifadə edilməyib.” Erməni müəlliflər Mikaelyan və Avakyanın əsərlərindən sitat gətirməklə Dr. Hess yazır ki, Qarabağ ermənilərinin Azərbaycanın Şuşa şəhərində 1919-cu il 22-26 iyul tarixlərində keçirdikləri Birinci Konqresində, sonra Ermənistan Xalq Komissarları Sovetinin 1921-ci il 12 iyun tarixli həm rus, həm də erməni dilində yaydıqları Bəyanatında “Dağlıq Qarabağ” ifadəsindən istifadə ediblər. Dr. Hess Ocampoya sual verir ki, “əgər Sizin iddia etdiyiniz kimi, bütün tarix boyu Artsax mövcud olubsa, nəyə görə, ermənilər özləri də həm sovet, həm dəondan əvvəlki dövrdə Dağlıq Qarabağ terminindən istifadə ediblər və burada da sadəcə Azərbaycan sözünü erməni dilinə tərcümə edərək “Lernayin Karabax” kimi veriblər?!” Alman alim bu faktlara dair müəllifi olduğu və əvvəllər nəşr etdiyi kitablardan sitatlar gətirir: “Artsax” sözünün Qarabağın ənənəvi Azərbaycan adının əvəzi kimi işlədilməsi yalnız sonradan həm Sovet İttifaqında, həm də xaricdə erməni separatçı, şovinist və antiazərbaycan
təbliğatı nəticəsi olaraq yayılmağa başlayıb.” Dr. Hess Ocampanın Qarabağ “ekspert rəyindəki tarixlə bağlı arayışın açıq-aşkar təhrif”dən ibarət olduğunu sübut edir. Dr. Hess Ocamponu etibarlı elmi mənbələrdən istifadə etməmək və yalnış terminologiya işlətməkdə də ittiham edib. Belə ki, jurnalist fəaliyyətinin nəticəsi olan “Light and Fulconbridge” məqaləsindən gətirilən sitat, “ermənilər xristiandır və eramızdan əvvələ gedib çıxan əsrlər boyu Qarabağ ərazində hökmranlıq ediblər” fikri ən azı 1045-ci ildən başlayaraq, sonrakı 1000 illik dövr ərzində və bu günədək olan zaman müddəti üçün saxtakarlıqdan başqa bir şey deyil. “Sizin bu Azərbaycan ərazisini “anklav” adlandırmağınız da səhvdir, “Qarabağın heç vaxt və heç bir hissəsi anklav olmayıb.”
Dr. Hess Ocampanın antik dövrdə işlənən “Artsax” anlayışı ilə 20-ci əsrdə erməni millətçiləri tərəfindən yenidən döviryyəyə gətirilməsi arasında fərq qoymamasını “erməni millətçilərinin toponim, demoqrafik, siyasi və tarixi ardıcıllıq yaratmaq təbliğatı”na işləyən propaqanda adlandırır. Amma “heç vaxt əsrlərlə davam edən belə tarixi ardıcıllıq olmayıb”. Dr. Hess Ocampanın Dağlıq Qarabağ ermənilərinin “1988-ci il 20 fevral tarixli Qətnaməs”ilə
bağlı yazdıqlarını da tarixin təhrif olunması adlandırır və həmin azərbaycanlı əhalinin nümayəndələrinin iştirak etmədiyini və oradan qovulmasının dilə gətirilmədiyini bildirir. “Sizin rəyinizi oxuduqdan sonra məndə təəssürat yaranıb ki, “Siz həm tarixi, həm də müasir dövr hadisələrini birtərəfli ermənipərəst mövqedə şərh etmisiniz”. Sizin “aclıq vasitəsi ilə genosid” ittihamınız da, Fransanın Genosid haqqında konvensiyaya etdiyi qeyddən sitatınız da “heç inandırıcı deyil”, belə ki, “ermənilərin, kimi iddia etdiyi sayda 120 min insanın Qarabağ kimi bərəkətli, resursları və infrastrukturu olan bir bölgədə kökünün kəsilməsi təhlükəsi ola bilməz. Sizin məqalənizdə “Dağlqı Qarabağ ermənilərinin qrup şəklində aclıq yolu ilə ölməsi təhlükəsi”nə dair nəinki sübut, heç işarə də yoxdur.”. Dr. Hess Ocampoya yazır ki, Sizin mətnin əsas məğzində hüquqi məqamlar dayanır, bununla belə “sizin bu sahədə iddianız da mənim üçün inandırıcı deyil.Azərbaycanın Laçın koridorunda sərhəd buraxılışı məntəqəsi qurması genosidə hazırlıq üçün vasitə kimi şərh edilə bilər”fikriniz absurddur. Bütün ölkələr, o cümlədən ABŞ və Aİ üzvü dövlətlər öz sərhədlərində oxşar nəzarət məntəqələri qururlar ki, “insan alveri və qaçaqmalçılığın qarşısı alınsın, amma heç kim bu dövlətləri genosidə hazırlığa başlamaqda ittiham etmir.”
Dr. Hess Ocamponun Prezident İlham Əliyevə münasibətdə qaldırdığı ittihamla bağlı yazdıqlarının ziddiyyətli olduğunu da sübut edir. Alman mütəxəsis yazır ki, bir şəxsi, bir dövləti başqalarına qarşı genosid etməkdə günahlandırmaq ən ağır hüquqi ittihamlardan sayılır. Belə bir ittahmı əsaslı formada irəli sürmək üçünsə bütün şübhələr inandırcı şəkildə aradan qaldırılmalıdır.” Dr. Hess açıq məktubunu belə tamamlayır: “Amma açıq deyim ki, Sizin
mətndəki tarixi hadisələrin təsvirindəki çatışmazlıqlar və qeyri-dəqiqilik, eləcə də ziddiyyətlərin mövcudluğu, fikrimcə ona işarə edir ki, tələb olunan qədər, yəqin və birmənalı hökm verilə bilməz.“

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

19-08-2023, 01:11

IV Yay Düşərgəsinin növbəti paneli “Azərbaycanın müstəqillik tarixi”nə həsr olunub

Siyasət

18-01-2023, 02:28

Almaniyalı alim Dr. Hessin “Spiegel” jurnalına məktubu: “İrəvanda 1918-ci ilədək erməni hökmdarlığı olmayıb“

Siyasət

26-08-2023, 13:35

Litvadakı icmamız BMT-nin Cenevrədəki mənzil-qərargahına müraciət edib

Gündəm / Siyasət

14-12-2022, 15:11

Azərbaycan əsilli hüquqşünas Cenevrə Universitetindəki tədbirdə ermənipərəst siyasətçiləri ifşa edib

Siyasət

17-02-2023, 02:26

Gürcüstan mətbuatı “Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə başlayıb

Siyasət

25-12-2022, 17:25

Ermənistanın əsassız bəyanatını qətiyyətlə rədd edirik - XİN

Gündəm / Cəmiyyət

25-08-2023, 22:08

Akif Aşırlıdan gənc millət vəkilinə sərt cavab.."Müqayisə də, göstərilən faktlar da həqiqətdən cox uzaqdır.."

Siyasət

5-07-2022, 13:05

İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlanıb

Siyasət

9-08-2022, 13:23

"Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük ehtiyac var" - DEPUTAT ŞƏRH ETDİ

Şou-biznes

3-08-2022, 15:16

"Qadın kitab kimi bağlı olmalıdır"

Dünya

15-07-2022, 15:59

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb

Siyasət

3-08-2022, 17:29

“Pelosi Azərbaycanda onları görəndə göz yaşlarını saxlaya bilmədi”

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Bu gün, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
Xəbər lenti
  • Bu gün, 11:47
    İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
  • Bu gün, 10:45
    Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
  • Bu gün, 10:22
    DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir
  • Bu gün, 10:12
    Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
  • Bu gün, 09:51
    Azərbaycan neftinin qiyməti 117 dolları keçib
  • Bu gün, 09:01
    “Panda Baby” müştəriləri aldadır - Qiyməti uçuz yazıb, baha hesablayır
  • Bu gün, 08:47
    Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
  • Bu gün, 08:42
    "Yol çəkmirsiniz... amma bina tikməyə icazə verirsiniz" - BELƏ ŞƏHƏR SALARLAR?
  • Bu gün, 08:25
    Azərbaycana payız fəsli daxil olub
  • Bu gün, 00:27
    Dünya çempionatının bürünc medalçısı Coşqun Abdullayev: “Bu qələbəmi şəhidlərimizə həsr edirəm” VİDEO
  • Dünən, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • Dünən, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • Dünən, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • Dünən, 17:22
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • Dünən, 17:05
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • Dünən, 16:25
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • Dünən, 16:01
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • Dünən, 15:37
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
  • Dünən, 15:25
    “Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
  • Dünən, 15:03
    Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"
  • Dünən, 13:50
    Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub
  • Dünən, 13:22
    “İyundan yanan transformator hələ də düzəlməyib” - Məktəbdə nə işıq var, nə su...
  • Dünən, 12:58
    İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Dünən, 12:40
    “İdeal Kredit” və vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimələnib - TƏFƏRRÜAT
  • Dünən, 12:31
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 12:26
    Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi -İTTİHAM VAR...
  • Dünən, 12:00
    Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
  • Dünən, 11:04
    Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?
  • Dünən, 10:58
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • Dünən, 10:52
    “Bakı 4 №-li Yol İstismarı” MMC-dən şikayət - “Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi”
  • Dünən, 10:41
    Azərbaycan XİN Malini təbrik edib
  • Dünən, 10:34
    “Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT
  • Dünən, 10:15
    Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
  • Dünən, 09:36
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Dünən, 08:47
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə