• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Gürcüstandakı azərbaycanlı gənclərin “Regional Gənclər Şəbəkəsi Borjomi – 2023” Yay Düşərgəsi təşkil edilib - FOTOLAR

Siyasət

28-08-2023, 16:57

Gürcüstanın Borjomi şəhərində “Heydər Əliyev İli” çərçivəsində qonşu ölkədə yaşayan azərbaycanlı gənclərin “Regional Gənclər Şəbəkəsi Borjomi – 2023" Yay Düşərgəsi təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə avqustun 24-dən start verilən düşərgədə Marneuli, Dmanisi, Bolnisi, Qardabani, Saqareco bölgələrindən və Tbilisi şəhərindən 54 gənc iştirak edib.
Borjomiyə yola düşməzdən öncə düşərgə iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Tbilisidə yerləşən heykəlini ziyarət ediblər.
Abidənin önünə əklil qoyulub və görkəmli dövlət xadiminin əziz xatirəsi ehtiramla yad edilib. Düşərgənin açılış mərasimində gəncləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adından salamlayan şöbə müdiri Vüsal Məmmədov bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanda və müxtəlif ölkələrdə bir çox layihələr həyata keçirilməkdədir. Belə layihələrdən biri də avqustun 12-dən 18-dək ümummilli liderin doğulduğu Naxçıvan şəhərində təşkil edilmiş “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsi olub. Gürcüstanda yaşayan azərbaycanlı gənclərin analoji təşəbbüslə Komitəyə müraciətinin nəzərə alındığı və Borjomidə bu layihənin təşkil ediıməsinə qərar verildiyi diqqətə çatdırılıb. Heydər Əliyevin müasir Azərbaycan tarixində rolundan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edilməsindən, Komitənin azadlığa qovuşmuş Qarabağın tacı olan mədəniyyət paytaxtımız Şuşada bir sıra irimiqyaslı layihələr həyata keçirməsindən bəhs edilib.
Qeyd edilib ki, dövlət başçımızın tapşırığına əsasən, Dünya Azərbaycanlılarının V Qurultanın, Diaspor Gənclərinin III Yay Düşərgəsinin Şuşada keçirilməsi, “Dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində xaricdə yaşayan soydaşlarımızın Şuşaya ardıcıl səfərlər etməsi diaspor tarixinə yazılmış şanlı səhifələrdir. Düşərgə iştirakçılarına milli kimliyimizin, doğma dilimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycan həqiqətlərinin və maraqlarının müdafiə olunması kimi məsələlərdə fəal olmaq çağırışı edilib. Sonra Gürcüstan Azərbaycanlılarının İnteqrsiya Mərkəzinin (GAİM) icraçı direktoru Murad Muradov düşərgə iştirakçılarına “Sosial Media” mövzusu ətrafında təlim keçib. Eyni zamanda GAİM-in, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin (rəhbəri Rezo Həsənov), “Alyans” Gənclər Mərkəzinin (icraçı direktoru Rəna Hüseynova) və Dmanisi Tədris Mərkəzinin (rəhbəri Kamran Xıdırov) təqdimatları olub. Düşərgənin ilk günü intellektual və əyləncəli oyunlarla davam edib.
Qeyd edək ki, “Regional Gənclər Şəbəkəsi Borjomi – 2023” Yay Düşərgəsi avqustun 26-da başa çatacaq.







Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

20-08-2023, 01:46

Diaspor Gənclərinin IV Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib

Gündəm

11-08-2023, 19:28

Diaspor gəncləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTOLAR

Cəmiyyət

22-03-2023, 15:59

“Heydər Əliyev-100" Diaspor Gənclərinin IV Yay Düşərgəsi keçiriləcək

Mədəniyyət

29-07-2022, 15:23

Tənzilə Rüstəmxanlı: “Diaspor Gənclərinin III Yay Düşərgəsinin Şuşada keçirilməsi möhtəşəm layihədir”

Siyasət

29-11-2022, 11:18

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının VI Qurultayı keçirilib

İdman

7-05-2023, 19:31

Maqdeburqda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib

İdman

7-05-2023, 19:32

Maqdeburqda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib - FOTO

Siyasət

22-05-2023, 20:05

Azərbaycan və Özbəkistan arasında diaspor məsələləri müzakirə olunub - FOTO

Mədəniyyət

2-08-2022, 19:00

Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılış mərasimi keçirilib

Mədəniyyət

2-08-2022, 11:08

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Şuşaya yola düşüblər

Cəmiyyət

7-07-2023, 16:39

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun yaranma günləri qeyd edilib - FOTO

Siyasət

17-02-2023, 02:26

Gürcüstan mətbuatı “Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə başlayıb

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Dünən, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Dünən, 22:56
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • Dünən, 19:00
    Paşinyanın Kreml dilemması - Avropaya baxır, Moskvadan gözünü çəkə bilmir - ŞƏRH
  • Dünən, 18:30
    Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib
  • Dünən, 18:08
    Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
  • Dünən, 17:56
    Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
  • Dünən, 17:37
    “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT
  • Dünən, 17:01
    Prezident icra başçısını vəzifəsindən azad etdi
  • Dünən, 16:54
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Dünən, 16:44
    Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər
  • Dünən, 16:18
    Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:11
    “Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?
  • Dünən, 15:36
    Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
  • Dünən, 15:26
    Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
  • Dünən, 15:00
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb
  • Dünən, 13:45
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
  • Dünən, 13:36
    Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..
  • Dünən, 13:22
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:10
    Hande Erçel Cennifer Lopezlə bir arada - Foto
  • Dünən, 12:36
    Türkiyədə zəlzələ olub
  • Dünən, 12:23
    51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
  • Dünən, 11:42
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 11:24
    Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
  • Dünən, 10:25
    Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
  • Dünən, 10:15
    Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?
  • Dünən, 09:54
    Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
  • Dünən, 09:43
    "“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır
  • Dünən, 09:26
    Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
  • Dünən, 09:22
    Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
  • Dünən, 08:55
    Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • 23-09-2026, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • 23-09-2026, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • 23-09-2026, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • 23-09-2026, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • 23-09-2026, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • 23-09-2026, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə