• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Diaspor Gənclərinin IV Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib

Cəmiyyət

20-08-2023, 01:46

“Heydər Əliyev İli" çərçivəsində Naxçıvanda baş tutan “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib.
Mərasimi açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş düşərgənin gənclərin yaddaşında silinməz iz buraxacağına inandığını bildirib.Daha sonra bir həftə davam edən Yay Düşərgəsini əks etdirən videoxülasə nümayiş etdirilib.


Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli düşərgənin Naxçıvanda keçirilməsindən və iştirakçıların Naxçıvanda aparılan yenidənqurma və quruculuq işləri, eləcə də bu qədim diyarın tarixi yerləri ilə tanışlığından məmnun olduğunu söyləyib. O, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafınadair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası sayəsində yaxın beş ildə Naxçıvanda böyük işlər görüləcəyini vurğulayaraq, düşərgə iştirakçılarını beş ildən sonra yenidən Naxçıvana dəvət edib: “Mən sizinlə sağollaşmıram, “Aramıza xoş gəldiniz” deyirəm”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov IV Yay Düşərgəsinin təşkilində göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinə təşəkkür edib. Komitə sədri artıq ənənə halını alan düşərgələrin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tövsiyələrinə uyğun olaraq xaricdə yaşayan azərbaycanlı gənclərin vətənlə əlaqələrini intensivləşdirmək və öz soykökünə, mədəniyyətinə bağlılığını qoruyub saxlamaq məqsədi daşıdığını vurğulayıb, gəncləri diaspor fəaliyyətində və Azərbaycan həqiqətlərininin təbliğində fəal olmağa çağırıb.

Düşərgə iştirakçılarına sertifikatlar təqdim olunduqdan sonra tədbir bədii hissə ilə yekunlaşıb.Qeyd edək ki, avqustun 12-dən 18-dək davam edən Diaspor Gənclərinin IV Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə gerçəkləşdirilib. Düşərgənin tərəfdaşı Heydər Əliyev Fondu, təşkilati dəstək Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi nümayəndəliyinə məxsus olub. Diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan IV Yay Düşərgəsində 53 ölkəni təmsil edən 100-dən çox gənc iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var. Layihənin Heydər Əliyevin bir əsr öncə dünyaya gəldiyi qədim Naxçıvan şəhərində keçirilməsi xüsusi önəm daşıyıb.



Bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

2-08-2022, 19:00

Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılış mərasimi keçirilib

Gündəm

11-08-2023, 19:28

Diaspor gəncləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTOLAR

Mədəniyyət

17-08-2023, 11:25

Rasim Balayev IV Yay Düşərgəsinin iştirakçılarına uğurlar arzulayıb - VİDEO

Mədəniyyət

29-07-2022, 15:23

Tənzilə Rüstəmxanlı: “Diaspor Gənclərinin III Yay Düşərgəsinin Şuşada keçirilməsi möhtəşəm layihədir”

Cəmiyyət

14-08-2023, 12:36

Düşərgə iştirakçılarına Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs olundu - FOTOLAR

Bölgə

8-02-2023, 20:39

Naxçıvan üzərindən elektrik enerjisinin ixracı müzakirə edilib - FOTO

İqtisadiyyat / Bölgə

7-02-2023, 21:23

İN: Naxçıvanda iqtisadi sferada həyata keçirilən tədbirlər müzakirə olunub - FOTOLAR

Dünya

2-05-2023, 19:28

Roma şəhərində Azərbaycan icması ilə görüş keçirilib - FOTO

Cəmiyyət

22-03-2023, 15:59

“Heydər Əliyev-100" Diaspor Gənclərinin IV Yay Düşərgəsi keçiriləcək

Cəmiyyət

19-08-2023, 01:11

IV Yay Düşərgəsinin növbəti paneli “Azərbaycanın müstəqillik tarixi”nə həsr olunub

İqtisadiyyat / Bölgə

16-07-2023, 20:50

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvana səfər edib FOTOLAR

Mədəniyyət

2-08-2022, 11:08

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Şuşaya yola düşüblər

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Dünən, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Dünən, 22:56
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • Dünən, 19:00
    Paşinyanın Kreml dilemması - Avropaya baxır, Moskvadan gözünü çəkə bilmir - ŞƏRH
  • Dünən, 18:30
    Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib
  • Dünən, 18:08
    Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
  • Dünən, 17:56
    Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
  • Dünən, 17:37
    “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT
  • Dünən, 17:01
    Prezident icra başçısını vəzifəsindən azad etdi
  • Dünən, 16:54
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Dünən, 16:44
    Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər
  • Dünən, 16:18
    Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:11
    “Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?
  • Dünən, 15:36
    Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
  • Dünən, 15:26
    Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
  • Dünən, 15:00
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb
  • Dünən, 13:45
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
  • Dünən, 13:36
    Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..
  • Dünən, 13:22
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:10
    Hande Erçel Cennifer Lopezlə bir arada - Foto
  • Dünən, 12:36
    Türkiyədə zəlzələ olub
  • Dünən, 12:23
    51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
  • Dünən, 11:42
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 11:24
    Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
  • Dünən, 10:25
    Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
  • Dünən, 10:15
    Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?
  • Dünən, 09:54
    Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
  • Dünən, 09:43
    "“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır
  • Dünən, 09:26
    Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
  • Dünən, 09:22
    Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
  • Dünən, 08:55
    Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • 23-09-2026, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • 23-09-2026, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • 23-09-2026, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • 23-09-2026, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • 23-09-2026, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • 23-09-2026, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə