Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a icmadan məlumat verilib.
Bildirilib ki, ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

