Sizin reklam burada 728×90
Son dəqiqə

COP31-də Xəzərin ekoloji problemləri və Azərbaycanın iqlim təşəbbüsləri təqdim olunur

09.11.2026 17:48 87 1 dəq oxunur
COP31-də Xəzərin ekoloji problemləri və Azərbaycanın iqlim təşəbbüsləri təqdim olunur
Antalyada start götürən COP31 çərçivəsində Azərbaycanın “Dialoq Dəhlizi” adlı pavilyonunda ölkənin iqlim siyasəti, Xəzər dənizinin ekoloji vəziyyəti və biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər interaktiv formada nümayiş etdirilir.

Pavilyonun bölmələrindən biri Xəzər dənizinin biomüxtəlifliyinə həsr olunub.

Burada nərə balıqlarının və Xəzər suitilərinin sayının azalması, eləcə də onların qorunmasının vacibliyi barədə məlumatlar təqdim edilir.

Digər bölmədə isə Xəzəryanı beş ölkənin ekoloji problemlərin həlli istiqamətində əməkdaşlığı və birgə təşəbbüsləri diqqətə çatdırılır.

Ekspozisiyanın sonuncu hissəsində Azərbaycanın COP-a gedən yolu əks olunur. Burada 2015-ci ildən etibarən ölkənin iqlim siyasəti, Paris Sazişinə qoşulması, emissiyaların azaldılması üzrə öhdəlikləri və beynəlxalq iqlim təşəbbüslərində iştirakı barədə məlumat verilir.

Qeyd edək ki, 244 kvadratmetr ərazini əhatə edən pavilyon Heydər Əliyev Mərkəzi və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanıb. Konfransın iki həftəsi ərzində burada 40-dan çox tədbir, panel müzakirəsi və ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulur.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az