Sizin reklam burada 728×90
Son dəqiqə

“Ukraynanın coğrafiyası artıq dəyişib”

09.11.2026 16:13 79 1 dəq oxunur
“Ukraynanın coğrafiyası artıq dəyişib”
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib.

Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlardan danışıb.

O bildirib ki, söhbət ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında aparılacaq üçtərəfli danışıqlardan gedir.

ABŞ Prezidenti Donald Trampın müharibədən sonra Ukraynanın müstəqil və azad qalacağı, lakin sərhədlərinin bir qədər dəyişə biləcəyi barədə açıqlamasına münasibət bildirən Peskov deyib:

“Ukraynanın görünüşünə gəlincə, coğrafi baxımdan artıq fərqli ölkədən söhbət gedir. Cəbhədəki reallıqlar ortadadır və heç kim bunu inkar edə bilməz”
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az