• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Əliyev diqtə, Paşinyan icra edəcək: Putin İrəvana “Brüssel zərbəsi”ni bağışlamaz

Siyasət

25-08-2022, 20:31

Belə anlaşılır ki, güclü Azərbaycanın "dəmir yumruğu"na paralel olaraq, Rusiyanın qəzəbi ilə də baş-başa qalan zəif Ermənistanın "qara günləri" hələ irəlidədir... Böyük ehtimalla erməni baş nazir Brüsseldə məhz Azərbaycan liderindən Ermənistanın gələcək taleyinə təminat almaq barədə düşünməli olacaq...

Ermənistan cəmiyyəti Cənubi Qafqazda cərəyan edən son proseslərdən sarsılmış kimi görünür. Çünki erməni toplumunun ümidlərini bitirən, "xəyallar"ını boşa çıxaran hadisələr baş verməkdədir. Azərbaycan regional hegemonluğu ələ keçirib, Ermənistan isə dövlətçiliyini belə, itirmək təhlükəsi ilə üzləşib.

Təbii ki, belə vəziyyətdə rəsmi İrəvanın Azərbaycanla danışıqlar aparması o qədər də asan məsələ deyil. Paşinyan hakimiyyəti hazırda hər hansı şərt irəli sürmək və ya mövqe nümayiş etdirmək şansına sahib deyil. İndi rəsmi İrəvanın Azərbaycan tərəfindən diqtə olunan bütün şərtləri qəbul və icra etməkdən başqa elə bir carəsi qalmayıb.

bakunews.az musavat.com-a istinadən bildirir ki, ona görə də, Ermənistan mətbuatı növbəti Brüssel görüşü barədə məlumatı pessimist notlar üzərindən yayıb. Həmin məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş avqustin 31-də keçiriləcək. Görüşə yenə də Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel vasitəçilik edəcək.

Maraqlıdır ki, Rusiya siyasi dairələrində də bu görüşlə bağlı müəyyən çaşqınlıq hökm sürür. Belə ki, buna qədər Rusiya mətbuatı üçtərəfli görüşün Kreml sahibi Vladimir Putinin vasitəçiliyi ilə Moskvada keçiriləcəyi barədə məlumatlar yayılmışdı. İndisə belə anlaşılır ki, görüşün keçiriləcəyi məkan ilə bağlı gözlənilməz dəyişiklik olmazsa, Kreml sahibinin vasitəçiliyi artıq böyük şübhə altındadır.

Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb Rusiya ilə amansız, həm də güzəştsiz rəqabət aparır. Bu rəqabət yalnız Ukrayna savaşı ilə məhdudlaşmır, həm də Cənubi Qafqaz regionunda da davam edir. Ona görə də, Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları prosesinə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik etməsinə də məhz ABŞ və Qərbin Rusiya ilə Cənubi Qafqaz uğrunda rəqabəti konteksində yanaşmaq daha doğru olardı.

Məsələ ondadır ki, ABŞ və Qərb Şarl Mişelin vasitəçiliyi sayəsində Rusiyanı Azərbaycan-Ermənistan sülh danışıqları prosesindən kənarlaşdırmaq niyyəti güdür. Çünki, Cənubi Qafqazın gələcək inkişaf perspektivləri üçün böyük önəm daşıyan bu prosesdən Kremlin kənarlaşdırılması, Rusiyanın ümumiyyətlə, regiondan sıxışdırılıb, çıxarılmasının başlanğıcı ola bilər. Və hazırda Qərb siyasi dairələri əsasən, Ermənistanın Rusiyadan qoparılmasına cəhd göstərirlər.

Maraqlıdır ki, ABŞ və Qərb artıq bu məsələdə müəyyən uğurlar qazanmağa da başlayıb. Belə ki, Rusiya və Ermənistan arasındakı münasibətlərdə kifayət qədər ciddi çatlar yaranıb. Rəsmi İrəvan Ermənistan cəmiyyətində Rusiya əleyhinə propoqandanı intensivləşdirib. Kreml bundan həm narazı, həm də qəzəblidir.

Bütün bunları nəzərə aldıqda, Rusiya siyasi dairələri və mətbuatının Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında məhz Kreml sahibi V.Putinin vasitəçiliyi ilə üçtərəfli görüşün keçiriləcəyi barədə yaydığı məlumatların boşa çıxarılması maraqlı prosesdir. Hər halda, həmin görüşün əvvəlcədən elan edilmiş tarixdə Moskvada deyil, məhz Brüsseldə keçilməsi Rusiyanın Cənubi Qafqazdakı maraqlarına və mövqelərinə sarsıdıcı zərbədir.


Belə anlaşılır ki, ABŞ və Qərb Rusiyanı sülh danışıqları prosesində oyundankənar vəziyyətə salmaq üzrədir. Belə davam edərsə, yaxın vaxtlarda Rusiyanın vasitəçiliyi ümumiyyətlə, arxa plana keçirilmiş olacaq. Sülh danışıqlarında avanqard moderator statusu Brüsselin əlinə keçəcək. Nəticədə, Rusiya sülh danışıqlarında vasitəçilik funksiyalarını tədricən itirməyə başlayıb.

Təbii ki, Azərbaycan üçün görüşün Brüsseldə və ya Moskvada keçirilməsi o qədər də böyük prinsipial əhəmiyyət daşımır. Əsas məsələ odur ki, rəsmi Bakının konkret hədəfləri mövcuddur və onların heç birisindən geri çəkilmək niyyətində deyil. Və görüşün Moskvada və ya Brüsseldə keçirilməsindən asılı olmayaraq, istənilən halda, Azərbaycan Prezidenti İlham Əliyev sülh danışıqları masası arxasında geopoloitik iradə sahibi olacaq.

Çünki, Ukrayna savaşı Rusiyanı ciddi şəkildə zəiflədib. Eyni zamanda, indiki situasiyada Kremlin Azərbaycan-Türkiyə İttifaqı ilə normal münasibətlərə, əməkdaşlığa və tərəfdaşlığa əvvəlki dövrlərdən daha çox ehtiyacı var. Yəni, Kreml Rusiyaya əlavə problemlər yaratmaqdan başqa heç bir faydası olmayan Ermənistan ucbatından Azərbaycan-Türkiyə İttifaqı ilə sərfəli tərəfdaşlıq münasibətlərini korlamaq istəməz.

Digər tərəfdən, Ukrayna savaşının dünyada yaratdığı situasiya, Rusiyaya qarşı sanksiyaların Avropa Birliyi məkanında yaratdığı enerji böhranı da Azərbaycan Prezidentinin əlini maksimum səviyyədə gücləndirən önəmli faktirdur. Çünki, hazırda Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyində əvəzolunmaz tərəfdaş statusuna da sahiblənib. Ona görə də, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarının şərtlərini və müzakirə mövzularını diqtə edən tərəf olacağı qətiyyən şübhə doğurmur.

Onu da nəzərə almaq lazımdır ki, 44 günlük II Qarabağ savaşındakı tarixi qələbə ilə yanaşı, Azərbaycan ordusunun "Qisas" antiterror əməliyyatının son nəticələri də Prezident İlham Əliyevə önəmli hərbi-siyasi üstünlüklər qazandırıb. Yəni, Azərbaycan ordusunun "dəmir yumruq" zərbəsinin təsiri altında olan Ermənistan baş naziri Nikol Paşinyan istənilən halda, Prezident İlham Əliyevin sülh danışıqları masası arxasındakı güclü mövqeyi qarşısında aciz durumdadır. Və erməni baş nazirin Azərbaycan liderinin diqtə etdiyi bütün şərtləri qəbul etmək məcburiyyətində olduğu qətiyyən şübhə doğurmur.

Bu baxımdan, Azərbaycan qarşısında təklənmiş, xarici müttəfiqlərini və himayədarlarını itirmiş Ermənistanın Brüssel görüşündən növbəti siyasi-diplomatik məğlubiyyətlə ayrılacağını elə indidən ehtimal etmək olar. Yəqin ki, bu görüşdən sonra Cənubi Qafqazda sülh prosesinə yönəlik addımlar daha da intensivləşə bilər. Hər halda, rəsmi İrəvanın Azərbaycanın əsas hədəfləri ilə böyük ölçüdə uzlaşan üçtərəfli anlaşmaları icra etməli olacağını düşünmək mümkündür.

Üstəlik, Brüssel görüşündən sonra Rusiyanın Ermənistana yönəlik təzyiqlərinin daha da arta biləcəyi qətiyyən istisna deyil. İndiki situasiyaya görə rəsmi İrəvandan ciddi şəkildə narazı olan Kreml üçtərəfli görüşün Moskvada deyil, Brüsseldə keçirilməsinin əsas günahkarının məhz Ermənistan olduğunu anlayır. Və bunu rəsmi İrəvana bağışlayacağına inanmaq bir qədər çətindir.

Elə bu səbəbdən də, son vaxtlar Rusiya əleyhinə propoqandanı gücləndirən Ermənistana münasibətdə Kremlin daha sərt davrana biləcəyi qətiyyən gözlənilməz olmayacaq. Yəni, belə anlaşılır ki, güclü Azərbaycanın "dəmir yumruğu"na paralel olaraq, Rusiyanın qəzəbi ilə də baş-başa qalan zəif Ermənistanın "qara günləri" hələ irəlidədir. Və ona görə də, hesab etmək olar ki, erməni baş nazir Brüsseldə əsasən Ermənistanın gələcək taleyinə təminat almaq barədə düşünməli olacaq.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

---

28-08-2022, 13:15

Ağ Evin Paşinyana yeni məxfi mesajlarının şifrələri açılır: Kreml erməni dövlətinin ləğvinə məcbur qalıb

Siyasət

13-08-2022, 21:03

Paşinyan icra edir, erməni silahlılar ÇIXARILIR

Siyasət

23-08-2022, 14:54

Bakı İrəvana hansı YENİ TƏLƏBLƏRi irəli sürməyə hazırlaşır? - Bu dəfə Ermənistana qaçış yoxdur

Dünya

23-08-2022, 13:23

Ermənistanda “böyük partlayış” gözlənilir: İrəvan üçün ən ağır ay gəlir

Dünya

21-08-2022, 19:01

TƏCİLİ! Rusiyadan İrəvana “məğlubsuz, sürünün” MESAJI – Ermənistan xəritədən silinə BİLƏR

Siyasət

29-08-2022, 14:19

Əliyev – Paşinyan görüşünə saatlar qaldı – Sülh sazişi imzalanacaqmı? (ŞƏRH)

Siyasət

28-06-2022, 11:25

Əliyevin bəyanatları: Paşinyanın üç auditoriyaya mesajı – TƏHLİL

Siyasət

5-09-2022, 13:51

Paşinyanın Xankəndi SİRRİ: TƏXRİBAT HAZIRLAYIR? - Rusiyanın icazəsi ilə...

Siyasət

13-08-2022, 12:41

Ermənistan üçün hekayənin SONU - Xankəndinə YOL AÇILIR

Siyasət

13-08-2022, 18:25

İrəvanın “sehrli çubuğu” belə sındırıldı - Ter-Petrosyan 25 il öncə nə demişdi...

Dünya

16-07-2022, 07:40

İrəvandan Rusiyaya “sürpriz”: Berns Paşinyanla..

Siyasət

1-09-2022, 10:25

Brüssel görüşündə Azərbaycan yenə istədiyinə nail oldu - Sahil Kərimli

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
Xəbər lenti
  • Dünən, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Dünən, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Dünən, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Dünən, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Dünən, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Dünən, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Dünən, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Dünən, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Dünən, 01:21
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • 26-09-2026, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • 26-09-2026, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • 26-09-2026, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • 26-09-2026, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • 26-09-2026, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • 26-09-2026, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • 26-09-2026, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • 26-09-2026, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • 26-09-2026, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • 26-09-2026, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • 26-09-2026, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • 26-09-2026, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • 26-09-2026, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • 26-09-2026, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • 26-09-2026, 12:10
    Laçında traktor minaya düşüb
  • 26-09-2026, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • 26-09-2026, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • 26-09-2026, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • 26-09-2026, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə