• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ermənistanda “böyük partlayış” gözlənilir: İrəvan üçün ən ağır ay gəlir

Dünya

23-08-2022, 13:23

10 noyabr sənədinin icrası kapitulyant ölkənin revanş şansını həmişəlik basdıracaq; erməni nəşrindən təlaş: "Budəfəki görüşdə Əliyev məsələni çox sərt şəkildə qoyacaq..."

Ötən həftənin diqqət çəkən siyasi olaylarından biri də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Brüssel görüşü oldu. Sayca ikinci olan bu təmas barədə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar xəbər versə də, nə rəsmi Bakı, nə də rəsmi İrəvan təfərrüatı açıqlamadı. Klaar yalnız "yaxşı və əsaslı müzakirələrimiz oldu", - deyə öz twitter hesabında yazdı.

İstisna deyil ki, müzakirələr Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında növbəti Brüssel görüşü ilə bağlı olub. Hər halda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel az öncə növbəti belə bir görüşün anonsunu vermişdi. Maraqlıdır ki, bu ərəfədə Rusiya tərəfinin də Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşünü təşkil edə biləcəyi barədə məlumat yayılıb. Hətta konkret tarix də deyilir - 31 avqust.

Lakin iki ölkə rəsmiləri arasında yüksək səviyyəli təmasların harada keçirilməsindən asılı olmayaraq, fakt budur ki, Ermənistan rəhbərliyi gündəmi öz xeyrinə dəyişməyə çalışır, cığallıq edir, sülh danışıqlarına hələ də ciddi yanaşmır, danışıqları imitasiya edir. Buna sırf vaxt uzatmaq, revanş üçün fürsət qazanmaq vasitəsi kimi baxır. Bu isə ən əvvəl elə erməni tərəfinə böyük risk vəd edir. Çünki Bakı rəsmi İrəvanın siyasi hoqqabazlığının hara apardığının yaxşı fərqindədir və İrəvana "revanş lüksü" tanımaq niyyətində deyil.

Tam əksinə, Paşinyan hökumətinin sülh oyunlarından təngə gələn Azərbaycan və onun Prezidenti Moskvada və ya Brüsseldə baş tutmasından asılı olmayaraq, növbəti yüksək səviyyəli görüşdə bu dəfə məsələni mütləq sərt qoymağa hazırlaşır. Söhbət İrəvanın hər şeydən öncə 10 noyabr sənədinin yerinə yetirmədiyi bəndlərindən - erməni silahlı qüvvələrinin ərazimizdən çıxarılması və Zəngəzur dəhlizi ilə bağlı öhdəlikdən gedir.

Söz düşmüşkən, "hazırda Rusiya və Türkiyə arasında Zəngəzur dəhlizi ilə bağlı intensiv müzakirələr gedir". Bunu Türkiyənin ticarət nazirinin müavini, Gömrük Departamentinin rəisi Reza Tunu Turağay deyib. Onun sözlərinə görə, Türkiyə Azərbaycanla ticarət dövriyyəsinin həcmini 5 milyard dollardan 15 milyard dollara çatdırmağı planlaşdırır ki, bu da Zəngəzur dəhlizinin vaxtında açılmasını vacib edir. "Zəngəzur dəhlizinin açılması Türkiyəyə "Azərbaycana, oradan da Orta Asiya ölkələrinə çıxış əldə etmək, ticarət həcmini artırmaq baxımından üstünlük verəcək. Biz dəhlizin çox yaxın vaxtlarda açılacağını gözləyirik", - deyə nazir müavini bildirib.

"Hraparak" erməni nəşri isə bu xüsusda belə yazır: "Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın növbəti üçtərəfli görüşü avqustun 31-də Moskvada baş tuta bilər. Rusiya dairələrindən alınan məlumata görə, İlham Əliyev bu görüşdə Zəngəzur dəhlizi məsələni sərt şəkildə qaldıracaq. Rusiyalılar hesab edir ki, Əliyev qətiyyətlidir və Paşinyanın vədlərinə inanmaq və ona vaxtı uzatmağa imkan vermək niyyətində deyil".

"Ermənistanın hərbi revanş imkanı yoxdur. Və heç kim də ona bu imkanı verməyəcək. Di gəl, erməni xadimlər erməni cəmiyyətinin bir hissəsinə bu ümidləri sırımağa davam edir".

bakunews.az milli.az-a istinadən bildirir ki, "Yeni Müsavat"ın məlumatına görə, bunu da rusiyalı politoloq Aleksandr Perendciyev deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazdakı situasiya hər hansı revanşı istisna edir. "Gələcəkdə artıq Çin sayəsində inkişaf edən yeni qlobal iqtisadi modelə qoşulmaq məsələsi ortaya çıxacaq. Çinin "Bir kəmər, bir yol" layihəsini və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizini xatırlayın. Cənubi Qafqazdakı kommunikasiyalar bütün bu planın tərkib hissəsidir. Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli hökumət komissiyası boşuna yaradılmayıb", - deyə ekspert İrəvanı ağlını başına yığmağa və reallıqla barışmağa çağırıb.

Digər rusiyalı politoloq, daha çox ermənipərəst mövqeyi ilə tanınan Stanislav Tarasov isə erməni mətbuatına müsahibəsində gözlənilmədən "Qarabağ Azərbaycandır" deyib (Axar.az).

"Bakı Qarabağ ermənilərinin taleyini yalnız özü həll edir. Bunun üçün Bakıya nə Minsk Qrupu, nə də İrəvan lazımdır. Çünki Qarabağ Azərbaycan ərazisidir! Bütün Dağlıq Qarabağ Azərbaycandır! Rus sülhməramlılar da Azərbaycan ərazisində müvəqqəti yerləşdirilib. Bir də deyirəm ki, Qarabağ ermənilərinin taleyi yalnız Bakının əlindədir", - Tarasov qeyd edib.

Öz növbəsində erməni rejissor və ictimai xadim Ohanes Qalstyan hesab edir ki, sentyabr ayı Ermənistan dövləti və ümumilikdə erməni xalqı üçün kulminasiya ayı olacaq.

Fikrini o, belə izah edib: "Ən ciddi proseslər məhz bu ay baş verəcək. Bu proseslərdən dərhal sonra Azərbaycan, türk maşınları İrəvan küçələrində şütüyəcək, Xankəndiyə nəzarət Bakıya keçəcək və bundan nəinki Azərbaycan xalqı, hətta Qarabağda yaşayan ermənilər də sevinəcək. Onlar aclıq, səfalət, işsizlikdən çıxıb işıqlı, gözəl həyata qədəm qoyacaq. Ermənistan hakimiyyətinin onlara verə bilmədiyini Bakı verəcək".

Qalstyana görə, İrəvanın ticarət mərkəzindəki partlayış ümumilikdə Ermənistanda sentyabrda olacaq böyük "partlayışın" kiçik modelidir. "Biz hazırda bomba üzərində oturmuşuq. Ermənistanın qorxulu yuxusu çox davam edə bilməz, yaxın vaxtlarda biz yeni fazaya qədəm qoyacağıq. Orada necə olacağı isə özümüzdən asılıdır", - deyə o fikrini tamamlayıb.

***

Demək, hər şey yenə məhz ermənilərin özündən, onların seçimindən asılı olacaq. Yəqin ki, tarix onlara bir də belə şans tanımayacaq...

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

19-08-2022, 21:20

Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Siyasət

25-08-2022, 12:37

Bu tarixdə İlham Əliyev və Paşinyanın görüşü gözlənilir

Siyasət

16-07-2022, 07:48

" Azərbaycanın qərarını dəstəkləyirik" - . Toivo Klaar

Siyasət

23-08-2022, 14:54

Bakı İrəvana hansı YENİ TƏLƏBLƏRi irəli sürməyə hazırlaşır? - Bu dəfə Ermənistana qaçış yoxdur

Siyasət

29-08-2022, 14:19

Əliyev – Paşinyan görüşünə saatlar qaldı – Sülh sazişi imzalanacaqmı? (ŞƏRH)

Dünya

15-07-2022, 15:59

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb

Siyasət

25-08-2022, 20:31

Əliyev diqtə, Paşinyan icra edəcək: Putin İrəvana “Brüssel zərbəsi”ni bağışlamaz

Siyasət

9-09-2022, 16:25

Bakının 5 erməni hərbçini qaytarmasına Mişeldən reaksiya

Siyasət

6-08-2022, 13:26

Aİ Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün səylərini davam etdirəcək

Siyasət

27-08-2022, 12:34

Brüssel görüşündə müzakirə olunacaq məsələlər açıqlandı

Siyasət

13-07-2022, 19:08

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Siyasət

6-08-2022, 12:35

Şarl Mişel İlham Əliyevə zəng etdi

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
Xəbər lenti
  • Bu gün, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Bu gün, 01:21
    Azərbaycanda Anım Günüdür
  • Dünən, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • Dünən, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • Dünən, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • Dünən, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • Dünən, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • Dünən, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • Dünən, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • Dünən, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • Dünən, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • Dünən, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • Dünən, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • Dünən, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • Dünən, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • Dünən, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • Dünən, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • Dünən, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • Dünən, 12:10
    Laçında traktor minaya düşüb
  • Dünən, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • Dünən, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • Dünən, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • Dünən, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
  • Dünən, 10:29
    Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb
  • Dünən, 10:09
    İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"
  • Dünən, 09:51
    Ramin Qasımov Sumqayıt Tibb Mərkəzində nə kimi qanunsuzluqlara yol verir
  • Dünən, 09:23
    İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir
  • Dünən, 09:17
    “Referans”ın həkimləri qızımı öldürdü – 19 yaşlı Fidanın atasından ağır ittihamlar
  • Dünən, 08:54
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib
  • 25-09-2026, 19:00
    Azərbaycan–Gürcüstan münasibətlərində parlamentlərarası əlaqələrin rolu müzakirə olunub
  • 25-09-2026, 18:30
    TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub
  • 25-09-2026, 18:18
    Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 50 mənzil verilib
  • 25-09-2026, 18:11
    Ramiz Mehdiyevin kürəkəni və sabiq icra başçısının şərik olduğu obyektlər satışa çıxarılıb - TƏFƏRRÜAT
  • 25-09-2026, 17:57
    Daşkənddə TBNM-in inkişafına dair konfrans keçiriləcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə