Sizin reklam burada 728×90
Son dəqiqə

HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb

15.11.2026 15:00 313 1 dəq oxunur
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb.

Bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb.

Qeyd olunub ki, Əbu Yunis sentyabrın 15-də əvvəlki briqada komandiri Nail Əbu Ubeydin öldürülməsindən sonra təxminən iki ay əvvəl bu vəzifəyə təyin olunub.

Belə ki, Əbu Yunis bundan əvvəl briqadada komandir müavini və "Təl əs-Sultan" batalyonunun komandiri də daxil olmaqla, bir sıra vəzifələrdə çalışıb və HƏMAS-ın ali rəhbərliyində əsas fiqurlardan biri olub.

İsrail ordusunun bəyanatına görə, Əbu Yunis bu vəzifədə olduğu müddətdə İsrail sakinlərinə və SAXAL hərbçilərinə qarşı terror hücumlarının hazırlanması və həyata keçirilməsi barədə göstərişlər verib. Bundan başqa, o, müharibə zamanı ciddi zərər görmüş "Rəfah" briqadasının və bütövlükdə HƏMAS təşkilatının döyüş qabiliyyətinin bərpası ilə məşğul olub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az