• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İsrailin Dohada HƏMAS əməliyyatı – istifadə müddəti bitən hərəkat - ŞƏRH

Siyasət

10-09-2025, 15:57

İsrail Qətərin paytaxtı Dohaya bir neçə zərbə endirib. Belə ki, ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəs təklifini müzakirə edərkən HƏMAS qruplaşmasının iqamətgahına hücum olub. Həmin qərargahda qruplaşmanın xaricdəki qanadının lideri Xalid Məşaal, hərəkatın Qəzza zolağındakı başçısı Xəlil əl-Hayyə, təşkilatın İordan çayının Qərb sahilindəki dəstəsinin başçısı Zahir Cabar, HƏMAS şurasının başçısı Məhəmməd Dərviş də olub. Məlumata görə, həmlə nəticəsində Xalid Məşaal, Xəlil əl-Hayyənin oğlu Humam ölüb.

Yenixeber.org: Məlumata görə, Xəlil əl-Hayyə sağ qalıb, onun ən yaxın köməkçilərindən biri və ehtimal ki, üç mühafizəçisi həlak olub. HƏMAS-ın siyasi bürosunun üzvü Süheyl əl-Hindi bildirib ki, İsrail zərbəsinin hədəfi olan HƏMAS liderləri sağdır.

Hərəkat rəhbərlərinin həlak olması ilə bağlı hələ ki heç bir bəyanat verilməyib.

Məlumdur ki, bu hücumun hədəfi HƏMAS rəhbərliyi olub. İsrail Müdafiə Ordusu da hücumu belə əsaslandırıb. Qətər isə hadisəni beynəlxalq hüququn pozulması adlandırıb.

İsrail tarixində ilk dəfə Qətər ərazisinə zərbə endirib. Əməliyyat İsrailin təhlükəsizlik və əks-kəşfiyyat xidməti olan ŞABAK ilə birgə keçirilib.

Xidmətin hadisə ilə bağlı yaydığı məlumatda bildirilib: "Zərbədən əvvəl yüksək dəqiqlikli silahlardan və əlavə kəşfiyyat məlumatlarından istifadə edilməklə mülki əhali arasında zərəri minimuma endirmək üçün tədbirlər görülüb".

İsrailin Dohada HƏMAS əməliyyatı – istifadə müddəti bitən hərəkat - ŞƏRH

İsrailin Baş naziri Binyamin Netanyahu Dohaya zərbəni təsdiqləyərkən onu rəsmi Təl-Əvivin keçirdiyi "müstəqil əməliyyat" adlandırıb: "HƏMAS terror təşkilatının rəhbərlərinə qarşı bu gün görülən tədbirlər tamamilə İsrailin müstəqil əməliyyatı idi. İsrail onu başlatdı, İsrail onu həyata keçirdi və İsrail tam məsuliyyəti öz üzərinə götürür".

Xəbərlərə əsasən, İsrail həm Qətər hakimiyyətini, həm də ABŞ-ni zərbə barədə məlumatlandırıb. İsrailin "12-ci kanal"ının yaydığı informasiyaya əsasən, ABŞ Prezidenti Donald Tramp əməliyyatın keçirilməsinə "yaşıl işıq" verib. Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi isə ölkənin əvvəlcədən xəbərdar edilmədiyini bildirib.

Donald Tramp öz "Truth Social" sosial şəbəkəsindəki post vasitəsilə deyib ki, HƏMAS rəhbərliyinə Dohada zərbə endirmək qərarını İsrail müstəqil şəkildə qəbul edib. O, bu barədə hərbçilərindən öyrəndiyini bildirib: "Bu qərar Baş nazir Netanyahu tərəfindən qəbul edilib, mənim qərarım deyildi".

İsrailin Baş naziri Netanyahu və müdafiə naziri Katz yaydıqları birgə bəyanatda Dohada keçirdikləri əməliyyatı sentyabrın 8-də HƏMAS-ın Qüdsə etdiyi hücuma cavab adlandırıblar. Həmin hücum nəticəsində İsrail Müdafiə Ordusunun hərbçiləri ilə yanaşı, dinc sakinlər də ölmüşdü.

Qeyd olunur ki, terror aktından dərhal sonra Netanyahu güc strukturlarına HƏMAS liderlərinin mümkün məhv edilməsinə hazırlaşmağı tapşırıb. Qərar təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə məsləhətləşmələrdən sonra və müdafiə nazirinin tam dəstəyi ilə qəbul edilib: "Bu hərəkətlər tamamilə əsaslıdır. HƏMAS rəhbərliyi oktyabrın 7-də törədilən qırğına və davam edən terror aktlarına, o cümlədən Qüdsdəki dünənki hücuma birbaşa məsuliyyət daşıyır".


HƏMAS da sentyabrın 8-də Qüdsdəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, Qətər son 20 ildə müxtəlif ziddiyyətli məsələlərin, münaqişələrin həlli üzrə müzakirələrə etibarlı ev sahibliyi edib. "Taliban" hərəkatı ilə Əfqanıstanın qanuni hökuməti arasında keçirilmiş görüşləri buna örnək göstərmək olar. O, həm də ABŞ-nin Yaxın Şərqdə ən yaxın müttəfiqi sayılır. Bununla belə, Qətər on ildən artıqdır ki, HƏMAS-ın siyasi rəhbərliyinə sığınacaq verir və Vaşinqtonla birlikdə Qəzzadakı müharibənin sülh yolu ilə həllində vasitəçilik edir.

Bu ərəb ölkəsi həm də ABŞ ilə hərbi sahədə əməkdaşlığa üstünlük verir. 2025-ci il mayın 15-də Donald Trampın regiona səfəri zamanı tərəflər arasında 1,2 trilyon dollar həcmində saziş imzalanıb. Bu razılaşma iqtisadi, hərbi texnika, təhlükəsizlik kimi məsələləri əhatə edir. Məsələn, Qətər ABŞ şirkəti "General Atomics"dən iki milyard dollar dəyərində səkkiz uzun uçuş müddətli "MQ-9B" PUA-sı alacaq, həmçinin Amerika korporasiyası "Raytheon"dan bir milyard dollar dəyərində dronlarla mübarizə vasitələri əldə edəcək.


ABŞ ilə Qətər hərbi sahədə münasibətlər və 38 milyard dollardan çox potensial investisiyalar barədə razılığa gəliblər. Qeyd olunur ki, bu vəsaitin bir hissəsi Qətər ərazisində yerləşən, Yaxın Şərqdə ABŞ-nin ən böyük hərbi-hava bazası olan Əl-Udeyd üçün ayrılacaq.

Qətərlə ABŞ arasındakı münasibət heç indiki kimi anlaşılan olmayıb.

Hələ 2017-ci ildə ABŞ Prezidenti Donald Tramp administrasiyası Qətəri terrorizmi dəstəkləməkdə, həmçinin terror qruplarına fidyə ödəməkdə ittiham edirdi. Qətər isə bu ittihamları rədd edərək onları qonşularının xarici siyasətini diktə etmək cəhdi saydığını bildirmişdi. Prezident Tramp isə Qətəri "terrorizmin yüksək səviyyədə sponsoru" adlandırırdı.

Onda Qətər blokadaya alınmışdı. Həmin ilin iyun ayının əvvəlində Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir daxil olmaqla bir neçə ölkə Qətərlə diplomatik əlaqələri kəsdiklərini açıqlayaraq onu terror təşkilatlarını dəstəkləməkdə ittiham edirdilər. Bir müddət sonra Qətər ABŞ ilə ümumi məbləği 12 milyard dollar olan F-15 reaktiv qırıcı təyyarələrinin tədarükü haqqında saziş imzaladı. Bunun ardınca tərəflər arasında münasibət normallaşdı.

Hazırda ABŞ Qətəri terrorizmi dəstəkləməkdə ittiham etsə də, tərəflər arasında strateji tərəfdaşlığın qorunması və iqtisadi sazişlərin bağlanması davam edir.

Bütün hallarda İsrail ABŞ-yə Qətərdən daha yaxındır. Ona görə də Vaşinqton üçün İsrailin təhlükəsizliyi daha önəmli sayılır. Bu günlərdə Donald Tramp qruplaşmaya xəbərdarlıq edərək bildirmişdi: "Mən HƏMAS-ı razılaşmadan imtina etməyin nəticələri barədə xəbərdar etdim. Bu mənim son xəbərdarlığımdır, başqa olmayacaq!"


Tramp HƏMAS-a girov və əsirlərin hamısının dəyişdirilməsi, tərk-silah, habelə atəşkəslə bağlı təklifləri qəbul etməyə çağırmışdı. Hərəkat isə öz növbəsində fələstinli qaçqınların öz evlərinə qayıtmasının təmin edilməsini, İsrail ordusunun Qəzza zolağından çıxmasını şərt olaraq irəli sürsə də, təklifi qəbul etdiyini bildirmişdi.

ABŞ Prezidenti qeyd edib ki, İsrail müharibədə qazana bilər, ancaq o, beynəlxalq əlaqələrdə qazanmır.

Bu, həm də onun yəhudi dövləti rəhbərlərinə xəbərdarlığı sayıla bilər. Çünki HƏMAS ətrafında müharibənin uzanması bəlli səbəblərdən həm də ABŞ-nin regional və qlobal nüfuzuna problem yaradır.

İsrailin isə indiki şəraitdə başlıca hədəfi Qəzza zolağına bütövlükdə nəzarət etməkdir. Başqa sözlə, o, HƏMAS-sız bölgə istəyir. Bu baxımdan, yəhudi dövlətinin hökuməti HƏMAS-ın tərk-silah olunmasını, zolağın demilitarizasiyasını, Fələstin administrasiyasının iştirakı olmadan bölgədə idarəetmə strukturunun yaradılmasını tələb edir. Bundan başqa, HƏMAS və İsrailin təhlükəsizliyini təhdid edən silahlı qruplaşmaların, onların liderlərinin zərərsizləşdirilməsi də onun başlıca hədəfdir.

Beş il öncə ABŞ-nin İran İnqilab Keşikçiləri Qvardyasının Qüds qolunun komandanı general Qasım Süleymanin zərərsizləşdirilməsi ilə başlanmış əməliyyatı İsrail HƏMAS lideri İsmayıl Həniyə, "Hizbullah" lideri Həsən Nəsrullahın və başqalarının öldürülüməsi ilə davam etdirib.


Bu baxımdan, Qətərdəki əməliyyat da bu hədəfdən irəli gəlir. Çünki İran hakimiyyəti, Livandakı "Hizbullah" və HƏMAS kimi qruplaşmaların hədəfi İsrail dövlətini məhv etməkdir. Ona görə də indiki şəraitdə yaranmış beynəlxalq vəziyyətə uyğun olaraq İsrail əlindəki gücdən istifadə edərək təhlükəsizliyini təmin etmək, özünü məhv edilməkdən qorumaq üçün bu kimi əməliyyatlar keçirir.

Başqa tərəfdən isə İsrailin də bu kimi fəaliyyəti müddətsiz deyil. Belə ehtimal etmək olar ki, ona da elan edilməyən möhlət verilib. Ona görə də o, Qəzza zolağına nəzarəti tam ələ keçirməklə başladığı işin böyük bir hissəsini həyata keçirə bilər.

Bir sıra Avropa dövlətlərinin liderləri BMT Baş Assambleyasının 80-ci sessiyasında Fələstinin müstəqilliyini tanıyacaqlarını bildiriblər. Onlar İsraildən əməliyyatları dayandırmağı tələb ediblər. Ehtimal etmək olar ki, rəsmi Təl-Əviv regionda hərbi fəaliyyətini üstün vəziyyətdə dayandırmaq istəyir.

İsrailin əməliyyatlarının qarşısını isə ABŞ, Böyük Britaniya və Çin təhlükəsizliyinə təminat verməklə ala bilər. Bu üçlüyü bütün dövlətlər, tərəflər qəbul edirlər. Ancaq hələ ki yəhudi dövlətinin məhv edilməyəcəyinə heç kim təminat vermir. Axı HƏMAS və ona oxşar qruplaşmalar təhdidlərin görünən tərəfi, Qəzza zolağı isə təhlükəsizliyin təmini üçün düyün nöqtəsidir...(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

9-09-2025, 19:17

Dohaya hücumda HƏMAS lideri öldürülüb? - Yenilənib

Dünya

26-03-2025, 10:08

“HƏMAS” Qəzzada müharibənin bitməsini istəyir

Dünya

19-10-2023, 21:08

HƏMAS Siyasi Bürosunun ilk qadın üzvü İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölüb - VİDEO

Dünya

21-11-2023, 14:11

HƏMAS: “Atəşkəs imzalamağa yaxınıq”

Dünya

16-11-2023, 22:16

İsrail ordusu İordan çayının qərb sahilində 33 fələstinlini saxlayıb

Dünya

31-07-2024, 08:41

“HƏMAS” lideri İsmayıl Haniyə Tehranda öldürülüb

Dünya

10-02-2025, 18:31

HƏMAS: Qəzza üzrə sazişin ikinci mərhələsi ilə bağlı danışıqlar hələ başlamayıb

Dünya

10-10-2023, 10:50

İsrail ordusu HƏMAS-ın sıradan çıxarılan hədəflərinin sayını açıqlayıb

Dünya

3-05-2024, 20:33

İsrail HƏMAS-a bir həftə vaxt verdi

İdman

17-10-2023, 22:45

HƏMAS-ın maliyyələşdiyi banka hücum edildi

Dünya

6-11-2023, 21:58

İsrail ordusu HƏMAS-ın batalyon komandirlərini məhv etdi

Dünya

11-12-2023, 09:45

İsrail ordusu HƏMAS-ın yeni komandirini məhv etdi

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Dünən, 16:09
53 yaşlı qadın göldə boğuldu
28-06-2026, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
Xəbər lenti
  • Bu gün, 01:24
    2 İyul – Dövlətçiliyin keşikçisi, xalqın təhlükəsizlik qalası: Azərbaycan Polisi
  • Dünən, 20:09
    İlham Əliyev: Bizim üçün sülh artıq reallıqdır
  • Dünən, 18:00
    “AnewZ” Fransanın Afrikadakı təsirinin azalmasına dair film hazırlayıb - Video
  • Dünən, 17:30
    Bakıda musiqiçini maşın vurub öldürdü
  • Dünən, 17:08
    Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
  • Dünən, 16:58
    Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib
  • Dünən, 16:53
    Anar Əliyevin “qənaəti“ - Şöbə müdirinin müavininə də stol və paltar dolabı alır
  • Dünən, 16:24
    DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
  • Dünən, 16:09
    53 yaşlı qadın göldə boğuldu
  • Dünən, 15:44
    Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
  • Dünən, 15:28
    Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə ofis icarəyə verib - 1 milyon manatlıq
  • Dünən, 15:10
    Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
  • Dünən, 14:59
    Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? - RƏQƏMLƏR
  • Dünən, 14:40
    Çap və onlayn mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb - ƏLAVƏ OLUNUB
  • Dünən, 14:31
    Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
  • Dünən, 14:12
    Sabah 35 dərəcə isti olacaq
  • Dünən, 14:06
    İcra başçısı niyə şəhid anasını dinləmək istəmir?
  • Dünən, 12:16
    Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib
  • Dünən, 12:02
    Tikinti şirkətləri çıxarışı olmayan evləri vətəndaşların razılığı olmadan sökə bilərlər? – AÇIQLAMA
  • Dünən, 11:50
    İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib
  • Dünən, 11:31
    QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Gülnarə Vəlixanlını nə birləşdirir? - …xeyli məbləğdə vəsait toplanıb
  • Dünən, 11:08
    Ukrayna Penzaya zərbə endirib, zavodlardan birinin ərazisində yanğın baş verib
  • Dünən, 11:01
    Xaçmaz təhsilində OYUNBAZLIQ... - İTTİHAM VAR...
  • Dünən, 10:21
    Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib
  • Dünən, 10:15
    Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR
  • Dünən, 09:55
    "Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
  • Dünən, 09:48
    Vüqar Novruzov çayxanaya getdi, sakinlər kostyumda gəldilər – VİDEO
  • Dünən, 09:33
    Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib
  • Dünən, 09:22
    NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ...
  • Dünən, 08:59
    Azərbaycan - İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür
  • 30-06-2026, 18:58
    Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib
  • 30-06-2026, 18:46
    Pakistanda tədris mərkəzinin damı çöküb, azı 7 uşaq ölüb
  • 30-06-2026, 18:35
    Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir
  • 30-06-2026, 18:24
    Serialdan sonra sevgili oldular
  • 30-06-2026, 18:11
    İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə