Sizin reklam burada 728×90
Son dəqiqə

Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO

24.09.2026 18:08 123 1 dəq oxunur
Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirlib.

Məlumata görə, "Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

"Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik", DİN-in məlumatında deyilir.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az