• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan-Çin dostluğu qədim tarixə söykənir

Siyasət

1-08-2023, 10:46

Azərbaycanın xarici siyasətində dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə olan əlaqələri müstəsnadır. Regionda, dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını birmənalı şəkildə göstərmiş olur. Azərbaycan-Çin əlaqələri dövlətimizin xarici siyasətində xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Çin ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. İki ölkə arasında ticarət, iqtisadi, diplomatik, siyasi, hərbi, humanitar və mədəni əməkdaşlıq inkişaf edir.
Cari ilin 22 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “China Global Television Network” televiziya kanalında yayımlanan Çinin “China Media Group” media korporasiyasına müsahibəsində Azərbaycan və Çin arasında dosluq və əməkdaşlıq əlaqələrinin inkişafına, ökləmizdə gedən bir çox prosseslərə, xarici və daxili siyasət, idman, nəqliyyat, və digər məsələlərə toxundu.
Televiziya müxbirinin suallarını cavablandıran ölkə başçısı qeyd edib ki, bu gün iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev Çinlə əlaqələrin dərinləşməsinə böyük önəm verirdi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Çinin rəsmi şəxsləri ilə çoxsaylı görüşlər keçirib.
Azərbaycan-Çin münasibətlərinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin bu münasibətlərin inkişafında maraqlı olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, onun xarici siyasət prioritetlərindən biri də Çinlə ikitərəfli münasibətlər qurmaq idi: “Xatırlayıram ki, o, Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü – bunlar təxminən 30 il öncə baş vermişdi.”
Prezident İlham Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.
Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə diqqət çəkərək vurğulayıb ki, Heydər Əliyev hər zaman çalışırdı ki, cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin. 1990-cı ilin 20 yanvarında sovet ordusu Azərbaycana hücum edərkən, Ulu Öndər Heydər Əliyev həmin qanlı hücuma qarşı etiraz səsini ucaldan və bu hadisəni pisləyən yeganə şəxs idi.
Ulu Öndər Heydər Əliyev üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi. Ulu Öndər sovet hökumətinin anti-Azərbaycan mövqeyi səbəbindən kommunist partiyasını tərk etdi. Bunun özü də çox cəsarətli addım idi, çünki sovet hökuməti və sistemi hələ də çox güclü və qəddar idi.
“Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür” – deyən dövlətimizin başçısı əlavə edib ki, iqtisadi əməkdaşlıq məsələlərində də mövqelərimiz üst-üstə düşür.
Ötən 30 ildə iki ölkə arasında əməkdaşlıqda yekdil siyasətin olması çox vacibdir. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayıb. Azərbaycan Cənubi Qafqaz regionunda çox önəmli bir ölkədir. Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Dövlətimizin başçısı müsahibəsində deyib:“Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi. İndi sadəcə, texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq. Gəmiqayırma zavodunun genişləndirilməyi nəzərdə tutulur, ildə 6-8 deyil, 10-20 gəmi inşa ediləcək”.
Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin də istifadəyə veriləcəyini vurğulayıb: “Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb”.
Şübhəsiz ki, Zəngəzur dəhlizinin işə salınması regional və beynəlxalq ticarət əlaqələrində yeni mərhələ olacaq. Zəngəzur dəhlizinin işə salınması Cənubi Qafqazda yeni reallıqlar və əməkdaşlıq imkanlarını müəyyən edəcək.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

27-03-2023, 21:23

Fidan Hüseynova: "Əlaqələrin tarixi daha qədimdir"

Cəmiyyət

14-04-2023, 20:46

Fidan Hüseynova: "Əməkdaşlığın inkişaf etdirilməsinin uğurlu davamı"

Cəmiyyət

6-06-2023, 22:19

Dostluq və qarşılıqlı dəstək tariximiz - Fidan Hüseynova

Siyasət

8-02-2023, 19:33

Azərbaycan – Rumıniya əlaqələri tarixi və strateji əhəmiyyətə malikdir

Siyasət

10-08-2022, 13:31

Azərbaycanla Əlcəzair arasında iqtisadi sahədə böyük potensial var - Nazir

Siyasət

25-08-2022, 18:27

KİV: “Qazaxıstan Prezidentinin Azərbaycana səfəri əlaqələrə yeni təkan verəcək”

Siyasət

8-04-2023, 01:51

Sevinc Fətəliyeva: Tacikistanla imzalanmış sənədlər qarşılıqlı münasibətləri daha da gücləndirəcək

İqtisadiyyat

18-04-2023, 21:06

Azərbaycan-İsrail əlaqələri genişlənir - FOTO

Cəmiyyət

25-04-2023, 00:42

Rusiya Azərbaycan dostluq münasibətləri hansı həddədir?

Siyasət

1-09-2022, 10:50

Romaya aparan yollar: Ortaqlıq və dostluqdan qazanan İtaliya və Azərbaycan

Siyasət

24-08-2022, 18:33

Türkdilli dövlətlər arasında əlaqələrin inkişafında Azərbaycanın rolu - ŞƏRH

Siyasət

26-07-2022, 00:20

Ceyhun Bayramov Misir rəsmisi ilə görüşdü - FOTO

Araşdırma
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Hadisə
Dünən, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
Dünən, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
Xəbər lenti
  • Bu gün, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • Bu gün, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • Bu gün, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
  • Bu gün, 12:00
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • Bu gün, 11:00
    Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
  • Bu gün, 10:30
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • Bu gün, 10:00
    NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
  • Dünən, 18:26
    İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
  • Dünən, 18:12
    Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
  • Dünən, 17:36
    Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
  • Dünən, 17:18
    23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH
  • Dünən, 15:40
    Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM
  • Dünən, 15:11
    SOCAR Tech-də yeni direktor təyin olundu - FOTO
  • Dünən, 14:37
    İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb
  • Dünən, 13:25
    17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
  • Dünən, 13:24
    Nazpəri Dostəliyeva 20 il sonra ilk dəfə bunu etdi
  • Dünən, 13:22
    Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
  • Dünən, 13:22
    Türkiyə İran Bankı Mellatın lisenziyasını ləğv edib
  • Dünən, 13:20
    Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adladı
  • Dünən, 13:18
    Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
  • Dünən, 13:14
    Attestasiya işində hüquqşünasın mühüm uğuru
  • Dünən, 12:47
    Bazar günü arabir yağış yağacaq
  • Dünən, 12:29
    İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur
  • Dünən, 11:55
    XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
  • Dünən, 10:19
    Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
  • Dünən, 09:47
    Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?
  • Dünən, 09:22
    Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir
  • Dünən, 09:01
    "№1 Çörək Zavodu"nun sahibi dövlətə külli miqdarda BORCLANDI - FOTOFAKT
  • Dünən, 08:47
    WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır
  • 18-09-2026, 19:00
    Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
  • 18-09-2026, 18:30
    Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
  • 18-09-2026, 18:00
    Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləcək
  • 18-09-2026, 17:49
    Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
  • 18-09-2026, 17:40
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • 18-09-2026, 17:38
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə