• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Romaya aparan yollar: Ortaqlıq və dostluqdan qazanan İtaliya və Azərbaycan

Siyasət

1-09-2022, 10:50

Azərbaycan dövlətinin başçısı İlham Əliyev İtaliyaya işgüzar səfərə yola düşüb. Səfər İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi dəvəti əsasında baş tutur və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Yəqin ki, səfərin tarixi bilə-bilə bu cür seçilib. Çünki bu, əlamətdar tarixdir.


İtaliya dedikdə gözümüzün qarşısına üç tərəfdən dənizlərlə əhatə olunmuş, xəritədə uzunsov görünən bir yer, dünyaca məşhur muzeyləri, moda mərkəzləri, lüks avtmobillər istehsal edən konsernləri, futbol klubları, maraqlı kino əsərləri, əsrarəngiz musiqisi, vazkeçilməz pizza və spagetti çeşidləri olan bir ölkə gəlir. Apennin yarımadasında yerləşən, "Böyük yeddilik" (G-7) ölkələrindən biri olan İtaliya iqtisadiyyatına, sənaye potensialına görə dünyanın ən qüdrətli dövlətlərindən biridir.

Azərbaycan nümayəndə heyəti bu gözəl ölkəyə "Buon giorno, Italia" ("Sabahın xeyir, İtaliya") deyəcək və səfər başlayacaq.

bakunews.az yeni müsavat-a istinadən bildirir ki, İtaliyaya səfərin məqsədi Prezident İ.Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlığı dərinləşdirmək, o zaman qəbul olunmuş birgə bəyannamədə nəzərdə tutulan aktual məsələlərin müzakirəsi, əməkdaşlığın daha da genişləndirilməsidir. Eləcə də görüşlərdə bundan sonra atılacaq addımlar müəyyən ediləcək.

Proqramı zəngin səfər

Görüşlərin isə çox olacağı gözlənilir. Başqa sözlə, səfər proqramı zəngin olacaq. Dövlət başçımızın İtaliya Prezidenti Sercio Mattarella və İtaliyanın baş nazir Mario Draqi ilə geniş tərkibdə görüşləri nəzərdə tutulur.

Bir sıra Avropa ölkələrindən fərqli olaraq İtaliya və Azərbaycan arasında ikitərəfli münasibətlər heç zaman daşlı-kəsəkli olmayıb. Ölkələrimiz arasında siyasi planda gərginlik yaşanmayıb və ikitərəfli əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. Daima praqmatizmə üstünlük verən İtaliya rəhbərliəri ticarəri siyasətə qarışdırmamaqla rəhbərlik etdikləri dövlətin mənafeyini gözləyiblər.

Ona görə də İtaliyanın Avropa İttifaqının üzvü olan ölkələr arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşı olması təsadüfi deyil. Bəzi başqa dövlətlər Azərbaycana qarşı qərəzli, məkrli siyasət yeridəndə İtaliya onlara qoşulmayıb, ikitərəfli müstəvidə ölkəmizin strateji tərəfdaşı olub, çoxtərəfli müstəvidə də Azərbaycanla sıx əməkdaşlıq edib. Ayrıca İtaliya Azərbaycanın Aİı və NATO ilə əməkdaşlığının güclənməsinə kömək edib.

İtalyan siyasilər Siciliya və Xaribda arasında qalsalar da...

Məllum olduğu kimi, hərbi-siyasi problemlərdən dolayı bir çox Avropa ölkələrindən yan keçməyən iqtisadi böhran bir müddət əvvəl İtaliyada da daxili siyasi durumu gərginləşdirib. Qanunvericilik məsələləri ilə əlaqədar partiyalar arasında razılığa nail ola bilməyən baş nazir Mario Draqi istefa verdiyini bəyan edib və hökumət kabineti vaxtından əvvəl səlahiyyətlərini başa çatdırıb. Bununla belə, Draqinin hökumət kabineti bu ayın 25-də İtaliyada keçiriləcək növbədənkənar parlament seçkilərinə qədər fəaliyyətini davam etdiəcək, ancaq onun səlahiyyəti çərmivəsi artıq müəyyən qədər dardır. Draqi hökuməti müvəqqəti hökumət sayılır və ənənəyə görə, bu dövrdə hökumət üzvləri xarici səfərlərə getmirlər, eləcə də xarici rəsmi heyətlərlə görüş keçirmir, daxili və xarici siyasət məsələləri üzrə qərarlar qəbul etmirlər.

Ancaq Azərbaycan Prezidenti ilə görüşlərin nəzərdə tutulması istisna təşkil edib və bu, italiyalı siyasətçilərin həm ölkəmizə, həm də onun liderinə ehtiramının göstəricisidir. Belə anlaşılır ki, İtaliya liderləri ölkəmizlə strateji əlaqələrə böyük önəm verirlər və Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin İtaliya üçün faydalı, bu dövlətin milli maraqlarına uyğun sayırlar. Bu, məşhur ifadə ilə desək, Siciliya və Xaribda arasında qalan italyan siyasilərin Azərbaycan rəhbərliyinə lütfkar jestidir.

6 səfərin məhsulu - 28 sənəd, strateji tərəfdaşlıq

Prezident vəzifəsində çalışdığı illərdə İlham Əliyev İtaliyaya 6 dəfə səfər edib, bu 7-cidir. Bundan əvvəlki səfərlərin ən önəmlisi 2020-ci ilin fevralında (19-21) baş tutan dövlət səfəri sayılı. Həmin səfər zamanı iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb. Bu sənədlər bir çox sahələri əhatə edib - siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman, qida təhlükəsizliyidən tutmuş, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələrinə qədər.

Bunların arasında Prezident İlham Əliyev və İtalyanın o vaxtkı baş naziri Cüzeppe Konte tərəfindən imzalanan "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" adlı sənəd müstəsna əhəmiyyət daşıyır.

Həmin sənədin imzalanmasından sonra iki ölkənin münasibətlər yeni mərhələyə keçib, tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul ediblər, bunu bütün istiqamətlərdə daha da gücləndirmək əzmi nümayiş etdiriblər. Bu, Azərbaycanın G-7 üzvü olan ölkə ilə imzaladığı ilk belə sənəd olub.

2022-ci il aprelin 2-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici di Mayonun Bakıya səfəri zamanı Azərbaycan və İtaliya arasında Strateji Dialoqun birinci iclası keçirilib və görüşün nəticəsi olaraq protokol imzalanıb.

Adi alış-veriş deyil, arada milyardlar var

Azərbaycanla İtaliya arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu ölkə Azərbaycanın ən önəmli ticarət və ixracat tərəfdaşlarından biridir. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi yenidən öz pik nöqtəsinə çatıb və qlobal pandemiyadan əvvəlki dövrün göstəricilərini təkrarlayaraq, 9 milyard ABŞ dolları olub. 2022-ci ilin 8 ayı ərzində isə artıq 2021-ci ilin göstəricisi də arxada qalıb, hazırda iki dövlət 11 milyard dollarlıq ticarət dövriyyəsinə malikdir və bu, çox mühüm göstəricidir. Həm də ona görə ki, İtaliya digər Cənubi Qafqaz ölkələri ilə bu cür ticarət dövriyyəsinə malik deyil. Ümumiyyətlə, İtaliyanın regionda apardığı ticarətin 90%-dən çoxu ölkəmizin payına düşür.

Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutur. Rusiya-Ukrayna müharibəsinin Avropaya yaşatdığı enerji böhranının fonunda ölkəmizin karbohidrogen resursları İtaliya üçün "xilasedici kəmər" rolunu oynayır. Bunu italiyalı siyasətçilərin intuisiyalarının göstəricisi saymaq olar ki, zamanın neytral və etibarlı tərəfdaşla əməkdaşlığa başlayıblar.

Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin artırılması ilə bağlı Avropa İttifaqı ilə əldə olunan razılaşmanın reallaşdırılması nəticəsində TAP vasitəsilə İtaliyanın qaza olan tələbatının ödənilməsi iki dəfəyə qədər artacaq.

Bəs əvəzində İtaliya bizə nə verir, iqtisadiyyatımıza necə kömək edir?

Hazırda İtaliyanın 100-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu şirkətlərin fəaliyyət spektri rəngarəngdir və sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələri əhatə edir. Bundan başqa, bir sıra şirkətlər işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərində iştirak edir, bu sahəyə maraq göstərən digər şirkətlərlə isə müzakirələr aparılır.

Dünyanın 8-ci ən böyük iqtisadiyyatı ilə "Böyük Yeddilik" ölkəsi olan İtaliyanın şirkətləri əksər sferalarda dünya üzrə ən öncül sıralardadır. 2020-ci ilin fevralında İtaliyada səfərdə olarkən Prezident İlham Əliyev italyan şirkətlərinin rəhbərləri ilə görüşüb, hər iki tərəfdən 100-ə yaxın şirkətin iştirakı ilə Romada keçirilən Azərbaycan-İtaliya biznes forumunda iştirak edib.

Bütün yollar Romaya aparır

Azərbaycan və İtaliya arasında əlaqələr təkcə ticarət səciyyəsi daşımır. Hər iki ölkə mədəniyyət və humanitar sahələrdə də əməkdaşlıq edir. İki il əvvələ qədər Heydər Əliyev Fondu tərəfindən İtaliyada layihələr həyata keçirilib və bir sıra tədbirlər təşkil olunub. Bütün bunlar mədəniyyət sahəsində əlaqələrin, təmasların inkişafına böyük töhfə verib.

Paris, Berlin və Vyanadan sonra dünyanın ən qədim şəhərlərindən biri olan Romada da Azərbaycanın Mədəniyyət Mərkəzinin açılması nəzərdə tutulur. 2020-ci ilin fevralında dövlət başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Romada həmin mərkəz üçün nəzərdə tutulan bina ilə tanış olublar.

Yuxarıda iki ölkə arasında tərəfdaşlığın çoxtərəfli xarakter daşıdığını qeyd etdik. Gerçəkdən də elədir və bu əlaqələr ali təhsil ocaqları arasında mübadilələrini nəzərdə tutur. Məlum olduğu kimi, ADA Universiteti ilə İtaliyanın Luiss Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Keçən müddət ərzində İtaliya-Azərbaycan Universitetinin konseptual və strateji sənədləri hazırlanıb, bu universitetdə kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən mexanika, elektrik və nəqliyyat mühəndisliyi, memarlıq və dizayn, sosial elmlər, innovasiya və sahibkarlıq ixtisasları tədris olunacaq.

Beyin mərkəzinin beynəlxalq forumu

Bu dəfəki səfərdə Prezident İlham Əliyevin "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən İtaliyanın Çernobbio şəhərində hər il keçirilən beynəlxalq forumda əsas qonaq kimi iştirakı da nəzərdə tutulur.

1965-ci ildən fəaliyyət göstərən "The European House - Ambrosetti" İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzidir. Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Sayca 48-ci olan bu dəfəki forumun əsas plenar iclasında Prezident İlham Əliyevin "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış edəcəyi gözlənilir.

Bir sözlə, Azərbaycan həm Asiya, həm də Avropa ölkələri ilə siyasi, iqtisadi, mədəni sferada strateji əməkdaşlığını gücləndirmək xətti götürüb. Müasir dövrdə bu, olduqca vacibdir və strateji əməkdaşlığa təkcə dini, milli birgəlik prizmasından baxmaq, yalnız müsəlman dövlətləri ilə, eləcə də türk dövlətləri ilə sıx əlaqələr qurmaq yetərli olmaz.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

4-09-2022, 12:57

Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq bundan sonra da genişlənəcək

Siyasət

2-09-2022, 18:46

Prezidentin İtaliyaya səfəri başa çatıb

Siyasət

1-09-2022, 12:45

Prezident İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli strateji tərəfdaşlığı daha da genişləndirəcək - Sevil Mikayılova

Dünya

14-07-2022, 22:26

İtaliya Prezidenti Draqinin istefasını qəbul etməyib

İqtisadiyyat

14-02-2023, 17:19

Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin inkişafı barədə müzakirə aparılıb - FOTO

Siyasət

1-09-2022, 13:10

İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin yaradılması mərasimində iştirak edib

İqtisadiyyat

13-08-2022, 22:08

Ukrayna ərzağı daşıyan gəmi İtaliyaya çatıb

İqtisadiyyat

3-09-2022, 10:33

İtaliyalı analitiklər İlham Əliyevin səfərini şərh etdilər

Siyasət

2-09-2022, 19:24

"Prezidentin Forumda iştirakı nüfuzlu lider kimi qəbul olunduğunu bir daha təsdiq edir"

Siyasət

2-09-2022, 18:31

"İlham Əliyevin beynəlxalq forumda iştirakı ölkəmizə olan böyük hörmətin nümunəsidir"

Şou-biznes

19-08-2022, 15:05

Məşhur “TikTok” bloqeri İtaliya vətəndaşlığını aldı - FOTO

Cəmiyyət

21-07-2022, 15:16

Azərbaycan və İtaliya hərbi ekspertlərinin görüşü keçirilib

Araşdırma
Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Fuad Qəhrəmanlı axtarışa verildi
Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
Hadisə
Bu gün, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
Bu gün, 12:00
Ağsuda iki evdə yanğın oldu
Bu gün, 08:45
Sumqayıtda tonqal yandırılan zaman partlayış baş verib, 11 nəfər xəsarət alıb - YENİLƏNİB
Dünən, 12:45
Gənc futbolçunun qətlinə görə keçmiş sevgilisi saxlanıldı
11-03-2026, 14:39
Salyanda baş verən yol qəzasında ölən şəxsin narkotik vasitə daşıdığı müəyyən olunub
11-03-2026, 12:37
İcra başçısı Nəsimini SOYMAĞA BAŞLAYIB... - Budaqov BUDAYIR...
Xəbər lenti
  • Bu gün, 14:00
    AYNA: Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb
  • Bu gün, 13:00
    Azərbaycanın futzal millisinin toplanışına 18 oyunçu dəvət alıb
  • Bu gün, 12:44
    “Bilur Estetik” və Gülbadə Abdullayeva: saxta həkim fəaliyyəti, yoxsa səhlənkar sistemin nəticəsi?
  • Bu gün, 12:30
    Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
  • Bu gün, 12:00
    Ağsuda iki evdə yanğın oldu
  • Bu gün, 09:24
    "Mançester Yunayted"in hədəfindəki mütəxəssis
  • Bu gün, 09:21
    Əmrullayevin bastırdığı TƏHSİL SİSTEMİ... - BELƏ DAVAM EDƏRSƏ...
  • Bu gün, 09:16
    ABB-nin xarici bankda pay almaq niyyəti müzakirələrə səbəb olub – jurnalist Həbibə Abdulla sərt reaksiya verdi
  • Bu gün, 09:06
    İranın “kölgə liderliyi” iddiaları: reallıq, ehtimal və geosiyasi siqnallar
  • Bu gün, 08:57
    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə mühüm elmi tədbir keçirilib FOTOLAR
  • Bu gün, 08:54
    İsrail Tehrana zərbələr endirdiyini açıqlayıb
  • Bu gün, 08:53
    Britaniyanın sualtı nüvə qayığı Ərəb dənizində yerləşdirilib
  • Bu gün, 08:52
    Tramp: Hörmüz boğazı 48 saat ərzində açılmasa, ABŞ İranın enerji obyektlərinə zərbə endirəcə
  • Bu gün, 08:45
    Sumqayıtda tonqal yandırılan zaman partlayış baş verib, 11 nəfər xəsarət alıb - YENİLƏNİB
  • Bu gün, 08:43
    Uçan naməlum obyektlərin sirlərini açmaq üçün: Tramp administrasiyası məlumat bazası hazırlayır
  • Bu gün, 08:40
    Ən etibarlı alman avtomobilləri - SİYAHI
  • Dünən, 12:54
    Duman olacaq, yağış yağacaq
  • Dünən, 12:45
    Gənc futbolçunun qətlinə görə keçmiş sevgilisi saxlanıldı
  • Dünən, 12:35
    Bu ölkə eynicinsli nikahları tanıyacaq
  • Dünən, 12:34
    Rusiya vertolyotlarının yeni qənimi
  • Dünən, 12:22
    Kim Çen In və qızı tank sürdü FOTOLAR
  • Dünən, 12:21
    Bəzi dindarların Novruz bayramı qorxusu: “haramdır”, “olmaz”...
  • Dünən, 11:58
    ATU-da müəllimlərdən pul yığılması iddiası: Rektorla bağlı ciddi ittihamlar səslənir
  • 19-03-2026, 12:10
    ADP AZƏRBAYCAN XALQINA TƏBRİK ÜNVANLAYIB
  • 11-03-2026, 17:29
    İlham Əliyev: Azərbaycan və Ermənistan sülhə təkcə kağız üzərində nail olmayıb, o realdır
  • 11-03-2026, 17:18
    İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq
  • 11-03-2026, 17:09
    Rəqəmsal "yaddaş aclığı": Mümkün ssenarilər və Azərbaycana təsiri - TƏHLİL
  • 11-03-2026, 16:11
    Ölkə üzrə pensiyalar tam ödənilib
  • 11-03-2026, 15:56
    İş adamı Rasim Nəbiyev Bakıdaxanovda necə qanunsuz inşa işləri gördürür? -Video
  • 11-03-2026, 15:27
    Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edib
  • 11-03-2026, 15:06
    Kürdəmir Təcili Yardımda ŞOK İDDİALAR: “Biznes şəbəkəsi”, saxtakarlıq və gizlədilən sübutlar?
  • 11-03-2026, 14:44
    KİV: Baltik və Şimal ölkələri Ukraynanı dəstəkləməyə hazırdır
  • 11-03-2026, 14:39
    Salyanda baş verən yol qəzasında ölən şəxsin narkotik vasitə daşıdığı müəyyən olunub
  • 11-03-2026, 14:14
    Məişət texnikası alarkən ən vacib qərar və gizli təhlükələr
  • 11-03-2026, 13:49
    Ailədə konfliktlər qaçılmazdır, bəs həlli? – Mediasiya müasir çıxış yolu kimi
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə