Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan və İtaliya hərbi ekspertlərinin görüşü keçirilib

21.07.2022 15:16 637 1 dəq oxunur
Azərbaycan və İtaliya hərbi ekspertlərinin görüşü keçirilib
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.

Bu barədə bakunews.az-ya report-a istinadən nazirlikdən məlumat verilib.

Görüşdə qonaqlara Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Hər iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq planına əsasən keçirilən görüşlərin səmərəliliyi qeyd olunub.

İtaliya tərəfi də öz növbəsində gələcək inkişaf perspektivlərinin müzakirəsində və mövcud qabaqcıl təcrübələrin öyrənilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az