Sizin reklam burada 728×90
Son dəqiqə

"Ayda 60 manata yaxın pul alırlar, amma normal istilik verilmir..." - NARAZILIQ VAR...

17.11.2026 17:56 105 1 dəq oxunur
"Ayda 60 manata yaxın pul alırlar, amma normal istilik verilmir..." - NARAZILIQ VAR...
Naxçıvan şəhər sakinləri deyirlər ki, istilik pulu ödəsələr də, evləri soyuq qalır. Uşaqlar üşüməsin deyə bəzi ailələr elektrik qızdırıcısı işlədir, digərləri isə qaz plitəsini uzun müddət yanılı saxlayır. Evi qaz plitəsi ilə qızdırmaq isə təhlükə yaradır.
“Gündəlik Naxçıvan”a danışan sakinlər bildirirlər ki, mərkəzi istilik zəif verildiyindən həm istilik pulu ödəyirlər, həm də qaz və işığa əlavə xərc çəkirlər.
Şəhər sakini Nüsrət Cəlilov deyir ki, evini qızdırmaq ona ikiqat xərcə başa gəlir:
“Ayda 60 manata yaxın pul alırlar, amma normal istilik verilmir. Deyirlər, qazın təzyiqi aşağıdır. Bu, bizim problemimiz deyil. Təzyiq aşağıdırsa, istilik yoxdursa, pul da yığmasınlar. Ayın sonu gələn kimi gəlib pul istəyirlər. Polislə hədələyirlər. Uşaqlar xəstələnməsin deyə, məcbur qalıb qazı yandırırıq, üstəlik elektrik plitəsi qoşuruq. Ayın sonunda ikiqat xərc çıxır və pulunu ödəyə bilmirik”.
Digər sakin Səma Babayeva isə deyir ki, şikayət edəndə onu bir idarədən o birinə yönləndirirlər:
“Gecələr ev buz kimi olur. Ya soyuqda oturmalısan, ya da əlavə elektrik peçi qoşmalısan. Mən də elektrik peçi qoşmuşam, ara-sıra qaz plitəsini də açıq saxlayıram. İstilik İdarəsi deyir ki, biz binanın daxilinə kimi cavabdehik, sonrasına JEK cavabdehdir. Yığışıb JEK-ə şikayətə getdik. Onlar da İstilik İdarəsindən şikayətlənirlər. Deyirlər ki, istilik olmayandan sonra biz nə edək?”
Xatırladaq ki, yeni qaydaya əsasən, Naxçıvanda istilik mövsümü noyabrın 1-də başlayır. Əvvəllər isə istilik noyabrın 15-dən verilirdi.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az