Sizin reklam burada 728×90
Son dəqiqə

Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edəcək

17.11.2026 10:31 97 1 dəq oxunur
Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edəcək
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev noyabrın 27-də Naxçıvanda şəhər sakinlərini qəbul edəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə bağlı tədbirlər görüləcək.

Vətəndaşlar noyabrın 17-19-da nazirliyə rəsmi qaydada (info@sosial.gov.az elektron poçt ünvanı və ya poçt vasitəsilə) müraciət edərək, yaxud "142" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar əvvəlcədən tərtib edilmiş siyahı əsasında qəbul ediləcəklər.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az