Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

24.07.2026 09:38 198 1 dəq oxunur
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 8,54 dollar və ya 8,5% bahalaşaraq 109.10 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 100.56 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az