• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq bundan sonra da genişlənəcək

Siyasət

4-09-2022, 12:57

Prezident İlham Əliyevin İtaliyaya ikigünlük işgüzar səfəri başa çatıb və bu səfəri son dərəcə uğurlu kimi qiymətləndirmək olar. Xüsusilə, dövlət başçısının keçirdiyi görüşlər, verdiyi bəyanatlar ölkəmizin beynəlxalq münasibətlər sistemindəki nüfuzunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çoxtərəfli perspektivlər açır və əməkdaşlığın yeni prioritetlərini müəyyənləşdirir. Dövlət başçısının uzaqgörən xarici siyasət strategiyası ölkəmizin etibarlı tərəfdaş kimi qiymətləndirilməsinə şərait yaradan əsas amildir.


Qeyd edək ki, səfər dövlət başçısnın italiyalı həmkarı Sercio Mattarellanın dəvəti ilə baş tutub və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümünə təsadüf edib. Prezident İlham Əliyevin İtaliyaya səfərinin əsas məqamı onun "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən hər il keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı olub. Bu il Azərbaycan Prezidenti bu mötəbər forumda iştirak edib və əsas qonaq kimi çıxış edib.

bakunews.az trend-ə istinadən bildirir ki, Azərbaycan dövlət başçısının çıxışının əsas mövzusu təbii ki, enerji təhlükəsizliyi və ölkəmizin bu istiqamətdə, xüsusən də son dövrlərdə oynadığı rol olub. Azərbaycan lideri bildirib ki, dünya bazarına enerji tədarükünü şaxələndirməklə biz Avropanın enerji xəritəsini dəyişməyə nail olmuşuq. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırmağı və tədarük coğrafiyasını genişləndirməyi planlaşdırır. Dövlət başçısının sözlərinə görə, Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Ölkə on ildən artıqdır ki, qonşu ölkələr üçün etibarlı qaz tədarükçüsüdür və Cənub Qaz Dəhlizinin son həlqəsi olan TAP kəmərinin işə düşməsindən sonra Azərbaycan Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz ixrac etməyə başlayıb. TAP-ın işə salındığı 2020-ci ilin sonundan bu günə qədər Avropa artıq 13,5 milyard kubmetr Azərbaycan qazı alıb. 2022-ci ildə Azərbaycan qaz tədarükünü artırmağı və təkcə İtaliya bazarına təxminən 10 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır.

İtaliyalı iqtisadiyyat və geosiyasət məsələləri üzrə analitik Domeniko Letitsia Trend-ə bildirib ki, Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq bundan sonra da genişlənəcək.

"Azərbaycan özünü İtaliyaya dost və sadiq ölkə kimi tanıdıb. Hazırkı çətin qlobal geosiyasi vəziyyətdə Azərbaycan təbii ehtiyatlarının tədarükü İtaliyanın enerji problemlərinin həllinə kömək edir. Hesab edirəm ki, Bakı ilə əməkdaşlıq daha da gücləndirilməlidir. Azərbaycan İtaliya və Avropa üçün təkcə etibarlı tədarükçü deyil, həm də Roma və bütün Aİ ilə yaxşı münasibətləri var. Mən Azərbaycanda dörd dəfə olmuşam və həmişə onların İtaliyaya, onun mədəniyyətinə, modasına, musiqisinə münasibətini müşahidə etmişəm. Bu cür ölkə İtaliya siyasətçilərinin və vətəndaşlarının böyük diqqətinə layiqdir", - deyə D.Letitsia bildirib.

Domeniko Letitsia qeyd edib ki, İtaliya və Azərbaycanı ciddi iqtisadi və enerji şaxələndirilməsinə başlamaq zərurəti bağlayır.

"Qaz layihələri ilə yanaşı, hidrogenlə bağlı çoxsaylı layihələr həyata keçirilə bilər. Son zamanlar İtaliya hakimiyyəti Trans-Adriatik boru xəttindən (TAP) hidrogen tədarükü üçün də istifadə imkanlarını təhlil edir, bu, enerji sahəsində əməkdaşlığı daha da gücləndirməyə imkan verəcək. Mən hesab edirəm ki, bu düzgün yoldur və göstərdiyi dəstəyə görə Bakıya təşəkkür edirəm. Azərbaycan sayəsində İtaliya iqtisadi və ekoloji dayanıqlılığa yönəlmiş innovativ enerji mərkəzinə çevrilə bilər", - deyə analitik əlavə edib.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

2-09-2022, 18:31

"İlham Əliyevin beynəlxalq forumda iştirakı ölkəmizə olan böyük hörmətin nümunəsidir"

Siyasət

2-09-2022, 19:24

"Prezidentin Forumda iştirakı nüfuzlu lider kimi qəbul olunduğunu bir daha təsdiq edir"

Siyasət

1-09-2022, 12:45

Prezident İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli strateji tərəfdaşlığı daha da genişləndirəcək - Sevil Mikayılova

Siyasət

1-09-2022, 10:50

Romaya aparan yollar: Ortaqlıq və dostluqdan qazanan İtaliya və Azərbaycan

Siyasət

27-03-2023, 21:23

Fidan Hüseynova: "Əlaqələrin tarixi daha qədimdir"

Ölkə

1-05-2023, 19:23

Enerji siyasəti ölkəmizin enerji təhlükəsizliyinin qarantıdır

Siyasət

10-08-2022, 15:25

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

Cəmiyyət

14-04-2023, 20:46

Fidan Hüseynova: "Əməkdaşlığın inkişaf etdirilməsinin uğurlu davamı"

Siyasət

2-09-2022, 18:46

Prezidentin İtaliyaya səfəri başa çatıb

Siyasət

8-04-2023, 01:51

Sevinc Fətəliyeva: Tacikistanla imzalanmış sənədlər qarşılıqlı münasibətləri daha da gücləndirəcək

İqtisadiyyat

3-09-2022, 10:33

İtaliyalı analitiklər İlham Əliyevin səfərini şərh etdilər

Siyasət

8-04-2023, 01:37

Sevinc Fətəliyeva: Yeni reallıqlar Azərbaycanın daha böyük uğurlar əldə etməsinə hədəflənib

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
Hadisə
Bu gün, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
Dünən, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
Dünən, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
Xəbər lenti
  • Bu gün, 13:19
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Bu gün, 13:10
    Şərur təhsilində ŞOK OLAY: Direktor yığdığı rüşvəti yuxarılarla BÖLÜŞMƏDİ... - BU NƏDİ BELƏ?
  • Bu gün, 12:39
    XİN rəhbəri: Azərbaycan TDT-nin daha səmərəli fəaliyyət göstərməsi istiqamətində səylərini davam etdirəcək
  • Bu gün, 12:31
    Məhkəmə Ramil Məmmədli və rəhbərlik etdiyi “Grand-Mart”ı CƏZALANDIRDI - TƏFƏRRÜAT
  • Bu gün, 12:14
    Kamran Əliyev Rusiyanın baş prokurorunu yubiley medalı ilə təltif edib
  • Bu gün, 11:55
    600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! - Dubaydan Bakıya uzanan müəmmalı hadisə
  • Bu gün, 11:24
    Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
  • Bu gün, 11:06
    Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI... - BU NƏDİ BELƏ?
  • Bu gün, 10:42
    Azərbaycanda yeni ombudsman seçiləcək
  • Bu gün, 10:34
    ""Bolmart"dan kimsə soruşmalıdır ki..." - "...niyə köhəlmiş çörəyi satırsan?"
  • Bu gün, 10:01
    Azərbaycan neftinin qiyməti 125 dolları keçib
  • Bu gün, 09:48
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir? - Keçmiş təlim-tərbiyə işləri üzrə direktor müavini...
  • Bu gün, 09:35
    Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
  • Bu gün, 09:27
    “Nə maaşımı verdilər, nə də təzminatımı...” - şirkətdənsə deyirlər ki...
  • Bu gün, 09:00
    Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
  • Dünən, 19:00
    Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
  • Dünən, 18:30
    Azərbaycanda nağdsız ödənişlər 1 % artıb
  • Dünən, 18:18
    Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
  • Dünən, 18:13
    “Azəriqaz” sahibkarın mülkiyyətini qanunsuz olaraq girov saxlayır - NARAZILIQ VAR...
  • Dünən, 18:01
    NK aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
  • Dünən, 17:55
    “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
  • Dünən, 17:28
    Çoxmədəniyyətli Azərbaycan: dialoq üçün uyğun məkan
  • Dünən, 17:00
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:45
    GƏNCƏDƏ 55 KÜÇƏDƏ ASFALT ÖRTÜYÜ YARARSIZ VƏZİYYƏTƏ DÜŞÜB — AZƏRBAYCAN AVTOMOBİL YOLLARI DÖVLƏT AGENTLİYİ AÇIQLAMA VERMƏLİDİR!
  • Dünən, 16:30
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Dünən, 16:29
    “Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
  • Dünən, 16:11
    Maştağada 20-dən çox itin saxlandığı həyətdən şikayət: Sakinlər antisanitariya və dözülməz qoxudan narazıdır
  • Dünən, 16:00
    “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın” - Aqil Babayevin ailəsindən müraciət
  • Dünən, 15:18
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Dünən, 15:10
    Lerikin İcra Hakimiyyəti “ELNUR-2” şirkəti hələ də işbirliyindədi – Hesablama Palatasının aşkarladığı pozuntulara baxmayaraq
  • Dünən, 14:50
    Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
  • Dünən, 14:39
    Elçin Yusubovun daha bir adamından şikayət var -Elxan Musayev sahibkarları incidib?
  • Dünən, 14:20
    Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
  • Dünən, 12:48
    KTN-də qalmaqallı təyinata hazırlıq - Çərkəz Şirinov rəis təyin edilir
  • Dünən, 12:36
    Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir - PROQNOZ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə