• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Rusiya Azərbaycan dostluq münasibətləri hansı həddədir?

Cəmiyyət

25-04-2023, 00:42


Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı Prezident Vladimir Putinlə imzaladığı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə iki dövlət arasında münasibətlərin daha da dərinləşməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq ruhu ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır. İkitərəfli əlaqələrin inkişaf dinamikası olduqca müsbətdir. Belə ki, 30 ilə yaxın müddətdir ki, tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır. İqtisadi, siyasi, mədəni sahələrdə əlaqələrin inkişaf səviyyəsi günü-gündən yüksəlir. Həmçinin ölkələr arasında ticarət dövriyyəsi yüksəkdir. Bu baxımdan İlham Əliyevin Prezident kimi Rusiyaya 48-ci səfəri və Müttəfiqlik sənədinin hazırlanması, eyni zamanda tərəflər arasında razılaşdırılması uzun sürən proses olduğunu göstərir.

Azərbaycanla Rusiya arasında rəsmi diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə belə bir sənədin imzalanması onu deməyə əsas verir ki, bundan sonrakı müddətdə Azərbaycan və Rusiya münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Vətən müharibəsindən sonra - 2021-ci ilin iyun ayının 15-də qardaş Türkiyə ilə müttəfiqlik münasibətləti haqqında Bəyannamənin imzalanması, bu gün isə növbəti diplomatik qələbəmiz olan Azərbaycanın milli maraqlarına xidmət edən sənədin imzalanması Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsidir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Qarşılıqlı müttəfiqlik haqqında bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Bəyannamə yetərincə genişdir. Onun 40-dan çox bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcək”.

Eyni zamanda Azərbaycanda da çoxsaylı rus icması yaşayır. Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox şagird təhsil alır. Azərbaycanda 15 mindən çox tələbə ali məktəblərdə rus dili bölmələrində oxuyur. Bunlar iki dövlət başçısı arasındakı görüş zamanı xüsusi vurğulanıb.
Ölkəmizin milli maraqlarına tam uyğun olan 43 maddəlik Moskva bəyannəməsində hər iki ölkənin müttəfiqlik fəaliyyətinin bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulması, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək və öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəliklər yer alıb. Bəyannamədə, həmçinin beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur.

Moskva Bəyannaməsində keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur.

Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir.

Azərbaycan və Rusiya prezidentləri arasında qarşılıqlı hörmətə və etimada əsaslanan dostluq münasibətləri formalaşıb.
Moskva Bəyannaməsi bu dostluğun yüksək səviyyədə olmasının bariz nümunəsidir.

2 il əvvəl Cənab Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfəri həm Rusiya-Azərbaycan arasında qarşılıqlı fəaliyyətin, həm də regional problemlərin önəmli istiqamətlərinin müzakirə edilməsi baxımından olduqca vacib oldu.

Rusiya-Azərbaycan əlaqələri siyasi, iqtisadi, humanitar, təhsil və digər sahələrdə sürətlə inkişaf edərək, münasibətlərimiz strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaş
Rusiya-Azərbaycan münasibətləri fəal dialoq formatına malikdir.

“Cənab Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfəri həm Rusiya-Azərbaycan arasında qarşılıqlı fəaliyyətin, həm də regional problemlərin önəmli istiqamətlərinin müzakirə edilməsi baxımından olduqca vacib oldu.

Rusiya-Azərbaycan əlaqələri siyasi, iqtisadi, humanitar, təhsil və digər sahələrdə sürətlə inkişaf edərək, münasibətlərimiz strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşımaqla çox fəal dialoq formatına malikdir.

Önəmli amillərdən biri də odur ki, iki ölkənin rəsmi şəxsləri arasında qarşılıqlı səfərlərin dinamikası yüksək səviyyədədir. Belə ki, son bir həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib

Nəzərə alsaq ki, Rusiya Azərbaycanın əsas iqtisadi-ticari tərəfdaşlarından biridir və Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard birbaşa investisiya qoyulub, deməli, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük maraq var.

“Bu baxımdan da sadəcə siyasi sahədə deyil, iqtisadi sahədə də ciddi addımlar atılır. Pandemiya və bundan irəli gələn iqtisadi məhdudiyyətlərə baxmayaraq, cari ilin ilk doqquz ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 11 faiz artıb. Rusiyanın 900 müəssisəsi Azərbaycanda fəaliyyət göstərir. Həftə ərzində isə Rusiya ekspert mərkəzinin, Rosekzimbankın, ümumilikdə Rusiyanın 30-dan çox şirkətinin iştirak etdiyi biznes konfransı keçirilib. Bu, ölkələrimiz arasındakı münasibətlərin inkişafına çox mühüm töhfə verir. Eyni zamanda, mövcud amil ondan xəbər verir ki, həm Rusiya, həm də Azərbaycan qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin daha da yüksəldilməsində maraqlıdırlar

Hal-hazırda Azərbaycanla Rusiya arasında 7 yol xəritəsi icra olunur ki, bu da iqtisadiyyat və humanitar sahələrin əksər istiqamətlərini özündə ehtiva edir: “Təhsil sahəsində də iki ölkə arasında qurulan körpü uğurludur. Belə ki, Azərbaycanda 300-dən çox rusdilli məktəb var. Azərbaycan məktəblilərinin 34 faizi rus dilində təhsil alır və ya rus dilini öyrənir. Rusiyada isə azərbaycanlı tələbələrin təhsil almasına əlverişli şərait yaradılıb ki, 15 minə yaxın azərbaycanlı gənc Rusiyada təhsil alır. Görüşdən yayılan görüntülərdə Vladimir Putinin Prezident İlham Əliyevi səmimi salamlaması səfərin ən diqqət çəkən məqamı hesab oluna bilər ki, bu amil də prezidentlər arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Azərbaycan tərəfi ötən 3 illik zaman periodunda müharibənin mənfi nəticələrinin aradan qaldırılması, nəqliyyat və kommunikasiyaların açılması məsələsində maksimum konstruktiv mövqe sərgiləyib. İndiki məqamda isə regionda gələcək normal həyat üçün tarixi şərait mövcuddur. 44 günlük müharibədən sonra imzalanmış 2020-ci il 10 noyabr bəyanatından keçən zaman ərzində baş verən kiçik insidentlərin sistem xarakteri daşımadığını nəzərə alsaq indiyə qədər Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə ciddi insident baş verməyib. Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan toqquşmalara, risklərə nəzarət etmək, onları minimumam endirmək və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, habelə üçtərəfli formatda müzakirəsini tələb edir”,

Mən Fərid Şərifov bir gənc olaraq onu da qeyd edim ki, hesab edirəm ki, Azərbaycan Ermənistanla sülhə tam hazırdır, hesab edirəm ki Ermənistan Azərbaycanın qoyduğu şərtlərə və Azərbaycanın idarə etmə sisteminə, qayda qanunlarına əməl edərsə o zaman biz ermənilərlə sülh şəraitində birlikdə yaşaya bilərik.

Son olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan və Rusiya prezidentləri arasında qarşılıqlı hörmətə və etimada əsaslanan dostluq münasibətləri formalaşıb.

Rusiya ilə Azərbaycan münasibətlərinin dərin kökləri vardır. Azərbaycan Rusiya ikitərəfli münasibətləri indi necə qurmağı, fikrimcə, bütövlükdə həm regionda, həm də daha geniş mənada nümunə ola bilər. Bu münasibətləri necə qurmağımız onu göstərir ki, siyasi əzm və həqiqi arzu olduqda çox şeyə nail olmaq mümkündür. Rusiya Azərbaycan münasibətləri çox möhkəmdir, onların gələcəyini öncədən görmək mümkündür, onlar qarşılıqlı maraqlara, ortaq tarixə, ölkələrimizin sülh və təhlükəsizlik şəraitində yaşamaq, əməkdaşlığı möhkəmlətmək, öz xalqları üçün nemətlər yaratmaq və özlərinin inkişafı ilə qonşu dövlətlərin də inkişafına şərait yaratmaq istəyinə əsaslanır.

Hörmətlə YAP üzvü, Xətai Rayon İcra Hakimiyyətinin könüllüsü, İDEA İctimai Birliyin üzvü və könüllüsü, Böyük Qayıdış Gənclər Təşkilatının üzvü, İrəli ictimai Birliyin üzvü, Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyin üzvü və könüllüsü, Birinci vitse prezident Mehriban xanım Əliyevanın könüllüsü, QEYD Sosial Maarifləndirmə İctimai Birliyin üzvü, Güvən Xeyriyyə ictimai Birliyin üzvü, Ulutv.İnfo xəbər portalının əməkdaşı Fərid Şərifov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-04-2023, 20:46

Fidan Hüseynova: "Əməkdaşlığın inkişaf etdirilməsinin uğurlu davamı"

İqtisadiyyat

12-04-2023, 23:08

Sevinc Fətəliyeva: Azərbaycan-Qazaxıstan münasibətləri uğurla inkişaf edir

Siyasət

1-09-2022, 12:45

Prezident İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli strateji tərəfdaşlığı daha da genişləndirəcək - Sevil Mikayılova

İqtisadiyyat

3-04-2023, 21:55

Azərbaycan və Rusiya arasında regionlararası əlaqələrin inkişaf dinamikası müzakirə olunub

Siyasət

24-08-2022, 18:33

Türkdilli dövlətlər arasında əlaqələrin inkişafında Azərbaycanın rolu - ŞƏRH

İqtisadiyyat

9-04-2023, 23:08

Kamilə Əliyeva: Dostluq münasibətləri Azərbaycan-Tacikistan əlaqələrinin gələcək inkişafına böyük töhfə verəcək

Siyasət

8-04-2023, 01:51

Sevinc Fətəliyeva: Tacikistanla imzalanmış sənədlər qarşılıqlı münasibətləri daha da gücləndirəcək

Siyasət

27-03-2023, 21:23

Fidan Hüseynova: "Əlaqələrin tarixi daha qədimdir"

Siyasət

25-08-2022, 18:27

KİV: “Qazaxıstan Prezidentinin Azərbaycana səfəri əlaqələrə yeni təkan verəcək”

İqtisadiyyat

7-12-2022, 13:19

İqtisadiyyat Nazirliyində Dağıstan Respublikasının rəhbəri ilə görüş keçirilib

İqtisadiyyat

7-03-2023, 00:21

İqtisadiyyat Nazirliyində görüş keçirilib - FOTO

Siyasət

18-08-2022, 14:06

İlham Əliyev Monqolustanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Araşdırma
Prezidentin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum oldu - VİDEO
Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Fuad Qəhrəmanlı axtarışa verildi
Hadisə
Bu gün, 09:30
Naxçıvanda evdən ər və arvadın meyiti tapıldı
Dünən, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
Dünən, 12:00
Ağsuda iki evdə yanğın oldu
Dünən, 08:45
Sumqayıtda tonqal yandırılan zaman partlayış baş verib, 11 nəfər xəsarət alıb - YENİLƏNİB
21-03-2026, 12:45
Gənc futbolçunun qətlinə görə keçmiş sevgilisi saxlanıldı
11-03-2026, 14:39
Salyanda baş verən yol qəzasında ölən şəxsin narkotik vasitə daşıdığı müəyyən olunub
Xəbər lenti
  • Bu gün, 17:00
    Ukraynanın Buça şəhərində iki partlayış olub, polis hadisəni terror aktı kimi qiymətləndirib
  • Bu gün, 16:30
    Azərbaycan XİN Pakistanı milli bayram münasibətilə təbrik edib
  • Bu gün, 16:00
    Si Cinpin Novruz bayramı münasibətilə İlham Əliyevi təbrik edib
  • Bu gün, 15:00
    Ermənistan Aİ-dən üçüncü yardım paketi istəyib
  • Bu gün, 14:30
    Sabah 23 dərəcə isti olacaq
  • Bu gün, 14:00
    “Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, dolanışıq yaxşı olsun”
  • Bu gün, 12:48
    Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
  • Bu gün, 12:42
    Binəqədidə zirzəmi obyektə çevrildi – icazəsiz tikintinin arxasında kim dayanır? VİDEO
  • Bu gün, 12:00
    Putin Çinə gedir
  • Bu gün, 11:46
    NDU-nun 6 milyonluq satınalma dosyesi: Elbrus İsayevin rektorluğu dövründə xərclənən vəsaitlər haraya gedib? – ARAŞDIRMA
  • Bu gün, 11:26
    İlham Əliyev Şahbaz Şərifə məktub yazdı
  • Bu gün, 11:16
    Prezident Şamaxıya gedib - FOTOLAR
  • Bu gün, 11:12
    Prezident Şamaxıya gedib - FOTOLAR
  • Bu gün, 10:58
    Bakıda həkim müalicə etdiyi vətəndaşını ömürlük şikəst edib? - Bakı Bərpa Mərkəzində qalmaqal-FOTO
  • Bu gün, 10:28
    Çoxuşaqlı müğənnilərin “sirri” - FOTOLAR
  • Bu gün, 09:34
    KİV: ABŞ-ın İranla müharibədə Xark adasını ələ keçirməkdən başqa çıxış yolu qalmayıb
  • Bu gün, 09:30
    Naxçıvanda evdən ər və arvadın meyiti tapıldı
  • Bu gün, 09:24
    Prezidentin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum oldu - VİDEO
  • Dünən, 15:00
    Əli Musəvi: Hörmüz boğazında gəmilərin hərəkəti İranla koordinasiya olunmalıdır
  • Dünən, 14:00
    AYNA: Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb
  • Dünən, 13:00
    Azərbaycanın futzal millisinin toplanışına 18 oyunçu dəvət alıb
  • Dünən, 12:30
    Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
  • Dünən, 12:00
    Ağsuda iki evdə yanğın oldu
  • Dünən, 09:24
    "Mançester Yunayted"in hədəfindəki mütəxəssis
  • Dünən, 09:21
    Əmrullayevin bastırdığı TƏHSİL SİSTEMİ... - BELƏ DAVAM EDƏRSƏ...
  • Dünən, 09:16
    ABB-nin xarici bankda pay almaq niyyəti müzakirələrə səbəb olub – jurnalist Həbibə Abdulla sərt reaksiya verdi
  • Dünən, 09:06
    İranın “kölgə liderliyi” iddiaları: reallıq, ehtimal və geosiyasi siqnallar
  • Dünən, 08:57
    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə mühüm elmi tədbir keçirilib FOTOLAR
  • Dünən, 08:54
    İsrail Tehrana zərbələr endirdiyini açıqlayıb
  • Dünən, 08:53
    Britaniyanın sualtı nüvə qayığı Ərəb dənizində yerləşdirilib
  • Dünən, 08:52
    Tramp: Hörmüz boğazı 48 saat ərzində açılmasa, ABŞ İranın enerji obyektlərinə zərbə endirəcə
  • Dünən, 08:45
    Sumqayıtda tonqal yandırılan zaman partlayış baş verib, 11 nəfər xəsarət alıb - YENİLƏNİB
  • Dünən, 08:43
    Uçan naməlum obyektlərin sirlərini açmaq üçün: Tramp administrasiyası məlumat bazası hazırlayır
  • Dünən, 08:40
    Ən etibarlı alman avtomobilləri - SİYAHI
  • 21-03-2026, 12:54
    Duman olacaq, yağış yağacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə