Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
Lənkəran rayonunda bir ailənin 9 üzvü qidadan zəhərlənib.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Osaküçə kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakinləri olan bir ailənin 3-ü uşaq olmaqla 9 üzvü səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət edib.
Göstərilən tibbi yardımlardan sonra onlar günorta saatlarında öz istəkləri ilə xəstəxanadan evə buraxılıblar.
Bildirilib ki, həmin ailənin üzvləri ev şəraitində hazırlanmış pomidor turşusu yedikdən sonra səhhətlərində problem hiss ediblər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"a verilən məlumata əsasən, hadisə qurum tərəfindən nəzarətə götürülüb və araşdırmalara başlanılıb:
"İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakini olan ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdikləri məlum olub. Agentliyin əməkdaşları tərəfindən müvafiq tədbirlər icra edilməkdədir".

Şikayət və təkliflər üçün qaynar xətt
Xəbər, şikayət və təklifinizi bizə göndərin
Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz
BakuNews.az
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]