• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Paşinyana "sülh mükafatı" - Azərbaycana dəyişməyən siyasi-ideoloji qərəz - ŞƏRH

Siyasət

Bu gün, 17:10

Azərbaycan xarici siyasətində Avropa ölkələri ilə münasibətlərin yüksək səviyyədə olması istiqaməti prioritetdir. Qarşılıqlı maraqların təmin olunması başlıca prinsip sayılır.

Lakin son zamanlar Avropada yenə məqsədli şəkildə anti-Azərbaycan kampaniyası aparılır. Avropanın bir sıra institutları rəsmi Bakıya qarşı fəaliyyətini davam etdirir. Onlar Avropa Şurası Parlament Assambleyasını Azərbaycan qarşı sərt tədbirlər görməyə çağırırlar.

Beynəlxalq arenada yaranan vəziyyəti görməzdən gələnlər qitənin energetika təchizatında Azərbaycanın oynadığı rolun mahiyyətini təhrif edirlər.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyunziç bu ay Bakıda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi tərəfindən "LINKS Europe" Fondu ilə birgə təşkil edilmiş dəyirmi masada münasibətlərin yeni mərhələyə keçdiyini bəyan etdi.

Ayın sonunda isə tərəflər genişmiqyaslı ikitərəfli saziş və 2030-cu ilə qədər Tərəfdaşlıq Prioritetlərinin müzakirəsini davam etdirirlər.Sentyabrda Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıda səfərdə olub.

Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Fransa, Macarıstan, Bolqarıstan və İsveçrə xarici işlər nazirləri ilə regionda sabitlik, təbii qaz tədarükünün müzakirəsi üçün görüşləri keçirib.

Sentyabrın ortalarında Azərbaycandan Avropaya Türkiyə və Gürcüstan vasitəsilə "yaşıl enerji" ixracı üzrə yeni layihələr təsdiqlənib.

Sentyabrın 24–25-də Bakıda Almaniya - Azərbaycan əlaqələr konfransı, aparıcı Avropa analitik mərkəzlərinin iştirakı ilə Beynəlxalq İnvestisiya Forumu da daxil olmaqla iqtisadi tədbirlər keçirilir.

Torpaqları işğal altında olanda da Avropada anti-Azərbaycan ünsürlər tapılırdı. Onlar rəsmi Bakıya ərazilərindən imtina etmək üçün təzyiq göstərənləri dəstəkləyirdilər. Belələri ermənilərin Azərbaycan torpaqları ilə bağlı uydurmalarını reallıq kimi təbliğ edirdi. Onlar Avropada həqiqəti qaralamaqla erməni lobbisi və havadarlarına yarınmağa çalışırdılar.

Təhriflər və ənənəvi qərəzli münasibət, regiona siyasi-ideoloji cəhətdən yanlış yanaşma yenə davam edir.

Münaqişənin həllində vasitəçilərin tərəfsiz olması, tərəflərə eyni məsafədən yanaşması başlıca şərtlərdəndir. Əks halda, problemin həllində çətinliklər yaşanar.Azərbaycan beynəlxalq vasitəçilərin münaqişənin həllində Ermənistanın tərəfini saxlaması faktını görüb. Onların belə qərəzli davranışına bir qayda olaraq etiraz edib. Bu tərəfli münasibət nəticəsində Azərbaycan torpaqlarının danışıqlar, dinc yolla işğaldan azad edilməsi 30 ilə yaxın gecikdi.

Azərbaycanla Ermənistan arasında mövcud sülh kövrəkdir. Bu özünü Gəncəsər monastırına münasibətdə bir daha göstərdi. Təcavüzkar konstitusiyasını hələ də dəyişməməsi Ermənistanın əldə edilmiş razılaşmalara münasibətinə kölgə salır. Belə davranış isə sülh prosesinə, normallaşmaya problem yaradır.

Təbii ki, barış, qarşılıqlı əməkdaşlıq kimi məsələlərə belə alayarımçıq münasibət göstərən Ermənistan hökumətinin Avropadan dəstəklənməsi yenə əvvəlki qərəzli dövrləri yada salır.

Ermənistanın Baş naziri Nikol Paşinyana bu günlərdə Hessen Sülh Mükafatı (Albert Osvald alman fondunun regional mükafatı - red.) verilib. O, "Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində səylərinə görə" bu mükafata layiq görülüb.

Yenə "balıqyaddaşlı"lar və qərəzli siyasilər yaxın tarixdə olanları unudurlar.

2019-cu ilin mayında Nikol Paşinyan Şuşanı işğal etdikləri gün Cıdır düzündə yallı gedib. O, işğal gününü Azərbaycan torpaqlarında qeyd etməklə bu hadisənin iştirakçılarını da təbrik etmişdi. Nikol Paşinyan bununla da məcburi köçkün həyatı yaşamış milyondan çox azərbaycanlını, minlərlə şəhidi, Xocalı soyqırımı və başqa bu kimi hadisələri görməzdən gəlmişdi.


Yaxud 2019-cu ildə Tehranda ermənilərin Ararat idman-kompleksində "Qarabağ Ermənistandır, nöqtə" deməklə o, yenə öz işğalçı mahiyyətini nümayiş etdirmişdi. Paşinyan bu şüarı 2019-cu ilin avqustunda o vaxt işğal altında olan Xankəndi şəhərinə qanunsuz səfəri zamanı, həmin ilin sentyabrında Vanadzor (Qarakilsə) şəhərində keçirdiyi mətbuat konfransında da təkrarlamışdı.

Digər tərəfdən, Azərbaycan torpaqlarında 44 gün müharibə aparan işğalçı ordunun "ali baş komandanı" olmuşdu.

Sirr deyil ki Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin təşəbbüskarı Prezident İlham Əliyevdir. Müharibə başa çatandan dərhal sonra Ermənistanın baş naziri ilə birbaşa ikitərəfli danışıqlara başlamağı təklif etdi. Bunun ardınca rəsmi Bakı danışıqlar üçün təkliflər paketinin də təşəbbüsçüsü və müəllifidir. Elə hazırda Ermənistanla ABŞ arasında razılaşdırılan TRIPP (Zəngəzur yolu) layihəsinin əsas təşəbbüskarlarından biri Azərbaycandır. 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış sülh sazişinin müəllifi rəsmi Bakıdır. Ötən ildən Ermənistana Azərbaycandan keçməklə yükdaşımalarının reallaşması da onun razılığı ilə reallaşır.

Sülh, normallaşma, əməkdaşlıq, bir-birinə etibarın artması, etimad mühitinin yaranması kimi məsələlərin də lokomotivi, aparıcısı rəsmi Bakıdır.

Bu siyahını uzatmaq da olar. Azərbaycanın bu istiqamətdə gördüyü işləri beynəlxalq ictimaiyyət, habelə ATƏT-in keçmiş Minsk qrupu həmsədrləri də bilir.

Azərbaycanın sülhsevərliyinə aid başqa bir örnəyi də deməmək olmur. Prezident İlham Əliyevin İsrail vətəndaşı, bloger Aleksandr Lapşini, bu günlərdə Fransa vətəndaşı Martin Ryanı əfv etməsi Azərbaycanın humanistliyinin çoxsaylı göstəricilərindən sayılır. Humanizm, bağışlamaq daim Azərbaycanın dövlət başçısının başlıca prinsiplərindəndir.

Yeri gəlmişkən, sözügedən Fond Hessen federal torpağının keçmiş baş naziri Albert Osvald və onun ailəsi tərəfindən təsis edilib. Onun sülh mükafatı müharibələrə və zorakılığa son qoyulması, münaqişələrin həlli və qarşısının alınması, həmçinin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi istiqamətində səylərin təşviq edilməsində xidmətləri olan şəxslərə verilir.

Albert Osvald Almaniya Sosial-Demokrat Partiyasının üzvü, aparıcı simalarından olub. Bu partiyanın aparıcı fiqurları anti-Azərbaycan təbliğatı aparırlar. 2025-ci ildən bu siyasi təşkilat Fridrix Mertsin hökumətinə daxildir. Son illər Bundestaqın deputatı və AŞPA-dakı Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabenin anti-Azərbaycan çıxışları ilə seçilir. O, Azərbaycan torpaqlarına işğalçı Ermənistan mövqeyindən yanaşmaqla qərəzli olduğunu isbatlayıb.2024-cü ilin yanvarında Şvabenin başçılıq etdiyi AŞPA nümayəndə heyətinin təşəbbüsü Azərbaycan nümayəndə heyətinin Assambleyada səlahiyyətlərinin təsdiqlənməməsinə səbəb olmuşdu.

Partiyanın başqa bir üzvü - 1998-2025-ci illərdə Bundestaqın üzvü olmuş, 2013-2021-ci illərdə Almaniya Xarici İşlər Nazirliyində Avropa məsələləri üzrə dövlət naziri vəzifəsini tutmuş Mixael Rotdur. O da anti-Azərbaycan mövqeyində olan almaniyalı siyasilərdəndir.

Bu iki örnəyi xatırlatmaqda məqsəd Almaniya Sosial Demokratlar Partiyasında anti-Azərbaycan mühitinin olmasına diqqəti yönəltməkdir. Belə bir partiyanın təsis etdiyi mükafatın verilməsində obyektivliyin olmaması da onun siyasi-ideoloji və təbliğati mahiyyətindən irəli gəlir.

Yeri gəlmişkən, əlləri azərbaycanlıların qanına bulaşmış, Azərbaycan torpaqlarının işğalında əsas rolları oynamış Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyan da Fransa, Yunanıstan kimi ölkələrinin ordenləri ilə təltif olunublar. Həmin dövlətlər bu mükafatları Azərbaycan əraziləri Ermənistanın işğalı altında olduğu illərdə veriblər. Bununla da sanki onların Azərbaycana qarşı etdiyi cinayətləri mükafatlandırıblar.

Odur ki, Nikol Paşinyanı Hessen mükafatına layiq görənlər Koçaryan və Sarqsyana orden verənlərdən o qədər də fərqlənmirlər.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

14-02-2025, 15:09

Azərbaycanın Somali ilə əməkdaşlığı – Afrikada genişlənən əlaqələr - ŞƏRH

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Cəmiyyət

26-08-2024, 08:42

Mehriban Əliyevanın doğum günüdür

Gündəm / Cəmiyyət

2-07-2024, 14:10

Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Gündəm / Siyasət

16-11-2024, 14:43

Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

18-01-2024, 10:55

MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı

Gündəm / Siyasət

3-08-2026, 14:42

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

Gündəm / Siyasət

21-08-2026, 14:18

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Dünən, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Bu gün, 18:30
    TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub
  • Bu gün, 18:18
    Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 50 mənzil verilib
  • Bu gün, 18:11
    Ramiz Mehdiyevin kürəkəni və sabiq icra başçısının şərik olduğu obyektlər satışa çıxarılıb - TƏFƏRRÜAT
  • Bu gün, 17:57
    Daşkənddə TBNM-in inkişafına dair konfrans keçiriləcək
  • Bu gün, 17:39
    "İnternational" BOKT-nın rəhbərindən vətəndaşa qarşı KOBUDLUQ - GİLEY
  • Bu gün, 17:10
    Paşinyana "sülh mükafatı" - Azərbaycana dəyişməyən siyasi-ideoloji qərəz - ŞƏRH
  • Bu gün, 16:59
    Yeni Yasamalda ağacları məhv edib otel tikirlər - Sakinləri eşidən heç bir qurum yoxdur -VİDEO
  • Bu gün, 16:34
    Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib
  • Bu gün, 16:10
    Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM
  • Bu gün, 15:55
    DGK-nin idarəsində yoxlama - Vəzir Həsənovun işçiləri cəzalandırıldı - Bəs özü?
  • Bu gün, 15:36
    “Formula 2”də zəncirvarı qəza olub, sessiya müvəqqəti dayandırılıb
  • Bu gün, 15:21
    Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
  • Bu gün, 15:07
    Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
  • Bu gün, 13:00
    Bakı təhsil idarəsi QALMAQALDA - Müəllimlər maaş ala bilməyəcək?
  • Bu gün, 12:34
    Prezident: "AIIF 2026-dakı müzakirələr regionda əlaqəliliyin artmasına, ümumi rifaha töhfə verəcək"
  • Bu gün, 12:14
    Dəmir vaqonda yaşayan məcburi köçkün Böyük Qayıdışın faydasını nə vaxt görəcək - MÜRACİƏT
  • Bu gün, 11:34
    Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
  • Bu gün, 11:25
    Həkim xəstələri təhqir etdi: “Cibində beş qəpiyi olmayan, tərbiyəsiz, ədəbsiz…” - FOTO
  • Bu gün, 11:16
    İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:32
    Bu dövlət agentliyində DÖVLƏTİN QANUNLARI İŞLƏMİR - FOTOFAKT
  • Bu gün, 10:13
    Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayıb
  • Bu gün, 10:08
    Goranboyda təhsil sistemi İFLİC DURUMDA - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:40
    Maştağa və Buzovnada bu gün qaz olmayacaq
  • Bu gün, 09:01
    "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib
  • Dünən, 22:56
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • Dünən, 19:00
    Paşinyanın Kreml dilemması - Avropaya baxır, Moskvadan gözünü çəkə bilmir - ŞƏRH
  • Dünən, 18:30
    Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib
  • Dünən, 18:08
    Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
  • Dünən, 17:56
    Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
  • Dünən, 17:37
    “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT
  • Dünən, 17:01
    Prezident icra başçısını vəzifəsindən azad etdi
  • Dünən, 16:54
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Dünən, 16:53
    “Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib FOTOLAR
  • Dünən, 16:44
    Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər
  • Dünən, 16:18
    Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə