"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib.
Hadisə yarışın startında qeydə alınıb.
İkinci döngəyə gedən yolda "İnvicta Racing"in pilotu Rafael Kamaranın idarə etdiyi bolid "Prema Racing"in sürücüsü Mari Boyanın avtomobilinə dəyib.
Nəticədə sarı bayraq qaldırılıb.
Qeyd edək ki, Bakıdakı qran-pri sentyabrın 26-da başa çatacaq.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az