• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Saxta plastik cərrah qalmaqalı: Səkinə Xudiyeva əmrlə işdən çıxarılsa da, “Badam” klinikasında gizli fəaliyyətini davam etdirir

Səhiyyə

13-11-2025, 18:18

Son günlər sosial mediada vətəndaş Ayvazlı Lalə Abbasəli qızının səhhətində həkim səhlənkarlığı nəticəsində yaranmış problemlərlə bağlı yayılan məlumatlar ictimai rezonans doğurub. Lalə Ayvazlı iddia edir ki, onu 2022-ci ildə “Kəpəz” Hospitalda əməliyyat edən Səkinə Xudiyeva adlı həkim saxta plastik cərrah sənədi ilə illərlə fəaliyyət göstərib.

Lalə Ayvazlının sözlərinə görə, əməliyyat öncəsi heç bir tibbi müayinədən keçirilmədən narkoz verilmiş, nəticədə ağır qanaxma baş vermiş və o, 10 saatlıq koma vəziyyətinə düşmüşdür.

Sonradan məlum olub ki, həmin vaxt S.Xudiyeva eyni anda iki xəstəni əməliyyata alıb. “Məni tələsik narkoza saldılar. Əməliyyatdan sonra ayılanda vəziyyətimin çox ağır olduğunu dedilər. Sonradan bildim ki, bu həkim eyni anda iki pasiyent üzərində əməliyyat aparıb,” – deyə Lalə Ayvazlı bildirir.


Hadisə ilə bağlı ilkin araşdırma Nəsimi rayon prokurorluğunda, daha sonra isə Yasamal rayon prokurorluğunda aparılıb.
Lakin vətəndaşın sözlərinə görə, bu mərhələlərdə araşdırma qeyri-obyektiv şəkildə aparılıb.
Yalnız Baş Prokuror Kamran Əliyev və onun birinci müavini Elçin Məmmədovun qəbulundan sonra məsələ yenidən diqqətə götürülüb və bir neçə dəfə prokurorların qərarları ləğv edilərək əlavə araşdırma aparılması tapşırılıb.

Bu mərhələdə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə komissiyası yaradılıb. Komissiyanın üzvlərindən biri, Baş Prokurorluğun İstintaqa Nəzarət Şöbəsinin əməkdaşı Eyyub Bəşirov da prosesdə iştirak edib. Nəticədə məlum olub ki, Səkinə Xudiyeva plastik cərrah ixtisası üzrə saxta sənədlərlə fəaliyyət göstərib.

Aparılmış yoxlamalardan sonra Səhiyyə Nazirliyi tərəfindən S.Xudiyevanın vəzifədən azad olunması barədə əmr imzalanıb. Lakin Lalə Ayvazlının təqdim etdiyi faktlar göstərir ki, Xudiyeva bu qərardan sonra da fəaliyyətini dayandırmayıb.

Onun “Badam” klinikasında yenidən fəaliyyət göstərdiyi, əməliyyatlarının görüntülərini isə TikTok sosial platformasında paylaşdığı müəyyən edilib. Paylaşımlarda klinikanın adı və əlaqə nömrəsi (070 342 13 50) açıq şəkildə göstərilib.

Lalə Ayvazlı bildirir ki, həmin nömrə ilə əlaqə saxladıqda klinikanın ictimaiyyətlə əlaqələr şöbəsi “Səkinə xanım bizdə çalışır, Səhiyyə Nazirliyi icazə verib” cavabını verib. Daha sonra artan şikayətlərdən sonra isə klinika bu məlumatı təkzib edib. “Bir dəfə dedilər ki, bəli, gəlir xırda əməliyyatlar edir, sonra da dedilər, artıq işləmir. Amma paylaşımlar açıq şəkildə klinikanın adından edilir,” – deyə şikayətçi qeyd edir.

Lalə Ayvazlı bildirir ki, məsələ ilə bağlı Vitse-prezident Mehriban Əliyeva və Prezident Administrasiyasının əməkdaşı Fərəh Əliyeva tərəfindən iki dəfə qəbul edilib. Onun müraciətləri əsasında həm Səhiyyə Nazirliyinə, həm də Baş Prokurorluğa məktublar göndərilib.

Buna baxmayaraq, Səbail rayon prokurorluğuna yönləndirilmiş materiallar üzrə hələ də ciddi tədbir görülmədiyi bildirilir. “Vitse-prezidentdən gələn məktuba belə reaksiya yoxdur. Görünür, Səbail rayon prokurorluğu məsələni hələ də ciddiyə almır,” – deyə Ayvazlı vurğulayır.


Vətəndaş əlavə olaraq Dövlət Təhlükəsizlik Xidmətinə də müraciət edib. DTX-da da qəbulda olduğunu, müraciətinin lazımi orqanlara göndərildiyini bildirib.

Lalə Ayvazlı sonda qeyd edir:

“Baş Prokuror Kamran Əliyev və Elçin Məmmədov mənim işimdə ədalətin bərpası üçün addım atıblar. Amma aşağı səviyyədə bəzi prokurorlar və klinika rəhbərləri bu qərarları görməzdən gəlirlər. Heç bir müstəntiqin və ya həkimin ixtiyarı yoxdur ki, Birinci xanımın göndərdiyi məktubu belə dəyərsiz saysın.”


Baş Prokurorluğun mətbuat xidmətindən hadisə ilə bağlı hələlik yeni açıqlama verilməyib. Lakin mövcud sənədlər, əmrlər və vətəndaşın təqdim etdiyi sübutlar göstərir ki, məsələ ciddi şəkildə yenidən gündəmə gətirilə bilər.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Səhiyyə

1-08-2023, 12:18

Səkinə Sadıqova deyir ki, arxamda TƏBİB dayanıb, Sumqayıtda YAP-ın sədr müaviniyəm, mənə toxuna bilməzlər… – Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovanın həbsi qaçılmazdır…

Cəmiyyət

20-11-2024, 15:07

Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

27-01-2025, 11:19

Ölüm poliqonuna çevrilən “Mərcan” klinikası Oqtay Əsədovundur?

Gündəm / Cəmiyyət

9-07-2024, 11:21

Burun əməliyyatına girən qadının gözündə çəplik yarandı - “Liman” klinikasının həkimi isə deyir ki...

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Gündəm / Cəmiyyət

20-05-2025, 15:21

“Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?

Cəmiyyət / Səhiyyə

13-11-2025, 16:39

 Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır... - Ölüm saçan “MedAura” klinikası

Gündəm / Cəmiyyət

13-08-2024, 09:18

Xanlar Fətiyev barəsindəki SKANDALLAR: Dövlət rəhbərliyinə vəd verib "YALANÇI" çıxdı, maaşlar gecikdirdi, "Kəpəz"i "kor" qoydu + XARİCDƏKİ BİZNESİ

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Dünən, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • Dünən, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • Dünən, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • Dünən, 17:22
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • Dünən, 17:05
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • Dünən, 16:25
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • Dünən, 16:01
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • Dünən, 15:37
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
  • Dünən, 15:25
    “Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
  • Dünən, 15:03
    Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"
  • Dünən, 13:50
    Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub
  • Dünən, 13:22
    “İyundan yanan transformator hələ də düzəlməyib” - Məktəbdə nə işıq var, nə su...
  • Dünən, 12:58
    İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Dünən, 12:40
    “İdeal Kredit” və vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimələnib - TƏFƏRRÜAT
  • Dünən, 12:31
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 12:26
    Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi -İTTİHAM VAR...
  • Dünən, 12:00
    Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
  • Dünən, 11:04
    Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?
  • Dünən, 10:58
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • Dünən, 10:52
    “Bakı 4 №-li Yol İstismarı” MMC-dən şikayət - “Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi”
  • Dünən, 10:41
    Azərbaycan XİN Malini təbrik edib
  • Dünən, 10:34
    “Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT
  • Dünən, 10:15
    Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
  • Dünən, 09:36
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Dünən, 08:47
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 21-09-2026, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • 21-09-2026, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • 21-09-2026, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • 21-09-2026, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • 21-09-2026, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • 21-09-2026, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • 21-09-2026, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • 21-09-2026, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • 21-09-2026, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • 21-09-2026, 13:50
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə