• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR

Cəmiyyət

20-11-2024, 15:07

“Ölkəmizə badam idxalını 50 faizə qədər azaltmışıq. 2024-cü ildə isə yalnız bizim bağ bütün Azərbaycanın istehlak həcmini qarşılaya biləcək. Digər bağlardan alacağımız badamları da emal edib ixrac edəcəyik”.

Bunu 2 il əvvəl - 3 avqust 2022-ci il tarixində “Azbadam” MMC-nin icraçı direktoru Anar Ağayev Prezident İlham Əliyevə məruzəsində demişdi. Zavodun 2024-cü illə bağlı hədəflərinə çatıb-çatmadığı məlum deyil, çünki bu barədə “Azbadam” MMC-nin açıqladığı yeni məlumatlara rast gəlmədik. Amma Azərbaycanda badam bağları salmış sahibkarların durumu heç də ürəkaçan deyil. Onların çox ciddi problemləri var, bəziləri hətta min bir əziyyətlə yetişdirdikləri badam bağlarını məhv etməyə, əvəzində başqa meyvə bağları salmağa başlayıblar. Halbuki, bu bağların salınmasına bəzi hallarda külli miqdarda dövlət vəsaiti də xərclənib. Bu isə o deməkdir ki, yalnız fermerlərin bu bağların salınmasına yatırdıqları böyük investisiyalar, illərlə çəkdikləri əziyyət deyil, həm də dövlətin ayırdığı subsidiyalar da səmərəsiz xərclərə, itirilmiş vəsaitə çevrilir. Ancaq qəribədir ki, dövlət qurumları prosesi laqeydcəsinə seyr etməklə məşğuldurlar.

Bəs sahibkarların badam bağlarını məhv etməsinə səbəb olan problem nədir?

Badam əkən sahibkarlar çarəsiz durumdadırlar

Qeyd edək ki, dövlət, Kənd Təsərrüfatı Nazirliyinin timsalında ölkədə badam bağlarının salınmasını təşviq edir. Hazırda yeni salınan badam bağının hər hektarına görə 3000 manat əkin subsidiyası verilir. Sonrakı illərdə də subsidiyalaşma hər hektara 800 manatdan davam etdirilir. Bu məbləğ təbii ki, sahibkara böyük dəstək olur.

Qeyd edək ki, badam tinglərinin qiyməti 7-8 manat ətrafındadır və qaydaya görə badam bağlarında hər hektarda 600-650 ting olmalıdır. Daha sonra müasir suvarma sisteminin quraşdırılması, ilin bütün mövsümlərində istifadə olunan dərman preparatları, ağacların budanması, bir sözlə bağın məhsul ilinə qədər hazırlanması kifayət qədər böyük xərclər tələb edir. Nəzərə alsaq ki, böyük təsərrüfatlarda işlərin əhəmiyyətli hissəsi müasir texnika ilə görülməlidir, o zaman sahibkarın xərclərinin miqyasını daha yaxşı anlamaq olur.

İntensiv badam sortları 3-4 ildən sonra məhsul verməyə başlayır. Badam ağacları tam məhsuldarlığa düşdükdən sonra bir hektardan təxminən yaxşı halda 5-6 ton məhsul götürmək mümkündür. Ancaq ilkin ilərdə məhsuldarlıq hər ağacdan 2-3 kiloqram təşkil edir. Çəkilən xərcləri nəzərə alsaq, təbii ki, sahibkarın hər ağacdan 2-3 kiloqram məhsul əldə etməsi rentabelli sayıla bilməz. Çünki təkcə badamın yığılması, qabıqdan təmizlənməsi ağır zəhmət və böyük məsrəf tələb edir.

Növbəti illərdə bağın saxlanılması, ağacların budanması, dərmanlanması xərclərini də nəzərə alsaq, sahibkarın badam bağından pul qazanması, qoyduğu investisiyanı geri almağa başlaması üçün məhsulunu bazarda yaxşı qiymətlərə satması lazımdır. Ancaq təəssüf ki, bazara diqtə olunan qiymətlər buna imkan vermir. Nəinki sahibkarın növbəti il üçün yuxarıda qeyd olunan xərclərini maliyyələşdirməsi üçün qazanc əldə etməsinə, hətta məhsulun yığımına, işçilərin saxılanılmasına çəkilən xərcləri belə ödəməyə imkan vermir.

Bunun səbəbi isə heç də bazardakı bolluq, qiymətlərin tələb və təklif əsasında deyil, inhisarçı mövqeyə yiyələnmiş şabəkələrin diqtəsi əsasında formalaşmasıdır. Belə ki, bir neçə il əvvələ kimi badamın topdansatış qiyməti 4-5 manat təşkil edirdisə, "Azbadam"ın 2.6 qəpiklə badam qəbul etməsindən sonra bu rəqəm az qala 2 dəfə aşağı düşdü və hazırda sahibkarlar yaxşı halda məhsullarına 2.8 qəpikdən alıcı tapa bilirlər. Lakin böyük şəbəkələrdə - "Bazarstor", "Araz", "Neptun", "Rahat", "Megastor", "Bolmart" və digərlərində məhsulun pərakəndə satışı 2 dəfə baha - 4.50-5.50 manat aralığında dəyişir. Başqa sözlə, bu şəbəkələr sahibkardan 2.5-2.8 manata qəbul etdikləri badamı istehlakçıya iki dəfə baha qiymətə təklif edirlər. Yəni, necə deyərlər, "pambıqla baş kəsirlər" və bu insafsızlığa nəzarət edən yoxdur.

"Araz" və "Bravo" supermarket şəbəkələrində badamın qiyməti
Beləliklə, dövlətin hektarına 3 min manat birdəfəlik, daha sonra illik 800 manat subsidiya verdiyi, sahibkarın külli miqdarda xərcləri, ağır zəhməti hesabına başa gələn badam məhsulu “su qiymətinə” dəllalların əlində düşür. Məhz bu səbəbdən də böyük vəsait və zəhmət hesabına badam bağı salan sahibkarlar indi dilemma qarşısındadırlar: Ya qəpik-quruşa məhsulu şəbəkələrə satmalıdırlar, ya da bağları qırıb yerinə başqa meyvə ağacları əkməlidirlər. Qeyd etdiyimiz kimi, artıq bir çox fermerlər ikinci yolu seçib, badam bağlarını ləğv etməyə başlayıblar...

“Monopolistlər istəyir ki, fermerlər, kəndlilər digər sahələrə üz tutsunlar...”

Yaranmış vəziyyəti “AzPolitika”-ya şərh edən kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmli də problemin çox ciddi olduğunu bildirdi.

Onun sözlərinə görə, neftin qiyməti kəskin şəkildə aşağı düşən zaman hökumət iqtisadiyyatın şaxələndirilməsi üçün aqrar sektorda vaxtilə irəliləyişlər olan sahələrin yenidən dirçəldilməsi barədə qərar qəbul etmişdi: “Bu məqsədlə badam əkini ilə məşğul olan sahibkarlara hər hektara 3000 manat subsidiya verilir. Hökumət tərəfindən subsidiya verilməsi, məmurlarda daha çox maraq yaratdı və getdikcə badamın əkin sahəsi genişləndirildi. Bu sahəyə yalnız məmurlar deyil, iş adamları, fermerlər də maraq göstərdi. Nəticədə, 2015-ci ildən sonra Azərbaycanda badam sahələri sürətlə genişləndi. Səkkiz il ərzində badamın əkin sahəsi 7,7 dəfə artırılıb, həm də istehsal yüksəlib. Əgər 2015-ci ildə cəmi 1000 ton badam istehsal olunurdusa, 2022-ci ildə 5,3 min ton, 2023 -cü ildə isə 4,2 min ton badam istehsal olunub. Yəni təqribən 5 dəfəyə yaxın artım var. Əlbəttə, məhsulun bu qədər artması bazarda qiymətin nisbətən aşağı düşməsinə səbəb olub. Əgər əvvəllər badam çox baha - 10 manatdan yüksək idisə, indi beş manat civarındadır”.

Ekspertin sözlərinə görə, bazarda badamın qiymətinin belə kəskin aşağı düşməsinin əsas səbəblərindən biri bu sahədə inhisarçı şirkətlərin, şəbəkələrin daha çox qazanc əldə etməyə çalışmasıdır: “Badam qəbul edən şirkət, şəbəkə çalışır ki, məhsulu sahibkardan aşağı qiymətə alıb yüksək qiymətə satsın. Hazırda aldıqlarından iki dəfədən baha qiymətə satırlar. Bu, fermerlərə sərf etmir. Onların xərcləri yüksək olduğuna görə əldə edilən vəsaitlə bu xərci kompensasiya edə bilmirlər. Yəni məhsul istehsalı onlara gəlir yox, ziyana başa gəlir. Fermerlərin, kəndlilərin ziyanla işləməsi isə monopolist oliqarxalara sərf edir. Onlar istəyir ki, fermerlər, kəndlilər beləcə digər sahələrə üz tutsunlar. Belə olan halda imkan yaranır ki, monopolistlər öz sahələrindəki məhsulu daha yüksək qiymətə daxili bazara çıxarsınlar”.

Vahid Məhərrəmlinin sözlərinə görə, xarici bazara çıxarılan məhsulun ixrac dəyəri də çox aşağıdır. “Təsəvvür edin, bir kilosu 2,2 dollardır. Yəni bu da sahibkarlara sərf etmir və biz görürük ki, getdikcə badamın ixracından gələn gəlir azalır. Məsələn, 2022-ci ildə xaricə 1 milyon 812 min dollarlıq 687 ton badam ixrac olunub. 2023-cü ildə isə 1 milyon 867 min dollarlıq 845 ton badam ixrac edilib. Bu, badamın ixrac dəyərinin aşağı düşdüyünü göstərir. Əgər 2022-ci ildə badamın bir kiloqramını 2,6 dollara ixrac edirdilərsə, 2023-cü ildə bu rəqəm 2, 2 dollara düşüb, yəni 16 faiz azalıb”.

Mütəxəssis fermerlərə məsləhət görür ki...

Ekspert fermerlərə məsləhət görür ki, hökumət tərəfindən həyata keçirilən kampaniyalara çox da meyllənməsinlər: ”Onlar özləri müəyyən etsinlər ki, hansı sahə ilə məşğul olmaq lazımdır. Aqrotexniki qaydalara əməl etsinlər və o sahə üzrə ixtisaslaşsınlar. Yəni dərindən o sahəni bilmək lazımdır. Aqrotexniki qaydalara vaxtlı-vaxtında əməl edərlərsə, bazar seçimində yanılmazlarsa, bitkiçilikdə istənilən sahə ilə məşğul olmaq olar. İndi pambıqçılıqla, tütünçülüklə, baramaçılıqla, fındıqçılıqla bağlı da bu tip nüanslar var. Məsələn, fındığın da ixracında ciddi azalma var. Bir daha təkrar edirəm ki, bizim kəndlilər, fermerlər hökumətin apardığı kampaniyaya inanıb xərc çəkməsinlər, investisiya yatırmasınlar, özləri seçim etsinlər. Nəyə Azərbaycan bazarında ehtiyac var, nəyi bazara çıxarıb satmaq olar və yaxud da ixrac etmək olar, o sahəyə ciddi önəm versinlər”.

Məlumat üçün qeyd edək ki, hər il dünyada 1 milyon tondan artıq badam istehsal olunur, onun 79%-ni ABŞ verir. 70 min tonla Avstraliya ikinci, 40 min tonla İspaniya üçüncüdür. Qardaş Türkiyə isə ildə 13 min ton badam istehsal edərək dördüncü sırada yer tutur.

Dünya üzrə badamın məhsuldarlığı bir hektardan 12-16 ton ətrafında dəyişir. Türkiyədə bu göstərici 12 ton, ABŞ-də isə 15-16 tondur. Hələlik, Azərbaycanda yeni yaradılan bağlarda məhsuldarlıq 6-7 ton ətrafındadır.

“AzPolitika.info”

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

3-08-2022, 14:10

Prezident və xanımı zavod açılışında

Maraqlı

22-06-2024, 16:00

Bu qidalardan gündə bir ovuc yesəniz…

Gündəm / Cəmiyyət

5-02-2024, 11:51

Azərbaycanı dünyada 3-cü edən meyvə - Ən çox hansı rayonlarda becərilir...

Gündəm / Cəmiyyət

13-08-2024, 08:44

BADAM - Medical Center-də həkim terroru -"Oftalmoloq Günel Ağayeva atamı bilə-bilə kor etdi"

Dünya

15-08-2022, 15:57

“Taliban” Əfqanıstanda hakimiyyətin ələ keçirilməsinin ildönümündə Moskvaya gedəcək

Cəmiyyət

14-11-2024, 14:48

 Gömrükdəki İDXAL MONOPOLİYASI... - BELƏ DAVAM EDƏRSƏ...

İqtisadiyyat

13-10-2022, 19:24

Yevlax pilot aqroparkının məhsulları ilk dəfə ixrac olunacaq

Gündəm / Ölkə

23-11-2023, 11:32

Məcnun müəllimin buralardan XƏBƏRİ VARMI?

Araşdırma / Olay

5-10-2023, 10:41

Şahin Bağırovun adamı sahibkarlara `RACON KƏSİR` - Prezidentə müraciət olundu

Cəmiyyət / Ölkə

28-09-2023, 11:59

Qərb Ərazi Baş Gömrük İdarəsində QANUN HƏRLƏYƏN YOXDUR...

Cəmiyyət / Olay

26-10-2023, 11:54

Fermerlər çətin durumda: Məcnun müəllim adaptə olana qədər...

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
7-11-2026, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
6-11-2026, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Xəbər lenti
  • Bu gün, 11:44
    DYP sürücülərə xəbərdarlıq edib
  • Bu gün, 11:28
    Astara fermerləri KÖMƏK İSTƏYİR - MÜRACİƏT
  • Bu gün, 11:01
    Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər
  • Bu gün, 11:00
    Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA
  • Bu gün, 10:35
    Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
  • Bu gün, 10:15
    Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
  • Bu gün, 09:40
    Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
  • Bu gün, 09:16
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • Dünən, 15:00
    Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 14:30
    Xankəndidə Zəfər Muzeyi olacaq
  • Dünən, 14:00
    Rusiya Ukraynada elektrik yarımstansiyasını tamamilə məhv edib
  • Dünən, 13:10
    "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb
  • Dünən, 13:00
    Zəfərə aparan yol: Xalq, Ordu və Liderin sarsılmaz birliyi - TƏHLİL
  • Dünən, 12:30
    Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla yad edib
  • Dünən, 12:29
    Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib
  • Dünən, 11:11
    Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
  • Dünən, 10:56
    Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
  • Dünən, 10:30
    8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü
  • Dünən, 10:00
    Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
  • Dünən, 00:37
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Dünən, 00:08
    Şuşanın azad olunmasından 6 il ötür
  • 7-11-2026, 18:30
    Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
  • 7-11-2026, 18:00
    "Şahdəniz"də hasilat dinamikası ilə bağlı gələn il üçün proqnozlar açıqlanıb
  • 7-11-2026, 17:30
    İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
  • 7-11-2026, 17:00
    Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
  • 7-11-2026, 16:31
    Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
  • 7-11-2026, 16:22
    Bakıda 10 dəqiqəlik yağış - yollar keçilməz oldu, avtomobillər suda qaldı
  • 7-11-2026, 15:56
    SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
  • 7-11-2026, 15:35
    Gömrükdə BU DA OLDU: Zəfər Gününə görə verilən mükafatın 15 manatını kəsdilər... - GİLEY
  • 7-11-2026, 15:07
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • 7-11-2026, 15:01
    Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
  • 7-11-2026, 14:44
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 14:28
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • 7-11-2026, 12:45
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • 7-11-2026, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə