• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Prezident və xanımı zavod açılışında

Siyasət

3-08-2022, 14:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Grand-Agro İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsinin fəaliyyəti ilə tanış olublar və “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinin badam emalı zavodunun açılışında iştirak ediblər.

bakunews.az musavat.com-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Grand-Agro İnvitro” MMC-nin icraçı direktoru Taleh Zeynalov dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verdilər.

İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan prioritetlər uğurla həllini tapır. Eyni zamanda, qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının payı artır. Bu isə ərzaq təhlükəsizliyinin təmin olunması və idxaldan asılılığın aradan qaldırılması deməkdir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyəti ilə tanış olduqları “Grand-Agro İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsi və “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olan badam emalı zavodu məhz qeyri-neft sektoru və kənd təsərrüfatının inkişaf konsepsiyasının uğurla reallaşdırılmasının nəticəsidir.

Prezident İlham Əliyev: Son vaxtlar fındıqçılıq Azərbaycanda çox inkişaf edir. Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq. Fındıq ixracına görə biz indi dünyada üçüncü yerdəyik. Amma badam istehsalı, əfsuslar olsun ki, Azərbaycanda çox aşağı idi və daxili tələbatı ödəmirdi. Ona görə indi badamçılıqla da ciddi məşğul olmaq lazımdır. Bu meyvə sortları yerli sortlardır, yoxsa xarici sortlardır?

Taleh Zeynalov: Həm xarici sortlarımız, həm yerli sortlarımız var. Məqsədimiz də odur ki, yerli sortların içərisində məhsuldar və təbiətə uyğun çeşidləri seçib seleksiya yolu ilə onların artırılmasına nail olaq.

Prezident İlham Əliyev: Burada çox vacib məsələ odur ki, əlbəttə, intensiv bağçılıq daha çox məhsulun həcminə istiqamətləndirilir. Amma bizim xüsusiyyətimiz və üstünlüyümüz odur ki, - hər zaman belə olub, bu gün də belədir, - bizdə yetişdirilən meyvə-tərəvəz təbiidir. Yəni, orqanikdir və onun xüsusi dadı var. Burada yerli sortlara daha çox üstünlük verilməlidir. Yəni, kəmiyyət dalınca getsək, bizim xüsusi dad verən o meyvələri itirə bilərik. Buna xüsusilə diqqət yetirin. Çünki bizim istər narımız olsun, almamız olsun, pomidorumuz olsun, xurmamız olsun, doğrudan da xüsusi dada malikdir. Biz onu itirməməliyik.

x x x

Qeyd edək ki, 2017-ci ildə fəaliyyətə başlayan “Grand-Agro İnvitro” MMC məhsuldar meyvə və digər bitki tingləri yetişdirməklə məşğuldur. Müəssisənin tətbiq edilən müasir texnologiyalar sayəsində ənənəvi üsullarla çoxaldılması mümkün olmayan, həmçinin yerli və xarici bazarda rəqabətədavamlı yüksəkkeyfiyyətli məhsullar yetişdirmək imkanları mövcuddur. Növ seçimi bazarın tələbatı və müştərinin sifarişinə uyğun olaraq müəyyən edilir.

“İnvitro” layihəsinə yatırılan investisiyanın ümumi məbləği 21 milyon manatdır.

İstixanalar müasir damcı üsulu və sisləmə sistemi ilə suvarılır. Müəssisənin beynəlxalq standartlara tam cavab verən laboratoriyası isə ən müasir texnologiyalarla təchiz olunub. İnkubasiya otaqlarının geniştutumlu olması sayəsində laboratoriya il ərzində 4 milyon ədəd müxtəlif cins və sort yetişdirmək imkanına malikdir.

Müəssisədə 84 nəfər daimi işlə təmin olunub.

x x x

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdikləri badam emalı zavodu isə “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus istehsal müəssisəsidir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azbadam” MMC-nin icraçı direktoru Anar Ağayev dövlətimizin başçısına və birinci xanıma zavod barədə məlumat verdilər.

Qeyd edildi ki, layihənin həyata keçirilməsi iki mərhələdə planlaşdırılıb. Birinci mərhələ üzrə 2017-2019-cu illərdə Abşeron rayonunun Qala və Bilgəh qəsəbələrində Aralıq dənizi badam sortlarından olan Quara (160 hektar), Belona (95 hektar), Avijor (138 hektar) və Soleta (34 hektar) növlü ağaclardan ibarət badam bağları salınıb. Bağlara yatırılan ümumi investisiya məbləği 17 milyon manatdır.

İkinci mərhələdə yaradılan zavod ölkədə ilk badam emalı müəssisəsidir. İnşası 2021-ci ilin sentyabrında tamamlanan zavodun ümumi investisiya dəyəri 13,5 milyon manatdır. Bunun 10 milyon manatı Sahibkarlığın İnkişafı Fondu hesabına ayrılan güzəştli
kredit, 3,5 milyon manatı isə təsisçi kapitalıdır.

Mikayıl Cabbarov: 2015-2019-cu illərdə ölkədə istehlak olunan təmizlənmiş badamın 90-95 faizi idxal edilirdisə, 2021-ci ilin nəticələrinə görə artıq biz ürəkaçan dinamikanı görə bilirik.

Anar Ağayev: İdxalı 50 faizə qədər azaltmışıq. 2024-cü ildə isə yalnız bizim bağ bütün Azərbaycanın istehlak həcmini qarşılaya biləcək. Digər bağlardan alacağımız badamları da emal edib ixrac edəcəyik.

Prezident İlham Əliyev: Çox yaxşı, öz bağlarınızın da sahəsini genişləndirin. Çünki badam yetişdirmək üçün Abşeron torpağı çox münbitdir. Burada boş sahələr çoxdur. Biz gələndə gördük ki, bütün yol boyunca sağ-sol zeytun bağlarıdır. Əvvəllər bu ərazi boş sahə idi, son vaxtlar əkilmişdir. Bu, böyük imkanlardır. Abşeron torpaqları zeytun, badam yetişdirmək üçün ən münbit torpaqlardır. Burada hələ boş torpaqlar var, onlardan mütləq istifadə etmək lazımdır. Çünki biz gələcəkdə badamı da fındıq kimi ixrac edəcəyik.

Dövlətimizin başçısı İlham Əliyev zavodu işə saldı.

Bildirildi ki, zavodda məhsulun ilkin emalı, sındırılması, qurudulması və çeşidlənməsi nəzərdə tutulur. Müəssisə İspaniyanın “Jose Borrell S.A.” brendinə məxsus avadanlıqla təchiz edilib. Zavodun illik emal gücü 2 min ton badam ləpəsidir.

Onu da deyək ki, “Azbadam” MMC investisiya təşviqi hesabına edilən güzəştlərdən yararlanaraq, indiyədək xərclərinə 1 milyon manat məbləğində qənaət edib. Badam ləpəsinin ölkədaxili illik istehlak həcmi 750-800 ton təşkil edir. 2015-2019-cu illərdə ölkədə istehlak edilən badam ləpəsinin 90-95 faizi idxal olunurdu. Bu məqsədlə ölkədən hər il 6 milyon ABŞ dolları məbləğində valyuta xaricə çıxırdı. Müəssisənin fəaliyyəti nəticəsində 2024-cü ildən etibarən daxili bazarın tələbatı “Azbadam” MMC-nin emal müəssisəsi hesabına nəinki tam şəkildə təmin olunacaq, məhsullar Avropa İttifaqı ölkələrinə, Türkiyəyə, MDB və Mərkəzi Asiya respublikalarına, Hindistana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə “Made in Azerbaijan” brendi ilə ixrac ediləcək.

Müəssisə əhalinin məşğulluq məsələsinin həllinə də töhfə verir. Burada 130 nəfər daimi işlə təmin olunub.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

12-08-2022, 13:50

Prezidenti və birinci xanım Mehriban Əliyeva “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan tikinti-bərpa işləri ilə tanış olublar

Siyasət

12-08-2022, 11:12

Prezident və xanımı Qobustanda...

Siyasət

12-08-2022, 12:28

Prezident və birinci xanım Mehriban Əliyeva İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər

Siyasət

12-08-2022, 10:45

İlham Əliyev və Mehriban Əliyeva “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar

Siyasət

12-08-2022, 10:52

Mehriban Əliyeva “Diri Baba” türbəsinə ziyarətlə bağlı paylaşım edib

Siyasət

26-08-2022, 17:45

Mehriban Əliyeva məktəb və körpələr evi-uşaq bağçasının açılışlarında iştirak etdi

Cəmiyyət

1-03-2023, 00:22

Fərid Şərifov Od Çərşənbəsi münasibətilə Azərbaycanı, Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Təbrik etdi

Siyasət

15-11-2022, 23:00

Ulu Öndər Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizdir.

Siyasət

5-08-2022, 12:34

Bu Komissiyanın tərkibində dəyişiklik edildi

Siyasət

20-07-2022, 19:25

İlham Əliyev: "Azərbaycanda investisiya iqlimi çox yaxşıdır"

Siyasət

12-08-2022, 15:37

Prezident İlham Əliyev “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış olub

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 18:03
    Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
  • Bu gün, 17:46
    Elman Rüstəmov məşhur restoranını 22 milyon manata satdı
  • Bu gün, 17:27
    Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
  • Bu gün, 17:18
    Azərbaycan yeni mərmiatan dron istehsal edib
  • Bu gün, 17:02
    Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
  • Bu gün, 16:47
    "Bu dəyişiklik nə vaxt baş verəcək?" - HƏQİQƏTƏN DƏ...
  • Bu gün, 16:17
    Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı mexanizmi ilə bağlı qanunvericilik təkmilləşdirilir
  • Bu gün, 15:57
    Cavid Qurbanovu tənqid edən şair ONUNLA BARIŞDI - "ARA VURANLAR" var imiş...
  • Bu gün, 15:31
    Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini ratifikasiya edib
  • Bu gün, 15:17
    “Lux Residence”-dən növbəti şikayət: "məni məcburi çıxarmağa çalışırlar"
  • Bu gün, 14:43
    İsrail ordusunun Baş Qərargah rəisi yüksək döyüş hazırlığı səbəbilə ABŞ səfərini ləğv edib
  • Bu gün, 14:16
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
  • Bu gün, 14:07
    12 milyonluq “Bulvar İdarəsi” İŞİ: “Pulları Fuad müəllimə verirdim” - MƏHKƏMƏ
  • Bu gün, 12:42
    Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur
  • Bu gün, 12:35
    Dələduzluq edən məmur DANIŞDI: "Çoxlu borcum vardı" - TƏFƏRRÜAT
  • Bu gün, 12:06
    Milli Məclisin komitələrinin səlahiyyətlərinin artırılması təklif olunur
  • Bu gün, 11:49
    Leobank müştəriləri aldadır? – Kart qalığı ilə bağlı narazılıq
  • Bu gün, 11:13
    Prezident: Azərbaycanın müdafiə sənayesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
  • Bu gün, 11:03
    Zakir Həsənov: Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur
  • Bu gün, 10:54
    Yasamalda piyadaların bir yolu var: UÇMAĞI ÖYRƏNMƏK... - DƏLİXANADIR, VALLAH...
  • Bu gün, 10:24
    Azərbaycan neftinin qiyməti 118 dollara düşüb
  • Bu gün, 10:14
    “Şeyx, sənin tormozun tutmur, Əlinin qadasını alırdın, Ruhəngiz, indi...” - Xalq artistinə cavab verdi, digərlərinə söz atdı
  • Bu gün, 09:50
    İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 09:43
    Bakıda qutabı 75 manata satan iş adamı Rusiyaya 1.5 milyard aparıb - İLGİNC
  • Bu gün, 08:54
    Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 23:32
    Nadir Qocabəyli Tural Sadıqlının iddiasına cavab verdi: “Məsələ təkcə Hikmət Hacıyevlik deyil”
  • Dünən, 19:00
    Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
  • Dünən, 18:23
    İraqı sonuncu İtaliya hərbçisi tərk edib
  • Dünən, 18:18
    Dövlətin güzəştli krediti hesabına tikilən nəhəng anbar müsadirə olunaraq satışa çıxarıldı – Fotolar
  • Dünən, 17:53
    Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
  • Dünən, 17:42
    Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDI
  • Dünən, 17:19
    Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb
  • Dünən, 17:09
    "Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
  • Dünən, 16:45
    Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub
  • Dünən, 16:31
    1700 manat dəyərində kreditlə məhsul alsa da... - GİLEY
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə