Sizin reklam burada 728×90
Son dəqiqə

Binəqədi-Novxanı şosesində müəmmalı tikinti: İcazə varmı, yoxsa?.. - VİDEO

23.11.2026 11:19 26 1 dəq oxunur
Binəqədi-Novxanı şosesində müəmmalı tikinti: İcazə varmı, yoxsa?.. - VİDEO

Bakının Binəqədi-Novxanı şosesində qanunsuz tikinti aparıldığı iddia olunur. Söhbət yolun kənarında avtoyuma məntəqəsi üçün quraşdırıldığı bildirilən metal konstruksiyalardan gedir.

Patrul.az xəbər verir ki, ərazidə aparılan işlər hələ ilkin mərhələdə olsa da, artıq bir sıra suallar doğurub. Belə ki, tikinti sahəsində hər hansı məlumatlandırıcı lövhə yerləşdirilməyib. Obyektin kimə məxsus olduğu, torpaq sahəsinin təyinatı və tikinti işlərinin hansı icazə əsasında aparıldığı barədə məlumat əldə etmək mümkün deyil.

Xüsusilə yol kənarında belə bir obyektin inşasına başlanılması diqqət çəkir. Görəsən, aidiyyəti qurumların bu tikintidən xəbəri varmı? Əraziyə baxış keçirilibmi? Əgər tikinti zamanı hər hansı qanun pozuntusuna yol verilirsə, bunun qarşısı niyə indiyədək alınmayıb?

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.

Gözləntimiz odur ki, əraziyə baxış keçirilsin, tikintinin qanuniliyinə hüquqi qiymət verilsin və nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat təqdim olunsun.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az