• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Əmlak Xidməti ilə “AzGerneft” əlbir olub... NARAZILIQ YARADIR - ÖZBAŞINALIQ!

Cəmiyyət

2-07-2024, 14:37

Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə sakinləri – Almuradova Cəmilə Cavad qızının etibarnamə üzrə nümayəndəsi, Qubadlı rayon, Hal kəndində qeydiyyatda olan Dadaşov Ceyhun Möhübbət oğlu və qeyriləri tərəfindən başda Prezident İlham Əliyev olmaqla bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan məlumatda deyilir:
“Əvvəlcə məlumat üçün bildirim ki, Bakı şəhəri, Suraxanı rayonun , Yeni Suraxanı Bələdiyyəsinin 25 iyul 2006-cı il tarixli, 58 saylı qərarı əsasında verilmiş çıxarışa əsasən Suraxanı rayonu ( hazırda Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi) Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, keçid 25- ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində olan tikilinin ( sahəsi 150 kv.m olan) 3 otaqlı mənzilin özəlləşməsi və sənədləşməsi üçün cari ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidməti İdarəsinə rəsmi müraciət etmişdim. Müraciət zamanı bütün sənədləri, o cümlədən Almuradova Cəmilə Cavad qızının adına 16 noyabr 2006-cı il tarixdə verilmiş 00600016032000014 nömrəli Torpaq sahəsinin kadastr planı da təqdim edilmişdir. ( sənəd əlavə edilir) Lakin çox təssüflər olsun ki, İqtisadiyyat Nazirliyi yannda Əmak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş rəsmi cavabda bildilirlir ki, “… sənəddə göstərilən döngə nöqtələrinin koordinatları- ( X- 1. 416531.58, 2. 416546.73, 3. 416561.12, 4. 416546.67, və Y üzrə 1. 447858.97, 2. 447872.16, 3. 447857.91, və 4. 4478045.08 koordinatları faktiki torpaq sahəsinin qeyd edildiyi əraziyə yox, 1100 kv.m olmaqla digər əraziyə düşür. Bu da Dövlət Neft Şirkəti ərazisi olduğundan sizin müraciətinizi həll edə bilmirik.”
Halbuki, mənim yaşadığım qonşuluqdakı sakinlər hazrda yaşadıqları fərdi yaşayış evlərinə çıxarışlar almışlar. Guya bircə Cəmilə Almuradaova 2006-cı ildə ayrılan 400 kv. M torpaq sahəsinin kadastr planında göstərilən döngə nöqtələri Neft Şirkəti ərazisinə düşürmüş. Bu əsassız cavabdır. Və hazırda yaşadığığımız həmin ərazi 2011-ci ildən sonra ARDNŞ-nin qurumuna qanunsuz olaraq daxil edildiyi üçün hazırda yerdə qalan tikili evlərin özəlləşdirmə sənədi almaq müşkülə çevrilmişdir. İqtisadiyyat Nazirliyi yannda Əmak Məsələləri Dövlət Xidməti isə Dövlət Neft Şirkətinin qorxusundan əsasız olaraq döngə nöqtələrini bəhanə edərək yaşadığımız evə özəlləşdirmə sənədi vermək istəmir.
BƏS REALLIQDA YAŞADIĞIMIZ ƏRAZİ KİMƏ MƏXSUSDUR?
Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 fevral 2000-ci il tarixli, 134 saylı sərəncamına əsasən Bakı-aeroport yolunun sol tərəfində yerləşən Hövsan Aerasiya stansiyasına məxsus olan lil meydançasının 47,5 hektar – lil meydançasının təşkili və fərdi yaşayış massivinin tikintisi üçün aşağıda göstərilən qaydada bölünmüşdür:
10 hektar torpaq sahəsi “Bakıkanalizasiy” istehsalat Birliyinə Hövsan Aerasiya stansiyasının lil meydançasının təşkili üçün saxlanılsın.,
–18.75 ha torpaq sahəsi Bakı şəhər İH-nin mənzil sahəsinin qeydiyyatı və təqdimatı əsasında Bakı şəhərinin başqa rayonlarından olan ların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə növbədə olan vətəndaşların yaşayış evlərinin tikintisi üçün Suraxanı rayon İcra Hakimiyyətinə təkim edilmişdir.
–18.75 ha torpaq sahəsi Suraxanı rayonunda mənzil növbəsində növbəsi olan vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün Suraxanı rayon İH-nə təhkim edilmişdir.
Yəni, Bakı ş. İH-nin 134 saylı sərəncamına əsasən 2000-ci il tarixindən cəmi 37,5 hektar ərazi mənzil növbəsində olan ayrı-ayrı vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi məqsədilə müvafiq sərəncamlar əsasında paylanmış və 2004-cü ilin iuyn ayınadək ərazı paylanıb qurtarmışdır. Həmin ərazidə hal-hazırda 2800 -ə qədər ailə bir 20 metrlik Mərkəzi küçə ( uzunluğu 2500 metr olan) və bu küçəyə perpendikulyar olan və hər 40 metrdən bir 10 metr enində 29 məhəllədaxili küçələrdən ibarət yaşayış massivi fərdi qaydada tikilib istifadəyə verilmişdir.( Hansı ki. burada 25-ci keçid bizim evə məxsus torpaq sahəsi 2006-cı ildə ayrılmışdır.) Sözügedən ərazidə yaşayanların bir çoxu Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən 2005-2015-ci illər ərzində istifadə etdikləri mənzillərinin Çıxarışlarını əldə etmişlər. Yəni, Azərbaycanda yaşayan bütün sivil insanlar və təşkilatlar yaxşı başa düşürlər ki, vətəndaşın mülkiyyətinə çıxarışın verilməsi təsdiq edir ki, əmlak ona məxsusdur və dövlət tərəfindən qorunur. Belə olan halda, təbbi sual yaranır: Dövlət Neft Şirkətilə Almaniyanın “Qrünveald” şirkəti arasında 1994-cü ildə bağlanmış şübhəli müqavilə əsasında yaradılan “AzGerneft” MMC – nın 2000-ci ildən salınmış yaşayış massivinə nə aidiyyatı ola bilər.?
Son vaxtlar “AzGerneft” MMC-tərəfindən qəsəbəmizdə yaşayan biz sakinlərə qarşı şikayət və iddia ərizələrində qeyd edirlər ki, “Bakı ş.İH-nin 31 yanvar 1963-cü il tarixli, 30/1477 saylı qərarıilə “Azneft” İB “Balaxanıneft” NQÇİ daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün sənaye təyinatlı torpaq sahələri ayırmışdır. Yəni, iddiada özlərinin də qeyd etdikləri kimi Sabunçu rayonu ərazisində yerləşən “Balaxanıneft” in balansına Balaxanı ərazisindəki müəyyən torpaq sahələri verilmişdir. Son illər istifadəmizdə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması qanunla qorunuan hüquqları pozur və mənafeimizə toxunur.” Necə ola bilər ki, 2000-ci ilin fevralından vətəndaşlara paylanmış 37.5 ha torpaq sahəsində 24 ildir ki, üç mindən çox ev inşa olunmuş və biz insanlar yaşamağımızda davam edirik. O zaman sual olunur ki, 1994-cü ildən fəaliyyətdə olan “AzGerneft “ MMC- niyə evlər tikildikdən 20 il sonra ərazinin ona məxsus olması iddiası ilə çıxış etməyə görəsən nə vadar etmişdir? Niyə “AzGerneft” MMC Bakı şəhər İh-ti tərəfindən 1978-ci ildən “Bakkanalizasiya” İB-nə məxsus olan ərazinin yenidən bölüşdürülməsi barədə verdiyi 11 fevral 2000-ci il tarixli, 134 saylı sərəncamının ləğv edilməsi barədə iddia qaldırmağa indiyədək cürət edə bilməmişdir.? Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti mübahisələndirilən yaşayış sahəsində evlərə çıxarış verməzdi, əgər bu ərazi Neft şirkətinin ərazisinə daxil olsaydı.
Bir daha xatırlatmaq yerinə düşərdi ki, uzunluğu 240 metr və eni 10 metr olan və 29 belə məhəllədaxili küçənin 25-ci keçidində baş etibarnamə əsasında içərisində 150 kv.m sahəsi olan 3 otaqlı mənzillə birlikdə topaq sahəsini almış şəxsin evinin sənədləşməsini koordinatlarin indi Neft Şirkətinə düşməsi bəhanəsilə əsassız imtina etməsi başa düşülən deyil.
Digər tərəfdən 2000-ci ildən biz vətəndaşlara fərdi ev tikintisi üçün Bakı şəhər İH-ti tərəfindən verilmiş 37.5 hektar torpaq sahəsinin niyə məhz mərkəsi hissəsində yerləşən 400 kv.m ərazinin döngə nöqtələri mübahisələndirlir? Niyə “AzGerneft” MMC vətəndaşlara verilmiş 37.5 ha ərazinin 1 kv.m ərazisində bu günədək konkret olaraq hər hansı bir iş görə bilməmişdir? Bu ərazidə son 100 il ərzində neft hasilatına aid olan hər hansı detalın olmaması nə ilə izah edilə bilər ki, “AzGerneft” MMC ərazinin onlara məxsus olmasını əsaslandıra bilsin.
Xatırlatmaq yerinə düşərdi ki, 2011-ci ilin yazında Neft Şirkətinə aid olan helikopter əvvəlcə yaşadığımız 37.5 ha yaşayış massivi üzərində bir neçə dəfə dövrə vuraraq ərazinin xəritəsi hazırlanmış, saxta sənədlər tərtib edilərək guya bu torpaqların “AzGerneft” MMC-yə aid olması barədə səs-küy salınmış, Daxili İşlər Nazirliyi Mühafizə Polis İdarəsilə ərazidə hər hansı tikinti işlərinin aparılmamasıuilə bağlı 7000 manat aylıq ödəniş etməklə müqavilə bağlanmış və ərazi ciddi nəzarətə götürülmüşdür. Dərhal 104 ailənin imzasıilə dövlət başçısına və digər direktiv orqanalara ünvanlanmış şikayət ərizəsində “AzGerneft” MMC-nin ərazi iddiasıilə bağlı özbaşnalıqlarının qarşısının alınmasılə bağlı rəsmi müraciət edilmişdir. Şikayət ərizəsi 2011-ci ildə DİN-nin Bakı Baş Polis İdarəsinin müstəntiqi, polis polkovniki Arzu Əliyevin icraatına verilmişdir. Araşdırma zamanı müstəntiq əraziyə baxış keçirmiş, şikayətçilərdən izahat almış və mənzillərə dövlət orqanı tərəfindən verilmiş çıxarış sənədlərini iş materiallarına əlavə etmişdir. Nəticədə, “AzGerneft” MMC-nin sabiq MTN əməkdaşı olan lider işçisi Fuad Babayev adlı şəxs vətəndaşlara qarşı törətdiyi özbaşnalığa görə cəzalandırlımış və işdən qovulmuşdur. Dövlət başçısının diqqətində olan bu məsələ ciddi rezonans doğurduğundan yaşadığımız əraziyə iddialı olan “AzGerneft” MMC- mühafizə polislərini əraziyə göndərilməsinin dayandırlması barədə qərar qəbul etmiş və bir müddət “AzGerneft” MMC biz insanlara qarşı ərazi iddiasından əl çəkmişdir.
Budur, “AzGerneft” MMC rəhbərliyi yenidən biz Azərbaycan vətəndaşlarına verilmiş ərazini neft hasil etmək adı altında zəbt edərək gələcəkdə nə qədər qazanc əldə edə bilmələri üçün müstəqil dövlətimizə və ictimaiyyətə qarşı təxribatçı işlərlə məşğuldurlar. Görünən budur ki, “AzGerneft” MMC hazırda ölkədə baş verən ağır iqtisadi-sosial durumudan istifadə etməklə yenidən ərazi iddiasını ortalığa qoymaqla 37.5 ha ərazidə 24 ildir ki, məskunlaşmış 7000 insanı dövlətə qarşı nifrət hissi aşılamaqla zonada xaos yaratmaq istəyirlər ki, sonda çirkin niyyətlərinə çata bilsinlər. Bizə məxsus ərazinin “AzGerneft” MMC-yə aid olmamasını təsdiq edən sənədlər:
Dövlət Torpaq və Xəritəçəklmə Komitəsinin Bakı şəhər Şöbəsinin müdiri cənab N.A.Məlikovun “Korrupsiya və Cəmiyyət” Beynəlxalq ictimai-siyasi jurnalın baş redaktoruna ünvanladığı 01/04-1047 saylı, 22.07.2011-ci il tarixli rəsmi cavab məktubunda qeyd edilir: “Suraxanı rayonu, Bakı-Aeroprt yolunun sol tərəfində Bakı ş. İH-nin mənzil sahəsinin qeydiyyatı və təqdimatı əsasında Bakı şəhərinin başqa rayonlarında mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə növbədə olan vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün Suraxanı İH-nə təhkim edilmiş 18,75 ha torpaq sahəsi Dövlət Neft çirkətinin “Suraxanı Oyl Opereyşn Kompani S.A”Şirkətinin (keçmiş “suraxanıneft” NQÇİ) torpaq sahələrinin hüdudlarından kənarda yerləşir.”
Dövlət Neft Şirkəti prezidentinin müavini Mikayıl İsmayılova ünvanlanmış digər rəsmi cavabda qeyd edilir ki, “Sizin SOCAR /15-1000\22\HMM-04-000065 saylı 22.10.2015-ci il tarixli məktubunuza cavab olaraq bildirilir ki, vətəndaş Sevil Baxşəliyevanın mübahisələndirdiyi torpaq sahəsinə tərəfimizdən baxış keçirilmiş və müəyyən edilmişdir ki, 1) 415843.06 mB/ 4478648.65 mC 2) 415830.74 mB\4478636.66 mC 3) 415858.49 mB/4478630.85mC, 4) 415845.08 mB/ 4478620.97 mC koordinatlar üzrə yerləşən torpaq sahələri “Suraxanı OYL Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsinə verilmiş Kontrakt ərazisinin hüdudlarından kənarda yerləşir.” Qoşmaya ərazinin peyk görüntüsü əlavə edilmişdir.
Qeyd edək ki, “AzGerneft” MMC haqqında internet resurslarda yerləşdirilmiş məlumatdan aydın olur ki, “Azgerneft” MMC iddiada yazıldığı kimi heç də 60 %-lik paya sahib olan Almaniyanın “Qrünvald” şirkətinə deyil, Sinqapur Respublikasının Union Grand Enerji PTE Ltd şirkətinə məxsusdur. Və beləliklə “AzGerneft” MMC öz tərəfdaşının həqiqətdə hansı təşkilata məxsusluğunu gizlədərək bizim yaşadığımız ərazinin guya faktiki olaraq onlara məxsus olamsını bağladıqları saxta müqavilələr əsasında onlara məxsus olduğunu Əmlak Məsləri üzrə Dövlət Komitəsinə bildirmişlər. Belə olan halda “AzGerneft” MMC ilk öncə hüquqi statusunu yeniləməli, loqosunu dəyişməlidir. Hazırda Almaniya şirkətinin “AzGerneft” MMc-ilə hər hansı əlaqsəi və işbirliyi yoxdur. Odur ki, hesab edirik ki, “AzGerneft” MMC-nin Almaniyanın “Qrünveld” şirkəti adından hər hansı formada çıxış etməsi saxtakarlıqdir və cinayət məsuliyyəti yaradır. Ümumiyyətlə, “AzGerneft” MMC əsassız olaraq biz vətəndaşlara qarşı torpaq iddiasında olmasında dələduzluq əməli vardır və bu məsələ hüquq mühafizə orqanları tərəfindən dərhal araşdırlaraq hüquqi qiymətini almalıdır.
Cənab Prezident! Yuxarıda göstərilənləri nəzərə almaqla yenicə düzüb qoşduqları saxta sənədlərlə biz sakinlərin qanuni formada yaşadığımız ərazininin guya Neft Şirkətinə aid olmasını göstərən saxta sənədləşmə ilə zəbt etməyə çalışan və sonda İqtisadiyyat Nazirliyi yannda Əmak Məsələləri Dövlət Xidməti ilə Neft Şirkətini təmsil edən “AzGerneft” MMC rəhbərliyinin gizli sövdələşməsi nəticəsində evimin sənədləşməsinə əsassız maneçilik törətməsinin qarşısının alınması, evimin sənədləşməsinə imkan verilməsinə göstəriş verməyiniz xahiş edir, və əvvəlcədən minnətdarlığımızı bildiririk”. (Aktualinfo)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

1-04-2024, 09:59

Bu ərazilərdə qazın verilməsində fasilələr yaranacaq

Gündəm / Cəmiyyət

30-01-2024, 21:21

Bakıda bəzi fərdi evlər söküləcək

Hadisə

10-08-2022, 16:26

Siqaret pulu vermədiyinə görə anasını DÖYDÜ - Bakıda şok olay

Gündəm / Cəmiyyət

10-05-2024, 19:17

Müğənni Ziba Osmanlı qəza törətdi - 16 yaşlı qız yaralandı

Cəmiyyət

22-11-2023, 10:51

Bakıda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR

Cəmiyyət / Olay

19-06-2023, 15:01

Eldar Həsənovun ailə üzvləri yenidən Ali Məhkəməyə müraciət etdilər

Ölkə

9-04-2023, 22:08

Deputatdan Hacıbala Abutalıbova ağır ittiham: “Rayonu işğal edib…”

Cəmiyyət

16-08-2022, 13:08

Suraxanıda növbəti küçə asfaltlandı 

Maraqlı

30-07-2022, 19:50

Suraxanı qadını xəstəxanaya aparmaq üçün FHN-ə zəng edildi

Gündəm / Cəmiyyət

24-04-2024, 13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Təhsil

14-07-2022, 02:06

Suraxanı rayon 146 saylı məktəbdə fərqlənən şagirdlərin ATTESTATINI Şəhid anası təqdim etdi

Cəmiyyət

15-08-2022, 18:44

Suraxanıda reyd keçirilib, qanunsuz heyvan kəsimi və ət satışı məntəqələri aşkarlanıb

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
Dünən, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 12:44
    Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
  • Bu gün, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
  • Bu gün, 12:06
    Makron süni intellektlə bağlı Müdafiə və Mili Təhlükəsizlik Şurasının iclasını keçirəcək
  • Bu gün, 11:41
    LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
  • Bu gün, 11:26
    Gədəbəydə avtomobil aşıb, ölən var
  • Bu gün, 11:09
    "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
  • Bu gün, 10:47
    Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Bu gün, 10:38
    Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
  • Bu gün, 09:54
    Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
  • Bu gün, 09:47
    NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
  • Bu gün, 09:26
    Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Bu gün, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • Bu gün, 08:48
    Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • Dünən, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • Dünən, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • Dünən, 18:02
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
  • Dünən, 17:42
    Sadır Japarov sabah Azərbaycana səfər edəcək
  • Dünən, 17:34
    “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –FOTOFAKT
  • Dünən, 16:48
    Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşüb
  • Dünən, 16:29
    Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
  • Dünən, 16:14
    Enerji atəşkəsi, dizel sövdələşməsi – Rusiya-Ukrayna müharibəsində yeni bir sınaq
  • Dünən, 16:08
    Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
  • Dünən, 15:49
    Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
  • Dünən, 15:38
    “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
  • Dünən, 15:09
    Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
  • Dünən, 14:58
    Başçının dövlət torpaqları ilə qanunsuz biznesi və 24 min əhalinin yol problemi
  • Dünən, 14:52
    Türkiyədəki anti-Azərbaycan kampaniyasının SİRRİ AÇILDI
  • Dünən, 14:51
    Türkiyədə Azərbaycan əleyhinə media hücumu: bu, kimin marağındadır?
  • Dünən, 14:35
    Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
  • Dünən, 13:01
    Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
  • Dünən, 12:54
    Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
  • Dünən, 12:39
    Parlamentdə təhlükəli mallarla bağlı tədbirlər dairəsinin müəyyənləşdirilməsi birinci oxunuşdan keçib
  • Dünən, 12:28
    Peşə təhsil mərkəzində yeni təyinat - Avtomobil təmiri sexi, yeni adamlar...
  • Dünən, 11:58
    Azərbaycan Laosdan olan tələbələr üçün təqaüd sistemi təklif edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə