• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Aynur Sofiyeva: “Dünya Kuboku Nicat Abasovun şahmat karyerasında dönüş nöqtəsi olacaq” - MÜSAHİBƏ

İdman

25-08-2023, 22:49

Bakıda təşkil edilən şahmat üzrə Dünya Kuboku dünən keçirilən həlledici oyunlarla başa çatıb. İyulun 30-da startı verilən mötəbər turnirin qalibi beşqat dünya çempionu Maqnus Karlsen olub. Hindistanlı Rameşbabu Praqnanandha və Azərbaycan qrosmeysteri Nicat Abasov şahmat dünyasını təəccübləndirsələr də, müvafiq olaraq çempionluq və bürünc medal uğrunda görüşdə təcrübəli rəqiblərinə uduzublar.

Yarışı yaxından izləyənlər arasında islam dünyasında qadınlar arasında ilk beynəlxalq qrosmeyster (1990) Aynur Sofiyeva da var idi.

16 yaşında qızların yarışında SSRİ, 20 yaşında tələbələrin mübarizəsində dünya çempionu olan, 20 yaşadək qızlar arasında dünya çempionatının və 1993-cü ildə Azərbaycan yığmasının heyətində 26 yaşadək şahmatçılar arasında mundialın gümüş medalını qazanan Aynur Sofiyeva hazırda Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür.

Qrosmeyster “Report”a müsahibəsində Dünya Kubokunun təşkilatçılığından tutmuş, azərbaycanlı şahmatçıların nəticələrinə qədər, bir çox məsələlərə toxunub.

- Bakıda keçirilən Dünya Kuboku dünən başa çatdı. Təəssüratınız necədir?

- Turnir möhtəşəm keçdi. Uzun fasilədən sonra ilk dəfə belə peşəkar səviyyədə yarış izləyirdim. Nostalji hisslər yaşadım. Dünya Kuboku məndə böyük təəssürat oyatdı. Yüksək səviyyədə keçməsinin əsas səbəbi güclü şahmatçıların iştirakı və maraqlı mübarizənin alınması idi. Təbii ki, Azərbaycanın ev sahibliyinin də buna töhfəsi az olmadı. Bağlanış mərasimində olarkən həm FIDE-nin, həm də şahmatçıların razı qaldıqlarının bir daha şahidi oldum. Onlar üçün çox gözəl şərait yaradılmışdı. Azərbaycan bu gün idman ölkəsi kimi qəbul edilir. Dövlətin bu istiqamətdə uğurlu siyasəti, idmançılarımızın, o cümlədən, şahmatçılarımızın dünya arenalarında nəticələri müxtəlif mühüm tədbirlərə ev sahibliyi etməyimizə yol açır. Azərbaycanda həmişə ən yüksək standartlara cavab verən tədbirlər keçirilir. Dünya Kuboku da növbəti belə yarışlardan biri idi.

- FIDE rəhbərliyi və qonaqlar təşkilatçılıqdan məmnunluq bildirdilər. Hadisələri yaxından izləyən biri kimi, görülən işlərə hansı qiyməti vermək olar?

- Azərbaycan Şahmat Federasiyası bu günə qədər çox yarışa ev sahibliyi edib. Hər birində həm şahmatçıların rahatlığı, həm oyun zamanı yaradılan imkanlar, həm də tamaşaçıların izləməsi baxımından təşkilatçılıq yüksək səviyyədə olub. Təkcə şahmat yox, digər idman növlərində də ev sahibliyi etdiyimiz tədbirlər daim yüksək qiymətləndirilib. Çünki Azərbaycan buradakı yarışlara həmişə diqqətlə, böyük məsuliyyətlə yanaşır. Beynəlxalq qurumlar da bunu yüksək qiymətləndirirlər. Bunda Azərbaycan Prezidenti İlham Əliyevin idmana olan diqqəti, qayğısı və xüsusi münasibəti böyük rol oynayır.

- Bir müddət əvvəl müsahibənizdə Maqnus Karlsenin dövrünün bitdiyini demişdiniz. Norveçli karyerasında ilk dəfə Dünya Kubokunu qazandı. Bu cür sonluq gözləyirdiniz?

- Açığı, Karlsen haqqında belə bir ifadə işlətdiyimi xatırlamıram. Yəqin ki, onun dünya şahmat tacı uğrunda görüşdən imtina etdiyi dövrə təsadüf etmişdi. Ancaq Karlsen Bakıdakı turnirdə öz gücünü bir daha göstərdi. Doğrudan da, çox güclü və maraqlı şahmatçıdır.

- Nicat Abasovun yarımfinala qədər irəliləməsi sensasiya kimi qələmə verildi. Siz də onun nəticələrini sürpriz hesab edirsiniz?

- Nicatın nəticəsi bizi çox sevindirdi. O, çox güclü şahmatçıdır. Açığı, bu turnirdə Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovdan uğurlu nəticə gözləyirdik. Amma yarış Nicatın daha yaxşı hazırlaşdığını göstərdi. Öz üzərində çalışan, böyük potensiala malik şahmatçıdır. Çıxışı ilə də bunu sübuta yetirdi. Onun son görüşlərini izlədim. Nicatın gələcəkdə böyük uğurlar qazanacağına inanıram. Düşünürəm ki, bu turnir onun gələcək həyatında, şahmat karyerasında dönüş nöqtəsi olacaq. Bu, böyük uğurların hələ ilk pilləsidir.

- Digər şahmatçılarımız mübarizəni erkən dayandırdılar. Bu uğursuzluğu nə ilə əlaqələndirmək olar?

- Şahmatdan uzaq insan olmadığım üçün bu cür halları başa düşürəm. Nə qədər güclü olursan-ol, “hər turnirdə qələbə qazanacaqsan” kimi qanun yoxdur. Bəzən yarışda bəxtin gətirmir, ilk rəqibin elə güclü olur ki, uduzaraq mübarizəni erkən dayandırırsan. Əhvali-ruhiyyənin və səhhətində olan problemlərin də təsirini müəyyən görüşlərdə hiss edə bilirsən. Dünya Kuboku digər şahmatçılarımız üçün bir uğursuzluq anı idi. İnanıram ki, əvvəllər olduğu kimi, növbəti turnirlərdə də onlar bizi sevindirəcəklər.

- Şəhriyar Məmmədyarov turnirdən əvvəl müsahibəsində bildirmişdi ki, karyerasının sonlarıdır. Necə düşünürsünüz, o, həqiqətən də, tükənib?

- Bu fikirlə qəti razı deyiləm. Şəhriyar Azərbaycana hələ çox böyük nailiyyətlər qazandıracaq.

- Qadın şahmatçılarımızın uğursuz çıxışının səbəbini nədə görürsünüz?

- Qadın şahmatçılarımızın son zamanlardakı uğurları bizi çox sevindirir. Qadın şahmatının inkişafını açıq-aydın görə bilirik. Burada söhbət bir-iki nəfərdən getmir. Artıq güclü qadın şahmatçılardan ibarət böyük qrup formalaşıb. Bakıdakı Dünya Kubokunda nəticələr istədiyimiz kimi alınmasa da, bundan sonra böyük uğurların şahidi olacağımızı düşünürəm.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İdman

7-08-2022, 13:03

Mahir Məmmədov FİDE-nin vitse-prezidenti seçildi

İdman

17-08-2023, 07:16

Nicat Abasov qazandığı qələbədən danışıb: “Möhtəşəm duyğudur”

İdman

7-08-2022, 17:53

Mahir Məmmədov: "Vitse-prezident seçilməyim Azərbaycan şahmatının təntənəsidir"

İdman

7-08-2022, 19:50

Şahmat Olimpiadası: Azərbaycanın kişi yığması Hindistanla heç-heçə edib

İdman

3-08-2023, 19:58

Şəhriyar Məmmədyarov Dünya Kuboku ilə erkən vidalaşdı

İdman

5-08-2022, 22:00

Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi İsrailə qalib gəlib

İdman

30-07-2022, 18:20

Azərbaycanın daha bir taekvondoçusu dünya birinciliyində medal qazanıb

İdman

17-08-2022, 17:24

11 yaşlı soydaşımız gənclər arasında dünya çempionu olub

İdman

16-08-2022, 20:53

Azərbaycan güləşçisi dünya çempionu olub

İdman

25-07-2022, 12:40

FHN-in əməkdaşı dünya çempionu olub.

İdman

8-08-2022, 20:20

Şahmat Olimpiadası: Qadınlardan ibarət Azərbaycan yığması Ermənistanı darmadağın edib

İdman

24-08-2022, 18:41

“Shusha Chess 2022” turnirinin loqotipi təqdim olundu

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 13:00
Dənizdə batan Ümid müstəntiq işləyirmiş
Dünən, 10:30
Şəkidə maşın piyadaları vurdu - 1 ölü, 1 yaralı
Dünən, 10:00
Xəzərdə zəlzələ oldu
25-07-2026, 13:30
Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
25-07-2026, 12:21
Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb
25-07-2026, 11:37
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
Xəbər lenti
  • Dünən, 18:17
    Bir xəbər, 86 min izləyici: Orxan Rasifoğlunun canlı yayımı TikTok tarixində diqqət çəkən göstəriciyə çatdı
  • Dünən, 16:30
    İspaniyada yanğınlara görə 116 mindən çox şəxs təxliyə edilib
  • Dünən, 16:00
    Rusiyada əlverişsiz hava səbəbindən bir nəfər ölüb, 13 nəfər yaralanıb
  • Dünən, 15:00
    Sabah 40° isti olacaq
  • Dünən, 14:00
    “İran qonşularla münasibətləri bərpa etməyə çalışır”
  • Dünən, 13:30
    Prezident həmkarını təbrik etdi
  • Dünən, 13:00
    Dənizdə batan Ümid müstəntiq işləyirmiş
  • Dünən, 11:00
    İranla bağlı həmin məsələdən narahatdır
  • Dünən, 10:30
    Şəkidə maşın piyadaları vurdu - 1 ölü, 1 yaralı
  • Dünən, 10:00
    Xəzərdə zəlzələ oldu
  • 25-07-2026, 21:31
    Təbrik mətnini BNTV.az adından daha səlis və rəsmi üslubda təqdim edirəm.
  • 25-07-2026, 19:00
    Yanğınlar Madrid ərazisindən 70 min nəfərin təxliyə edilməsinə səbəb olub
  • 25-07-2026, 18:30
    Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb
  • 25-07-2026, 18:00
    İranda ABŞ "tam təslim olana" qədər zərbələri davam etdirməyə hazırdırlar
  • 25-07-2026, 16:38
    Gürcüstan DTX kütləvi elektrik böhranındakı təxribat izini - Araşdırır
  • 25-07-2026, 16:21
    Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
  • 25-07-2026, 16:04
    "Sədərək"də alver azalır: "Vəziyyət çox pisdir" (VİDEO)
  • 25-07-2026, 15:29
    Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib
  • 25-07-2026, 15:13
    Prezident Milix Yevdayevi təltif etdi
  • 25-07-2026, 14:56
    Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib
  • 25-07-2026, 13:30
    Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
  • 25-07-2026, 12:42
    Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq
  • 25-07-2026, 12:31
    Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...
  • 25-07-2026, 12:21
    Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb
  • 25-07-2026, 12:12
    Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
  • 25-07-2026, 12:02
    Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
  • 25-07-2026, 11:49
    "QoçƏt" biabırçılığı – İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!
  • 25-07-2026, 11:37
    Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
  • 25-07-2026, 11:25
    Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO
  • 25-07-2026, 11:13
    Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq
  • 25-07-2026, 11:02
    Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA: "Dövlətin pulsuz dərmanlarını satırlar"-VİDEO
  • 25-07-2026, 10:58
    AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT
  • 25-07-2026, 10:13
    Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb
  • 25-07-2026, 09:55
    Gəncədə raket zərərçəkənləri Prezident İlham Əliyevə müraciət edirlər: “Son ümidimiz Sizsiniz”
  • 25-07-2026, 09:42
    Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə