Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan çempionu Serbiya millisinin üzvünü transfer etdi

14.08.2023 11:15 389 1 dəq oxunur
Azərbaycan çempionu Serbiya millisinin üzvünü transfer etdi
Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.

BakuNews.az xəbər verir ki, ölkə çempionu daha bir legionerin keçidini reallaşdırıb. Serbiya millisinin üzvü Lazar Milosavlyeviç qitəmiqyaslı yarışda təmsilçimizin formasını geyinəcək. 25 yaşlı futzalçının son klubu “Muvua Lill Metropol” (Fransa) olub.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, Ninoslav Aleksiç, Husniddin Nişonov və Luka Pavloviçlə anlaşıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az