Sabiq nazirin oğlu Londonda 10 milyonluq bina alıb – icarəçisi məşhur brenddir
Londonda keçmiş kənd təsərrüfatı naziri, baş nazirin sabiq müavini İsmət Abasovun oğlu Yunis Abasova məxsus milyonlarla funt sterlinq dəyərində kommersiya əmlakı ilə bağlı məlumat yayılıb.
Musavat.com xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşım edib.
Jurnalistin məlumatına görə, Londonun məşhur Jermyn Street küçəsində, 101-102 nömrəli ünvanda yerləşən binanın birinci və aşağı mərtəbələri (Ground Floor və Lower Ground Floor) 2017-ci ildə Yunis Abasov tərəfindən 10,6 milyon funt sterlinqə satın alınıb.
Cavanşir Həsənli bildirir ki, keçmiş nazirin oğluna məxsus Y.A. PROPERTY INVESTMENTS LIMITED şirkəti həmin əmlakın aşağı mərtəbəsini 2019-cu ildə 12 illik müqavilə ilə məşhur geyim brendi Charles Tyrwhitt şirkətinə icarəyə verib. İcarə müqaviləsinin illik dəyəri 350 min funt sterlinq təşkil edib.
Jurnalistin paylaşımında Yunis Abasovun Londonda daha bir kommersiya əmlakına sahib olduğu da qeyd edilir. Belə ki, 2013-cü ildə Londonun 92-94 Borough High Street ünvanında yerləşən daşınmaz əmlakın da onun tərəfindən əldə edildiyi bildirilir. Lakin həmin əmlakın hansı qiymətə alındığı barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, İsmət Abasov 2004-2013-cü illərdə Azərbaycanın kənd təsərrüfatı naziri, 2013-2018-ci illərdə isə baş nazirin müavini vəzifəsində çalışıb.

Şikayət və təkliflər üçün qaynar xətt
Xəbər, şikayət və təklifinizi bizə göndərin
Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz
BakuNews.az
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]