Sizin reklam burada 728×90
Son dəqiqə

6500 manat ödənildi, əməliyyat yarımçıq qaldı: “EGE Hospital” pulu niyə geri qaytarmır?!

25.11.2026 00:20 66 1 dəq oxunur
6500 manat ödənildi, əməliyyat yarımçıq qaldı: “EGE Hospital” pulu niyə geri qaytarmır?!
"EGE Hospital"dan şikayət var. Bildirilir ki, hospitalda xəstə Qasımova Maya Əli qızının əməliyyatı üçün ödəniş edilib, lakin nə əməliyyat olub, nə də ödəniş geri qaytarılır.

"Real Azərbaycan" xəbər verir ki, AFN.az-a müraciət edən xəstə yaxınlarının sözlərinə görə, oktyabrın 2-də M.Qasımova adıçəkilən hospitala yerləşdirilib. Burada diaqnoz qoyulub və EFM+ablasiya əməliyyatı üçün 6500 manat ödəniş istənilib.

Ödəniş edildikdən sonra həmin gün saat 20:20-də əməliyyat başlayıb: "1.5 saatdan sonra həkim Ramil Hacıyev əməliyyatı yarımçıq qoyaraq KT müayinəsi adı ilə xəstəni əməliyyat otağından çıxartdı. Bildirdi ki, xəstənin damarını zədələmiş ola bilərik, ona görə KT müayinəsi lazımdır.

Müayinədən sonra damara xətər dəymədiyini desə də, əməliyyatı davam etdirmədi. Dedi ki, xəstənin ürəyi çox zəifdir, damarlar əməliyyat üçün uyğun deyil. Beləliklə, xəstə əməliyyat olunmadan xəstəxanadan çıxarıldı, amma edilən ödəniş geri qaytarılmadı".

Əməliyyatı etməli olan həkim Ramil Hacıyevlə danışıb məsələyə aydınlıq gətirmək istədik, lakin Ramil həkim klinika ilə danışmağımızı, məsələyə onların aydınlıq gətirməli olduğunu dedi.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az