Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan millisinin üzvü özünə komanda tapdı

21.07.2023 13:56 397 1 dəq oxunur
Azərbaycan millisinin üzvü özünə komanda tapdı
“Sabah”dan ayrılan Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadə karyerasını “Araz Naxçıvan”da davam etdirə bilər.

BakuNews.az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçi Muxtar Respublika klubu ilə danışıq aparır. Tərəflər anlaşmağa yaxındırlar.

Karyerası ərzində “Sumqayıt” və “Zirə”nin də formasını geyinmiş Həsənalızadə 2021-ci ildən “Sabah”da çıxış edirdi. O, Azərbaycan millisinin heyətində üç oyun keçirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az