Sizin reklam burada 728×90
Son dəqiqə

Vadji Fransada nə vaxt debüt edəcək?

29.08.2022 14:29 576 1 dəq oxunur
Vadji Fransada nə vaxt debüt edəcək?
"Qarabağ"dan Fransa klubu "Sent Etyen"inə transfer olunan İbrahima Vadjinin yeni komandasında debüt edəcəyi vaxt müəyyənləşib.

bakunews.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "L Equipe" nəşri məlumat yayıb. 27 yaşlı hücumçunun sentyabrın 5-də Liqa 2-də VII turun "Pau" ilə səfər oyununda meydana çıxacağı bildirilib.

Seneqallı forvard bu gün və ya avqustun 30-da "Sent Etyen"də tibbi müayinədən keçəcək. Bu səbəbdən, o, sabah 6-cı turda keçiriləcək "Bastiya" ilə matçda iştirak edə bilməyəcək.

Fransa təmsilçisi Vadjinin keçidi üçün "köhlən atlar"a 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az